Firuz Səxavət Ağdama köçdü
Əməkdar artist Firuz Səxavət yüksək vəzifəyə təyin olunub.
Firuz Əmirxan oğlu Məmmədov (Firuz Səxavət) müvafiq əmrlə, Ağdam musiqi kollecinin direktoru vəzifəsinə təyinat alıb.
Adalet.az-a açıqlama verən xanəndə yeni təyinatla bağlı öz fikirlərini bölüşüb:
“Əvvəllər ora musiqi texnikomu idi. İndi yeni adı kollecdir. Həmin texnikomun çox böyük statusU olub. Orada çox istedadlı ifaçılar təhsil alıb. Ağdam işğal altında olduğu müddətdə həmin məktəb də tənəzüllə uğradı. Texnikomu həmin yüksək statusuna qaytarmağa çalışacam. Əlimizdən gələn hər nə varsa edəcəyik ki, həmin musiqi məktəbinin adı ən yaxşı musiqi kolleci kimi hallansın.”
Qeyd edək ki, Firuz Səxavət məşhur xanəndə Səxavət Məmmədovun kiçik qardaşıdır.
Əntiqə Kərimzadə
Digər Xəbərlər
13 Sentyabr 2026 16:37
SƏNƏTƏ VƏ MƏNƏVİYYATA XİDMƏT - Aysel KƏRİM yazır
12 Sentyabr 2026 10:16
“Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi” - VİDEO
10 Sentyabr 2026 16:17
İşğaldan azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb
09 Sentyabr 2026 18:40


Bakı -°C

