Fransa parlamentində Rusiyaya qarşı sanksiyaların ləğv edilməsini istəyənlər var
Fransa parlamentinin deputatı, "Milli Birlik" partiyasının mətbuat katibi Loran Jakobelli bəyan edib ki, Rusiyaya qarşı sanksiyalar ləğv edilməlidir, çünki bu təyziqlərin Moskvaya təsiri yoxdur.
Parlamentari qeyd edib ki, "sanksiyalardan sonra rus rublu güclənib, məhdudiyyətlərə baxmayaraq, Rusiyanın eksportu artıb. Əgər fransızlar elektrik enerjisinə görə əlavə xərc çəkmək məcburiyyətindədirsə, ruslarda bununla bağlı vəziyyət heç də pis deyil"- deyə Veleus Avtuelles yazır.
Jakobelli təklif edib ki, bütün qadağalar ləğv edilməlidir: "Bu Ukrayna böhranının yeganə həlli yolu ola bilər. Saksiyalardan əziyyət çəkənlər Fransa da daxil olmaqla onu tədbiq edənlərdi"- deyə deputat bildirib.
Deputat həmçinin Fransa lideti Emanuel Makronu da, Moskva və Kiyev arasında vasitəçilik etməyi bacarmamaqda günahlandırıb: "Ölkə prezidenti "antirus xoruna" qoşulmaqla, Fransanın Avropadakı birləşdirici roluna da kölgə salıb".
Rusların fikirincə, artıq bir çox ölkələrdə vətəndaşlar Avropa İttifaqının tədbiq etdiyi antirusiya sanksiyalarından gileylənməyə başlayıblar. Kremlin təbliğat maşını, fransızların 63 faizinin güya antirusiya sanksiyalarına qarşı olduğunu bildirir. Statistika nə dərəcədə həqiqətə uyğundur, demək olmur.
Fransanın Elisey sarayından isə bildirilir ki, fransızlar Ukraynaya yardım etməkdə davam edəcəkdir. Bu arada Avropa İttifaqı da Rusiyaya qarşı sayca yeddinci sanksiya paketini təsdiq edib.
Rüstəm Hacıyev
Digər Xəbərlər
14 Dekabr 2025 09:38
Tramp Tailand və Kambocanı yeni tariflərlə hədələdi
13 Dekabr 2025 17:01
İndoneziyada ölənlərin sayı 1000-ə ÇATDI
13 Dekabr 2025 16:51
Ərdoğan: Türkiyə ordusunun Qəzzaya göndərilməsi...
13 Dekabr 2025 16:19
Ərdoğandan mərc oyunları barədə: Hansı klub olursa olsun...
13 Dekabr 2025 16:02
Tayland–Kamboca sərhədində döyüşlər şiddətləndi
13 Dekabr 2025 14:35
Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil
13 Dekabr 2025 13:55
Rusiya bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib
13 Dekabr 2025 00:33


Bakı -°C

