adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
26 Iyul 2016 14:35
7166
DÜNYA

Fransada kilsəyə hücum: Keşiş öldürüldü - Yenilənib

Fransanın şimalında kilsədə dindarları girov götürən iki nəfər zərərsizləşdirilib.

Bu barədə Fransa polisi məlumat yayıb.

İlkin məlumatlara görə, girovlardan biri - kilsə keşişi qətlə yetirilib, daha bir girov isə yaralanıb.

***
(13:04)

Fransanın şimal-qərbində yerləşən Sent-Etyen-dyu-Ruvr kontonun Ruvr şəhərində naməlum şəxslər kilsəyə hücum edib.

Bıçaqla silahlanan iki naməlum şəxs kilsəyə daxil olaraq, orada ibadət edən insanları girov götürüb.

İlkin məlumata görə, 6 nəfərin girov götürüldüyü bildirilir.

Hazırda hadisə yerinə xeyli sayda polis cəlb olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır.