FHN-də anım günü ilə bağlı tədbirlər keçirildi
Fövqəladə Hallar Nazirliyinin (FHN) qurumlarında və regional mərkəzlərində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilib.
FHN-in mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, əvvəlcə iştirakçılar Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyub, dahi rəhbərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirlər Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirlərdə çıxış edənlər dünya şöhrətli siyasətçi, Azərbaycanın xilaskarı Ulu Öndər Heydər Əliyevin mənalı həyat və fəaliyyətindən ətraflı danışıb, müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı naminə müstəsna xidmətlərindən bəhs ediblər. Ümummilli Liderin müdrik siyasəti nəticəsində sürətli inkişaf yoluna qədəm qoyan müstəqil Azərbaycanın beynəlxalq birliyin tamhüquqlu üzvünə çevrildiyini fəxarət hissilə dilə gətirən natiqlər, indiki və gələcək nəsillər üçün əvəzsiz məktəb olan dahi rəhbərin mübarizə dolu həyatı və zəngin siyasi irsinin hər bir azərbaycanlının yaddaşında əbədi yaşayacağını bildiriblər.
Vurğulanıb ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi müdrik daxili və xarici siyasət nəticəsində ölkəmiz beynəlxalq məkanda öz sözü, siyasi çəkisi olan dövlət kimi tanınır, qəbul edilir. Dövlətimizin başçısının müdrik rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olunub, Azərbaycan tarixinin ən qüdrətli zirvəsinə yüksəlib.
Tədbirlərin sonunda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Digər Xəbərlər
10 Mart 2026 11:18
Əbu-Dabi və Dubayda qalmış 195 Azərbaycan vətəndaşı təxliyə edilir
10 Mart 2026 11:03
İrandan Azərbaycan sərhədi ilə 2097 nəfər təxliyə edilib
10 Mart 2026 10:49
“Əgər bunu edə bilsəydik, Xocalı faciəsi baş verməyəcəkdi...” - Polkovnik
10 Mart 2026 10:33


Bakı -°C

