adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Iyul 2019 12:59
19338
ƏDƏBİYYAT

FİKİR AYDINLIĞI VƏ YAZIÇI MƏSULİYYƏTİ

Zəka Vilayətoğlu! Bu imzaçağdaş ədəbiyyatımızda tanınan və sevilən imzadır. O, Gədəbəy rayonunun Arabaçıkəndində dünyaya göz açmış, gül-çiçək ətirli sərin çeşmələr, bulaqlarla zəngin dağların qoynunda böyüyüb-boyatmış, bu misilsiz gözəlliklərə heyrət duyğusu ilə sözə, ədəbiyyatahəvəslənmişdir. Zəkanın bir xoşbəxtliyi də onda dır ki, atası Vilayət müəllim Ədəbiyyatmüəllimi idi vəonun mütaliəsində atasınınböyükrolu olmuşdur.

İllər öncə mən Zəkanı gözəl səsli müğənni, istedadlı bəstəkar, ürəyəyatımlı, yaddaqalan mahnılar müəllifi kimiteleviziya ekranlarından tanımışdım. Amma bir- birinin ardıncaonun "Şah ölüm", "Küsmüş Ay","Güllələnmişqaranlıqlar", " Milena" adlı nəsr əsərləri və"Sənə bir sözdeyəcəm" şeirlər kitabı,həm də bu günlər təqdimatına yığışdığımız povest vəhekayələr toplusu olan"Bataqlıq" məndə belə bir inam yaratdı ki, həqiqətən, ZəkaVilayətoğlu peşəkar yazardır, sözə könül verməklə yanaşı ona sadiq olan əsl ədəbiyyatadamıdır.

Zəka Vilayətoğlu, bir qələm əhli kimi dilin bədiiçalarlarına bələd olan, sözün incəliklərini yaxşı hiss edən, özünəməxsus üslubuilə seçilən yazıçıdır. İstedadını cilalıya- cilalıya nəsrin müxtəlifjanrlarında uğur qazana bilməsi, onun güclü mütaliə və müşahidə qabiliyyətindən,daxili təlabatından, ürək çırpıntılarından yaranır. Vətənimizin dünəni və bugünü ilə çulğaşan ağrı- acılar və gələcəyimizə olan ümid, inam onun əsərlərindətam fərqli baxış bucağından böyük maraq doğurur.

Tarixəistinadən yazılmış " Şah ölüm" romanını Z.Vilayətoğlu yaradıcılığınınzirvəsi hesab etmək olar. Xalq qəhrəmanı Məcid ağa Şəkibəyovun ( Qaçaq Məcidin ),azğın və tarixi düşmənlərimiz olan ermənilərə və rusçarizminə qarşı sərt və qətiyyətli mövqeyi romanın əsas qayəsini təşkil edir.Əsərdə yüksək vətəndaşlıq duyğuları, xeyir və şər qüvvələrin çarpışması göstərilirvə sonda üstünlük xeyirin qələbəsinə yönəldilir. Məcid ağanın şahanə ölümü dəbu əsərdə türk mənəviyyatınınqələbəsi kimi səciyyələndirilir.


"Otuz üç ildən sonradodaqlarda səslənən Mehrab adı kəndin yaddaşına uzaqdan atılan kiçik daş kimi dəydi...""Bir qərinədən sonra" povesti bu sözlərlə başlayır.Yazıçı, artıq bütün hadisələrin gedişatını,istiqamətini bu obraza yönəltməklə "bir qərinəlik qürbət ömrü"yaşayan bu obrazın- Mehrabın timsalında həyatın dərinliklərində itib- batmış,öldüyü zənn olunan bu insanın təzədən doğma kəndinə qayıtmasını, yaxlnlarınabaş çəkməsini, hətta dünyasını dıəişmiş atasının məzarını ziyarət etməsiniinsana məxsus müsbət və mənfi dəyərləri ön plana çəkir.Povest amirlik dövrününictimai həyatımıza gətirdiyi fılakətlər üzərində qurulmuşdur. Həyatın talelərəvurduğu zərbələr, mənəviyyatlarda yaranan erroziyalar əsərin başlıca təsvirobyektidir. Otuz üçil qürbət həyatı yaşayan bu insanın doğmalarından, yaxınlarından ayrı düşməsi,hətta qayıdıb gələrkən tanınmaz olması, miskinliyi məşhur atalar sözümüzə-" Qürbət cənnət olsa da, yenı də vətən yaxşı" anlamına haqqqazandırır.
Mehrabhəyatdan aldığı zərbələr önündə özünü çox kimsəsiz hesab edir. Yaxın qohumu Sərxanlasöhbətdə ötüb keçən ömrünü belə xarakterizə edir:" Eeeh, qardaş, başım nələrçəkmədi, buotuz üç ildə? Yaş da öz işini görür! Yaşa dolduqca ağıllanır adam.Onda da çoxgec olur. Çox peşimanam, çox! - Ani olaraq Mehrabın gözləri yaşla doldu."

