adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
21 May 2020 18:27
35292
HADİSƏ

FHN: Xəzər dənizində batma təhlükəsi ilə üzləşən Rusiya vətəndaşı xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Xəzər rayonunda dənizdə, xilasetmə məntəqəsinin ərazisində bir nəfərin sörfinq edərkən batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

FHN-dən Adalet.az-a bildiriblər ki, hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri Rusiya Federasiyasının vətəndaşını sudan çıxararaq xilas edib və aidiyyəti üzrə təhvil veriblər.