Fransa “Dağlıq Qarabağ respublikası”nı TANIMIR
Fransanın Alfortvil (Alfortville) şəhər bələdiyyəsi ilə qondarma "Dağlıq Qarabağ respublikası”ndakı erməni separatçıları arasında imzalanan "dostluq xartiyası” Fransa dövləti üçün heç bir hüquqi qüvvəyə malik deyil.
Adalet.az xəbər verir ki, bu barədə Report-un Qərbi Avropa bürosunun sorğusuna cavab olaraq Fransa Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
"Fransa dövlətinin bu məsələdə mövqeyi aydındır, Fransa nə "Dağlıq Qarabağ respublikası”nı, nə də Fransa şəhəri Alfortville ilə imzalanan Dostluq Xartiyasını tanımır”, - XİN-dən əlavə olunub.
Xatırladaq ki, bu il sentyabrın 25-də ermənilərin çoxluq təşkil etdikləri Alfortvil (Alfortville) ilə qondarma "Dağlıq Qarabağ respublikası”ndakı erməni separatçıları arasında "dostluq xartiyası” imzalanıb.
Digər Xəbərlər
29 Aprel 2024 15:36
Berlində regional təhlükəsizlik məsələsi də diqqət mərkəzində idi
29 Aprel 2024 15:35İsa Qəmbər yenidən başqanlığa namizəd oldu
29 Aprel 2024 15:05Ceyhun Bayramov Qətərə getdi
29 Aprel 2024 14:49Lüksemburqun Böyük Hersoqu COP29-a dəvət olunub
29 Aprel 2024 14:39