FHN Bakıdakı yanğında 15 nəfəri xilas edib
FHN Bakıda yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.
Adalet.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Bakının Binəqədi rayonunda çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsindən 17-ci mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 42 p.m və 128 ədəd elektrik sayğacı yanıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğın zamanı yuxarı mərtəbələrdən 15 nəfər sakin xilas olunub, 20 nəfər təxliyə edilib.
Şaxtadan keçən elektrik kabellərinin qalan hissəsi və digər kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Digər Xəbərlər
29 Aprel 2024 17:09
Sabirabadda 28 yaşlı gənci "tok" vurdu
29 Aprel 2024 15:30Minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİB
29 Aprel 2024 14:42Vasif Səmədov VƏFAT ETDİ
29 Aprel 2024 13:51Türkiyədə dəhşət: Gəlin və qaynana təndirdə yandı
28 Aprel 2024 21:30