FIFA DÇ-2026 oyunlarının başlama saatlarını açıqladı
FIFA qarşıdan gələn dünya çempionatının cədvəlini dərc edib.
Adalet.az FIFA-nın saytına istinadən xəbər verir ki, Meksika ilə Cənubi Afrika Respublikası milliləri arasında açılış oyunu iyunun 11-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Növbəti oyun Cənubi Koreya yığması ilə UEFA pley-off qaliblərindən biri arasında saat 08:00-da olacaq. İyunun 12-də Kanada yığması UEFA pley-off qalibi ilə Bakı vaxtı ilə saat 23:00-da, ABŞ ilə Paraqvay milləri arasında oyun isə saat 05:00-da başlayacaq.
Növbəti oyun günlərində iyunun 23-ə qədər hər gün dörd oyun keçiriləcək. Başlama vaxtları Bakı vaxtı ilə saat 20:00-dan (ən erkən) saat 08:00-a (ən son) qədər dəyişəcək. Qrupun yekun turunda gündə altı oyun keçiriləcək, başlama vaxtı saat 23:00-00:00-dan 06:00-07:00-dəkdir.
1/16 final oyunları Bakı vaxtı ilə saat 20:00-dan 07:00-dək, 1/8 final matçlarının oyunları isə saat 20:00-dan 04:00-dək başlayacaq. Dörddəbir final oyunları müxtəlif vaxtlarda başlayacaq: 9 iyul saat 00:00; 10 iyul saat 23:00; 13 iyul 01:00 və 05:00.
Yarımfinal oyunları iyulun 14-15-də, hər ikisi Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək. Üçüncü yer uğrunda oyun 20 iyul tarixində saat 01:00-da, final isə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, turnir gələn yay 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək.
Digər Xəbərlər
07 Dekabr 2025 21:04
Cüdo üzrə Azərbaycan çempionatı başa çatdı
07 Dekabr 2025 19:51
Messi öz rekordunu yenilədi
07 Dekabr 2025 19:45
"Formula 1" üzrə dünya çempionatının qalibi bəlli oldu
06 Dekabr 2025 23:51
“Sabah”la AFFA arasında qalmaqal - Klub açıqlama yaydı
06 Dekabr 2025 10:52
“150, 300 min mükafat alanda deyirdilər ki, ortaya pul qoyun” - Rafael Ağayev
06 Dekabr 2025 09:48
"Zirə" -"Qarabağ" və "Sabah" - "Neftçi" matçına təyinatlar açıqlandı
06 Dekabr 2025 00:02
DÇ-2026-nın püşkləri MƏLUM OLDU
05 Dekabr 2025 13:55


Bakı -°C

