Türkiyə səfiri: Türkmənistanın Azərbaycana məscid hədiyyə etməsi atalarımızın adətinə uyğundur
Getdiyi yeri dirçəltmək türklərin qədim adətidir.
Adalet.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Türkmənistan tərəfindən Azərbaycan xalqına hədiyyə olunmuş məscidin Füzuli şəhərində təməlqoyma mərasimi münasibətilə keçirilən brifinqdə deyib.
O qeyd edib ki, bu həftə önəmli hadisə ilə diqqət çəkdi.
"Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşü çərçivəsində liderlərin birgə şəkli hamımızı qürurlandırdı. Bizim adət-ənənəmiz getdiyimiz yeri bərpa və inşa etmək, getdiyimiz yerə sevinc qatmaqdır. Ən böyük sevinc isə mənəvi dinamika yaratmaqdır. Qardaş ölkələrin bir-birinə belə gözəl hədiyyələr verməsi əsl atalarımızın adətinə uyğundur. Türkmənistanın Azərbaycana məscid hədiyyə etməsi bu mənada çox önəmlidir. Türk birliyi, bərabərliyi daimi olsun", - diplomat vurğulayıb.
Digər Xəbərlər
26 Mart 2026 11:06
İrana göndərilən yardım Qaradağa çatdı
26 Mart 2026 09:47
“Məhz buna görə də bu iftira və şantajları artırırlar...”
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45


Bakı -°C

