Fikirlər göldəki ləpələrdən başqa nədir ki? - Oshonun sitatları
Adalet.az Oshonun emosiyalarla bağlı sitatlarını təqdim edir:
Fikirlər göldəki ləpələrdən başqa nədir ki?
Emosiyalarınız, əhval-ruhiyyəniz, duyğularınız nədir?
Beyniniz nədir? – Çaxnaşma!
Elə beyninizdə olan bu çaxnaşma səbəbindən də siz öz təbiətinizi görə bilmirsiniz.
Beləcə, siz özünüzü itirməkdə davam edirsiniz. Siz bu dünyada hər bir kəslə rastlaşa bilərsiniz. Ancaq heç vaxt özünüzə rast gəlmirsiniz.
Siz acıqlısınız, amma siz həmişə acıqlı qala bilməzsiniz. Hətta ən acıqlı adam hərdənbir gülür-gülməlidir də!
Acıqlı olmaq halı həmişə, daima davam edə bilməz.
Hətta ən kədərli adam da gülümsəyir.
Hətta həmişə gülən adam da bəzən ağlayır, gözlərindən yaş axır. Emosiyalar daimi ola bilməz.
Elə buna görə də onlar emosiyalar adlanır.
“Emosiya” (Emotion) sözü “hərəkət” (motion) sözündəndir.
Onlar hərəkət edir, dəyişir, beləliklə də onlar emosiyalardır. Sən bir haldan başqa hala düşürsən.
Bu an sən kədərlisən,
Az sonra sən xoşbəxtsən.
Bu an sən acıqlısan,
Az sonra sən rəhmlisən.
Bu an sən sevirsən,
Başqa vaxt nifrətlə dolusan.
Səhər çox gözəl idi,
Axşam çox pisdir... Bu beləcə də davam edir.
Adi ümumi düşüncə odur ki, sevgi, nifrət, qəzəm kimi emosiyaların mənbəyi ürəkdir. Necə ki, beyin konseptual fikirlərin mənbəyidir, ürək də eləcə emosional, duyğulu olan nə varsa onların mənbəyidir.
Həmiş belə düşünmüşük.
Biz bu cür ənənəvi bölgü ilə yaşamışıq ki, təxəyyül, duyğular, emosiyalar, hisslər ürəyə məxsusdur.
Amma ürəyiniz, sadəcə, döyünən bir sistemdir. Fikirləşirsiniz, xəyal etdiyiniz hər nə varsa beyinlə məhdudlaşdırılır.
Beyninizdə yeddi yüz mərkəz var və onlar hər şeyə nəzarət edir.
Hazırladı: Vasif Əlihüseyn


Bakı -°C

