FHN əhaliyə müraciət etdi
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində ölkə ərazisində qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, ayrı-ayrı yerlərdə güclü külək əsəcəyi və leysan xarakterli intensiv yağış yağacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı gözlənilir. Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Adalet.az xəbər verir ki, müraciətdə güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Eyni zamanda, güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.
"Həmçinin intensiv yağıntılarla əlaqədar mümkün daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmalı, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmalı, xilasetmə qurumlarının çağırış və tövsiyələrinə sözsüz əməl edilməlidir.
Bundan əlavə, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!", - deyə müraciətdə bildirilir.
Digər Xəbərlər
16 Fevral 2026 18:04
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın iclası keçirilib
16 Fevral 2026 15:47
Vatikanda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliyi yaradılacaq
16 Fevral 2026 15:35
Qadın hərbçilərlə bağlı qanuna dəyişiklik ediləcək: 3 ildən 6 ayadək...
16 Fevral 2026 15:29
TƏBİB-ə rəhbərlik edən şəxs Oqtay Şirəliyevin köməkçisi olub
16 Fevral 2026 15:00
Vüqar Qurbanov işdən çıxarıldı - RƏSMİ + YENİLƏNİB
16 Fevral 2026 12:35
Bu biliklər sertifikasiya əsasında qiymətləndiriləcək
16 Fevral 2026 12:27
“Ermənistanda dini rəhbərliyə normal adam gətirilməlidir ki...” - İlahiyyatçı
16 Fevral 2026 11:45


Bakı -°C

