FHN Sumqayıtda zavodda baş verən yanğınla bağlı məlumat yayıb
Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt şəhərində SOCAR-ın "Azərkimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunda baş verən yanğınla bağlı məlumat yayıb.
FHN-dən Adalet.az-a bildiriblər ki, hadisə nəticəsində zavodun ümumi sahəsi 1200 kvadratmetr olan qazayırma sahəsində qaztəmizləmə kolonunun içərisində yanacaq qalıqları yanıb. Digər avadanlıq, kommunikasiya xətləri və yaxınlıqdakı istehsalat sahələri yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Yanğın zamanı zavodun 7 əməkdaşı müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Digər Xəbərlər
28 Aprel 2024 17:32
Sədərək rayonunda sursat partladı: İki nəfər həlak oldu
28 Aprel 2024 15:03Dərədə köməksiz vəziyyətdə qalan şəxs belə xilas edildi - VİDEO
28 Aprel 2024 12:51Bakıda vətəndaş təmir etdiyi su çənində qaldı - VİDEO
28 Aprel 2024 09:46Ağdamda mina partladı - Yaralı var
27 Aprel 2024 15:15