adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 Yanvar 2020 11:14
68111
ŞOU-BİZNES

“Fiqura” yoxsa sənət...? - Sorğu

Əvvəllər- səsin, sənətin olduğu vaxtlarda artıq çəki gözə-nəzərəçapmırdı. Çünki, o vaxt yalnız çalışdığın sahədə qazandığın uğurlar önəmliydi.Tutaq ki, "Ulduz” filmində dillər əzbəri olan, səhnəmizin Naziləsi (Nazik) –aktrisa Məleykə Ağazadə gənc və gözəl olmasına baxmayaraq, dolu bədənli aktrisa idi və bu köklük onunyaratdığı obrazı sevməyə heç də mane olmurdu.Eləcə də, digər incəsənət sahələrindəçalışan sənət adamları, istər müğənni,istər aktyor, aktrisa, musiqi aləti ifaçısı, teleaparıcı olsun, onun bədən quruluşunun necə olması tamaşaçıya. dinləyiciyə maraqlı gəlmirdi.Yenə də qeyd edirəm, çünki onlar sənət sərgiləyirdilər və insanlar sərgilənənsənətin işığına o qədər aludə olurdular ki, indi "önəm” daşıyan bəzi primitivşeylər o vaxt gözə görünmürdü.

Sənətçilər kökəlsinmiya....?

Son zamanların ən qorxulu röyasına çevrilmiş artıq çəki mövzusudur. Plastikəməliyyatla piylərini çəkdirib, bədən şəkilləndirmə əməliyyatı etdirən bir çox sənətçiləritanıyırıq. Onlardan biri də müğənni Xatirə İslamdı. Bu o, pəhriz saxlaya bilməməkdən şikayətlənib.

"Sizcə, yeməyə olan sevgini hansı yolla azaltmaq olar? Bu,mümkündür?" deyə, Xatirə izləyicilərinə sual da ünvanladı.

Qeyd edək ki, sənətçinin 8 saat davam edənəməliyyatında onun bədənindən 3 litr piy çəkilmişdi. Müğənni açıqlamalarınınbirində əvvəllər bir oturuma yarı qoyun yediyini etiraf etmişdi.

Dadlı yeməklərdən imtina edə bilməyən buna görə də, arıqlamağı bacarmayan xeylişou-biznes nümayəndələrimiz var. Araşdırma nəticəsində onların bir çoxunu sizə təqdim edirik.

1. Saz ifaçısı Telli Borçalı

2.Teleaparıcı Aytən Səfərova

3. Aktrisa Xuraman Əlizadə

4. Bəstəkar-müğənni Elza Seyidcahan

5. Müğənni Nüşabə Ələsgərli

6. Mətanət isgəndərli

7 . Müğənni Könül Kərimova

8. AktrisaTünzalə Əliyeva

"Baxırsan, müğənni 40 yaşını keçib, amma, "sevirəm. sevirəm”, "eşq atəşi yandırdı məni”deyir”

"Fiqura” yoxsa sənət?- Bu sorğuilə bir neçə nəfərin fikirlərini öyrəndik.Sorğumuzu ilk olaraq cavablandıran Əsli Əsədova söylədi ki, biz gəncliyimizdə Şövkət Ələkbərovanın, FatmaMehrəliyevanın, Sara Qədimovanın və birsıra müğənnilərin mahnılarını sevə-sevə dinləmişik. Elə bilirəm, indən sonra heç kim "Axşam”,"Ayrılıq”, "Gəl səhərim”, "Bir könül sındırmışam”, "Dərələr”, "Sən mənim,mən sənin”, "Sənsən ürəyim” mahnılarını heç kim bir də Şövkət Ələkbərova kimi çətinki, ifa edə bilə. Mənim fikrimcə, əgər tamaşaçı qarşısında əsl sənətkarı görürsə,onun saç düzümünü, geyimini, bədənquruluşunu qətiyyən önəmsəməz.”

Tələbə olduğunu deyən VasifHüseynov ən çox xarici estradanı, arabirisə öz estradamızı dinlədiyini söylədi:”Bilirsiniz, zövqlər dəyişikdi, Məsələn, mənmeqastar Tarkanı, rusestradasının ulduzu QreqoriLepsi, Şakiranı, Castin Biberi dinləyəndən, onların geyim üslubu, səhnə mədəniyyəti,səsin və səslə harmoniya təşkil edənelastik hərəkətlərini mükəmməl şəklini seyr edəndən sonra bunu öz ulduzlarımızdanda umuram, amma təəssüf ki, görmürəm. Mənim üçün aparıcının mövzuya girməməşdənöncə onun dəbə uyğun geyimi, makiyajı, müasirliyi, sonda isə verlişi maraqlıdı.Zövqsüz birinə baxıb, zövqümü korlamaram”.

Adil Hacıyev isə konkret olaraq hansısa birmusiqi janrını sevmədiyini söylədi:” Mənimüçün dinlədiyim və xoşuma gələn musiqininjanrı önəmli deyil, heç kimin oxuduğu da önəm daşımır. Bəzən insanlarınelə psixoloji halları olur ki, heç vaxtbəyənmədiyin bir musiqi sümüklərinə işləyir, ruhunu oynadır. Onun sehrinə düşürsən. Bax, o vaxt sənin üçünönəmli olmur: oxuyan kimdi, əyninə nə geyinib,kökdümü, arıqdımı?

Qafar Zülfüqarov adlı vətəndaş isəhazırda müğənnilərin çox olduğunu amma sənətkarların qıt olduğunu vurğuladı:” Mənteleviziyalrımızda, radiolarımızda musiqili verlişləri çox izləyirəm. Oxuyançoxdu, müğənni boldu. Amma sənətçi, sənətqıtlığı çəkirik. Çox vaxt oxuyanlar damahnı seçə bilmirlər. Baxırsan , müğənni 40 yaşını keçib, amma, "sevirəm.sevirəm”, "eşq atəşi yandırdı məni” deyir. Bu da tamaşaçını küsdürür. Tamaşaçı da haqlı olaraq diqqətinimahnıya yox, oxuyanın əyin-başına, nə qədər ziynət əşyasına büründüyünə, açıqdaqalmış əndamına yönəldir.

Əziz oxucularımız, incəsənətsahəsində fəaliyyət göstərən sənətçilərin sənəti maraqlıdı, yoxsa "brend”geyimi, saç düzümü, açıqda qalmış əndamı,silikonlanmış orqanları, köklüyü- arıqlığı, xülasə nəyi daha maraqlıdı?

Əntiqə Rəşid

Adalet.az