Firəngiz Rəhimbəyovanın ölümünü eşidən "Moşu": "Bağışlayın, rayondayam..."
"Firəngiz Rəhimbəyovanın ölümündən xəbərim yoxdur".
Adalet.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Xalq artisti Valeh Kərimov (Moşu obrazının ifaçısı) "Bəxt üzüyü" filimində tərəf müqabili olan aktrisa-müğənni Firəngiz Rəhimbəyovanın (Sevda obrazının ifaçısı) ölümündən danışarkən deyib. Həmkarının ölüm xəbərini eşidən aktyor onunla bağlı danışmaq istəmədiyini bildirib:
"Allah rəhmət eləsin, indi sizdən eşidirəm. Rayondayam, bağışlayın, danışmağa heç cür imkanım yoxdur".
Qeyd edək ki, müğənni-aktrisa Firəngiz Rəhimbəyova avqustun 16-da 62 yaşında ürəktutmasından dünyasını dəyişib.
"Bəxt üzüyü" filmində Sevda obrazı ilə tanınan F.Rəhimbəyova ilk həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildən qızı Raisa ilə birlikdə ABŞ-ın Los-Anceles şəhərinə köçüb. Sənətçi 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub.
Digər Xəbərlər
29 Mart 2026 21:40
Beynəlxalq Teatr Gününə həsr olunmuş tədbir keçirilib
29 Mart 2026 16:45
Mədəniyyət Nazirliyi Rasim Balayevin ölümü ilə bağlı nekroloq yaydı
29 Mart 2026 13:45
Rasim Balayev vəfat etdi
28 Mart 2026 10:21
İlham Əliyev onları təbrik etdi
19 Mart 2026 15:09
“Bizə intellektual verilişlər lazımdır ki, ideoloji təbliğat aparaq...”
18 Mart 2026 11:29
"Bu il daha 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq" - Nazir
16 Mart 2026 16:25
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
10 Mart 2026 14:53


Bakı -°C

