Putin: Rusiya və Azərbaycan arasında böhran deyil, emosiyaların gərginliyi idi
Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Rusiya və Azərbaycanın dövlətlərarası münasibətlərdə böhran yaşandığını söyləmək olmaz.
Adalet.az xəbər verir ki, bu barədə Putin Tacikistana səfərinin yekunları ilə bağlı mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, əks halda ölkələr iqtisadi əlaqələrin inkişaf etdiyini görməzdilər.
"Dövlətlərarası münasibətlərdə bu nə böhrandır? Bu, emosiyaların böhranı idi - və başa düşüləndir. Biz faciəvi hadisə ilə üzləşdik: təyyarə qəzası. Və bunu həll etmək üçün bizə vaxt lazım idi", - deyə Rusiya prezidenti vurğulayıb.
Putin ümid edir ki, ölkələr “səhifəni çeviriblər” və öz böyük planlarını həyata keçirməyə davam edə biləcəklər.
Digər Xəbərlər
26 Mart 2026 10:52
“Növbəti hədəf Laricanın yerinə yeni təyin edilən şəxs ola bilər”
26 Mart 2026 09:10
"ABŞ və İran arasında danışıqlar davam edir" - Tramp
25 Mart 2026 20:00
İran müharibəni bu halda dayandıracaq - 5 şərt irəli sürüldü
25 Mart 2026 19:51


Bakı -°C