Müəllif qürbətin ömrə bəxşetdiyi faciəni, peşimançılıq hissini qəhrəmanln dili ilə çox gözəl səciyyələndirir:"Ölməyə gəlmişəm! Canımdakı ağrılar anamı ağladır, Sərxan!."

Yazıçı öz qəhrəmanını müxtəlifxarekterli adamların əhatəsində verməklə, müxtəlif həyati hadisələrə diqqətiyönəltməklə onun ağrılı-acılı həyatına bir aydınlıq gətirir. Mehrab uzaqAlmaniyadan cibi dolu gəlsə də, Sərxana "BMV -X-6" markalı Cip maşınıalsa da, kənd camaatına xeyriyyə yardımında bulunsa da, ondan sonra başqa bir kişiyə ərəgedib uşaq yiyəsi olan köhnə sevgilisi Nazlıya israrla paketdə üç min dollarversə də, yenə özünü günahkar, bədbəxt, yararsız bir insan hesab edir. Müəllifonun fərdi keyfiyyətlərini ön plana çəkməklə müasir Azərbaycan həyatınınşüurlarda doğurduğu qeyri- adi olaylara münasibətini də ifadə etmişdir.

Z. Vilayətoğlunun " Bataqlıq" kitabında toplanan hekayələrində mövzuvə məzmun genişliyi, xarakter zənginliyi,psixoloji məqamlara münasibətdə yeninöqteyi- nəzər aydın hiss olunur.İstər təbiətdə, istərsə də cəmiyyətdə insan qəlbinəyaxın olan, onun ruhunu, qəlbini oxşayan tərbiyəvi əhəmiyyəti olan hər nə varsaZəkanın mövzu və ilham mənbəyidir.Mövzunun böyüklüyünün və kiçikliyinin onunüçün heç bir fərqi yoxdur. Çünki, o, hər şeyə eyni həssaslıqla yanaşır, eyniilhamla, eyni qüdrətlə qələmə sarılır. Nəcib hisslərin yüksək bədiiliklə vəhdətionun əsərlərinin ounaqlıolmasına, sevilməsinə səbəb olur. Zahirən adi görünən hadisələri bədiiümumiləşdirmə yolu ilə mənalandırmaq və onu ictimai hadisə səviyyəsində təqdimetmək sənətkarlığın ən ümdə cəhətlərindəndir.

Yazıçının hekayələrindəki obrazlar - Mənsur, Lilpar, Şəmsi, Sərdar Şahin, Oruc,Həmdulla, Zurab, Əşrəf, Mazan, Ceyhun və s. bir- birindən fərqli həyat tərzləri,düşüncələri, dünyaya baxışları portret cizgilərlə ustalıqla qələmə alınmışdır.

" Keçi südü", "Tutinaz" hekayələrində fantaziyaya meyl etsədə, bu fantastikanı real həyat həqiqətləri üzərində qurur, oxucunu düşünməyəvadar edir. " Keçi südü" Xocalı soyqırımına həsr olunub. Əsərdə kəndin ağır iniltiləriçində can verib ölməsi və düşmən gülləsindən hələ son nəfəs kimi onun boğazındailişib qalan oğlanın ayağa qalxa bilməməsi, qarlı və qaranlıq bir gecədə qarınişığına baxa-baxa yuxuya getməsi yazıçı qələmində təsirli boyalarla əks olunmuşdur.Kiçik nağıl elementlərindən istifadə olunan bu hekayədən çıxan məntiqi nəticə dəelə bu yuxuyla bağlıdır. Yuxuda üç saqqallı erməninin yaralı oğlana rast gəlməsivə birinin o birinə: "Kəs bunun burnunu, qulağını. Biz gərək yer üzündən"türk"deyilən bütün varlıqları silib təmizləyək" deməsi və əlindəkibıçaqla ona sarı əyiləndə oğlanln sinəsi üstünə ilahidən göndərilən sirli birqutunun enməsi, səsin eşidilməsi, oğlanın yoxa çıxması,düşmənlərin vahiməyədüşməsi və digər tərəfdən də oxucu intizarı hekayənin ən uğurlu cəhətidir. Müəllifbu məqamda oğlanln eşidəcəyi səsi diqqət məkəzində saxlayır:" Oğlan, mənibura sənin öz Allahın göndərib. Bu qılıncı da o yolladı sənə. Qutudakı qızılüzükdür.Üzüyü barmağına keçirsən, səni heç kəs görməyəcək.Allahın bir də buqılıncı göndərdi sənə və dedi ki, o, bu qılıncla döyüşüb düşməni məğlub edəcək.Yalnlzqılıncla! Axı,- dedi, - onun babaları düşmənlə üz-üzə,göz- gözə, mərd- mərdanəqılıncla döyüşüb.Öləndə mərd ölüb, qalanda mərd qalıb.Al bu qılıncı, üzüyükeçirt barmağına.Qayıt kəndə.Düşmənlər hamısı oradadır. Ən gözəl düşmənqadınları, qızları da oradadırlar.Hamlsını təslim et, dəstələyib doldur buqalaya.

