Filippində daha bir güclü zəlzələ oldu - YENİLƏNİB

Filippində 24 saat ərzində iki güclü zəlzələ baş verib.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, səhər saatlarında 7,8 bal gücündə təkan, ardınca isə 6,9 bal gücündə ikinci zəlzələ qeydə alınıb.
Hökumət sunami xəbərdarlığı elan edib və sakinlərin təxliyə olunmasının vacibliyini vurğulayıb.
***09:49
Filippində 7,6 bal gücündə zəlzələ olub.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, Zəlzələdən sonradan maqnitudası 2,6 ilə 4,9 arasında dəyişən afterşoklar qeydə alınıb.
Məlumata görə, zəlzələdən sonra Davao Oriental, Şərqi Samar, Cənubi Leyte və Surigao del Norte əyalətləri üçün dağıdıcı sunami təhlükəsi yaranıb.
Təbii fəlakətdən sonra Filippin Prezidenti Ferdinand Markos Jr. insanların təxliyə edilməsinin vacibliyini vurğulayıb.
"Mən Milli Fəlakət Riskinin Azaldılması Şurasına, Mülki Müdafiə İdarəsinə, Silahlı Qüvvələrə, Sahil Mühafizəsinə və bütün məsul qurumlara dərhal sahilyanı sakinlərin təxliyəsinə başlamağı tapşırmışam", - o, qeyd edib.
Digər Xəbərlər

Qızı meri bıçaqlamazdan əvvəl ona işgəncə verib - DETALLAR

Putin: Rusiyada miqrantlar qanuna tabe olmalıdırlar

Nobel sülh mükafatı sülh üçün heç nə etməyən insanlara verilib

Trampın Nobel istəyi gələn payıza qaldı

Sumud donanmasının 90-dan çox fəalı İstanbula gətirildi

Putin: Rusiya və Azərbaycan arasında böhran deyil, emosiyaların gərginliyi idi

Netanyahu: Müharibə yenidən başlaya bilər
