Hakan Fidan Rusiyaya gedəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan mayın 25-27-də Rusiyaya səfər edəcək.
Adalet.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
O, Fidanın Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparacağını deyib: "Türkiyənin xarici işlər naziri mayın 25-27-də Moskvada işgüzar səfərdə olacaq. Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar planlaşdırılır. Xarici siyasət idarələrinin rəhbərləri Suriya, Liviya, Cənubi Qafqaz və Qara dəniz regionunda vəziyyətə diqqət yetirərək regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar".
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mayın 21-də Ermənistana səfəri planlaşdırılır.