Bu hekayədə erməni şərəfsizliyinə qarşı ittiham çox güclüdür. Səsin göstərişiilə oğlan erməni qadınlarını kişilərdən ayırıb bir güncə yığanda da, "mənsizin namusunuza toxunmayacağam, hamınız ölməlisiniz, amma mın sizi öldürməyəcəyəm"deməsi nə qədər təəccüblü görünsə belə, müəllif milli mentalitetimizə xas mənəviyyatıerməni xislətindən fərqli bəşəri bir ideyanı ön plana çəkir. Erməni qadınlarıgözəl olslar da, öz südləri ilə övladlarını zəhərləyib, insanlıqdançıxarıb.Onları öldürməyib azadlığa buraxanda da qulaqlarında sırğa ola biləcəkhekayə qəhrəmanının son sözü yazıçı qənaətinin uğurlu tapıntısı kimi qiymətləndirilməlidir:"Hərənizin həyətində bu gündən sonra bir südlü keçi olmalıdır.Siz ailə quranda,doğub- törəyəndə övladlarınıza öz südünüzü yox, həmin keçinin südünü əmizdirıcıksiniz. Qoyun, heç olmasa, o uşaq təmizböyüsün, gözəl həyatı, gözəl kainatı murdarlamasın! Dediklərimolmasa yer üzündən kpkünüzü bax bu qılıncımla qazıyacam!"
Sözü yarımçıq qalan oğlanın qəfil yuxudan ayılması, boğazından azacıq nəfəsinçıxması ilə kəndin ölməsi bir detal kimi hekayənin təsir gücünü, bədii səviyyəsiniyüksəltmişdir.

Z. Vilayətoğlu hekayələrində həyati hadisələrin mahiyyətini, ziddiyyətli görünənbütün nüansları oxucu dərkinə yönəldir və quru nəsihətçilikdən, öyüd- nəsihətdənuzaq olaraq əllaməçilikyaratmır. Onun əsərlərininümumi ruhu, ideyası insanı bəd əməllərdən, insanlığa zidd olan olaylardan çəkindirməyə,saflığa, əxlaqi dəyərlərə yönəltmək məqsədi daşıyır.O, bütün əsərlərində həyatireallığa sözün ecazkar qüdrəti, bədii ifadəsi kimi yanaşır və bunu estetikideal, yüksək zövq mənbəyi kimi qələmə alır.O, hər bir əsərində düşüncə tərzi,emosional ovqatı ilə fərqlənən, vətənə bağlılıq nöqteyi- nəzərindən həyatın ənadi, təbii hadisələrini belə qeyri-adi şəkildə əks etdirməyi bacarır.

Nəticə olaraq qeyd edim ki, Zəka istedadlı və peşəkar yazıçıdır. Onun mayasıhalallıqdan, məramı haqq sevgisindən yoğrulub.Yaradıcılığını xalq ruhununparlaq ifadəsi kimi qəbul etmək olar.Bütün əsərlərində fikir aydınlığı vəyazıçı məsuliyyəti önəmlidir.Odur ki, yeni kitabına görə dəyərli qələmdostumuzu ürəkdən təbrik edir, ulu Tanrımızdan ona möhkəm can sağlığı və ədəbimühitdə yeni-yeni yaradıcılıq uğurları arzulayıram!

SƏTTAR QARAĞACLI

Şair, pedaqoq