adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
13 Fevral 2017 19:09
7833
DÜNYA

Fransa Alpında qar uçqunu: Ölənlər var

Fransanın Tin dağ-xizək kurortunda qar uçqunu nəticəsində ölənlərin sayı dördə çatdı. Daha beş nəfərin axtarışı davam edir.

Adalet.az xəbər verir ki, bu barədə bazar ertəsi xilasedicilərə istinadən BFMTV telekanalı məlumat yayıb.

Daha öncə iki nəfərin öldüyü barədə məlumat yayılmışdı.

Bələdçi də daxil olmaqla doqquz nəfər bazar ertəsi səhər saatlarında 2,1 min metr yüksəklikdə qar uçqunu altında qalıb. Xilasedicilərə qar uçqunu barədə məlumat yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə saat 14:00) daxil olub. Bir saatdan artıq vaxtdan sonra sürüşmək üçün kənar yolda ilk sağ qalanların və ölənlərin meyitləri aşkar edilib.

Tin – Fransanın Rona-Alp regionunda yerləşən, Savoya depatamentinə aid olan rayondur. Rayonda populyar dağ-xizək kurortu yerləşir.