Fidan və Rubionun Azərbaycandan danışması erməniləri "açmadı" - Şərtlər dəyişir?
Xəbər verdiyimiz kimi Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ-ın yeni Dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.
Adi bir fakt ermənilərin kürkünə "birə" salıb.
Adalet.az xəbər verir ki, hələ senator olarkən ermənipərəstliyi ilə tanınan Marko Rubio və Türkiyənin xarici işlər naziri Hakan Fidan baş tutan telefon danışığının bəzi detalları açıqlanıb. Beləki, “Hraparak” iddia edir ki, tərəflər danışıq zamanı digər məsələlərlə yanaşı, Ermənistan və Azərbaycan arasında sabit və ləyaqətli sülhün əldə edilməsinin vacibliyini müzakirə ediblər:”Dövlət Nazirliyinin bəyanatına görə, Rubio ABŞ-Türkiyə münasibətlərinin əhəmiyyətini bir daha təsdiqləyib, Türkiyənin NATO-nun əsas müttəfiqi kimi rolunu vurğulayıb və əlavə edib ki, Vaşinqton və Ankara regionda ortaq maraqlara malikdir.
Qeyd olunur ki, telefon danışığı zamanı ABŞ dövlət katibi Suriyada Suriyanın artıq beynəlxalq terrorizm mənbəyinə çevrilməyəcəyinə zəmanət verəcək inklüziv hökumətin formalaşdırılmasının vacibliyini vurğulayıb”.
Türkiyə tərəfi hələlik telefon danışığı ilə bağlı məlumat verməyib.
Nəşr qeyd edir ki, Türkiyənin xarici işlər naziri rusiyalı və iranlı həmkarları Sergey Lavrov və Abbas Araqçı ilə telefon danışığı aparıb. Hər iki halda Suriyadakı vəziyyət müzakirə olunub.
Xatırladaq ki, Marko Rubio Donald Trampın dövlət katibi vəzifəsinə namizəd seçilərkən , bundan amerikalılardan çox ermənilər sevinmişdi. Çünki erməni lobbisinin ABŞ senatında ən böyük müdafiəçilərindən biri o olub. Yadınızdadırsa, 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağda xüsusi əməliyyat keçirməsindən və ölkənin ərazi bütövlüyünü tam bərpa etdikdən sonra erməni diasporunun təsiri altında olan, həmçinin erməni lobbisinin nümayəndələri ilə sıx əlaqələri ilə tanınan Rubio Bakıya qarşı sanksiyaları gündəmə gətirmişdi. Respublikaçı senator Aleks Padilla ilə birgə “Laçın dəhlizinin blokadası” fonunda Azərbaycan rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyə və hərbi yardımı dayandırmağa çağıran ikipartiyalı qanun layihəsi təqdim etmişdilər.(haqqın.az)
Politoloqlar isə bildirir ki, ermənipərəst qərarlarına baxmayaraq yeni dövlət katibi Prezident Trampın qərarlarına itaət edəcək. Bunu ermənilər də anlayır ki, Tramp heç də Co Bayden deyil və cənab Rubio çox vaxt ermənilərin təmsilçisi rolunu oynamayacaq.
P.S. Tramp administrasiyasının ilk qərarlarından anlamaq olur ki, o Bayden administrasiyasından fərqli şəkildə idarəçilik aparır. Cənubi Qafqaz məısələsində də bu fərq nəzərə çarpacaq. Çünki Tramp eks həmkarı kimi neftsiz və qazsız Ermənistana deyil , Azərbaycanla əlaqələrə daha çox maraq göstərəcək. Məsələn, Donald Trump ötən prezidentliyi dövründə 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrlə bağlı bəyanatında “soyqırım” sözünü işlətməməsi və dəfələrlə ABŞ-ın Ermənistana yardım paketininin məbləiğni azaltması ilə yaddaşlarda qalıb .
Əntiqə Rəşid
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

