FHN damda köməksiz qalan vətəndaşı xilas etdi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Qaçaq Nəbi küçəsində vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.
Nazirlikdən Adalet.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1961-ci il təvəllüdlü Məmmədov Nizam Cəlil oğlu ayağının sınması səbəbindən doqquzmərtəbəli yaşayış binasının damında köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər köməksiz vəziyyətdə qalmış vətəndaşı xüsusi vasitələrin köməyi ilə damdan düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Digər Xəbərlər
27 Oktyabr 2025 09:11 "Ölüm var, Allah rəhmət eləsin, dahilər də ölür" - Qəza törədən "Range Rover" sürücüsü - VİDEO
27 Oktyabr 2025 08:48 Dağlıq ərazidə köməksiz qalan şəxs xilas edildi - VİDEO
27 Oktyabr 2025 08:41 Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 5 İL ÖTÜR
25 Oktyabr 2025 12:13 

Bakı -°C 










