adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 Aprel 2014 14:47
7111
SİYASƏT

Fəzail Ağamalı Leyla Yunusa kəklik dedi

"Bu insan vətənə xəyanətdə ittiham olunubsa,deməli ortalıqda ciddi faktlar var”. Bunu Ana Vətən Partiyasının sədri, millətvəkili Fəzail Ağamalı dövlətə xəyanətdə ittiham olunan jurnalist RaufMirqədirovun saxlanılmasına və müxalifət mətbuatının, xüsusilə Leyla Yunusunonun müdafiəsinə qalxmasına münasibət bildirərkən deyib.

Parlament üzvününsözlərinə görə, Azərbaycan dövlətinə xəyanətdə ittiham olunan jurnalist RaufMirqədirovla bağlı Kütləvi İnformasiya Vasitələrində (KİV) verilən məlumatlarçox lakonik xarakter daşıyır: "Onun barəsində hələ tam araşdırma aparılır.Əminəm ki, bununla bağlı hüquq mühafizə orqanları lazımi açıqlamalar verəcək.Təbii ki, bu cür faktlar araşdırılmalı və obyektiv şəkildə Azərbaycanqanunlarının vermiş olduğu imkanlar çərçivəsində sərt tədbirlər həyatakeçirilməlidir. Vətənə xəyanətə görə heç kəs bağışlanıla bilməz.

Rauf Mirqədirovun müdafiəsiilə bağlı Leyla Yunusun açıqlamalarına gəlincə deyə bilərəm ki, bu birmənalışəkildə Ermənistanın xüsusi xidmət orqanları ilə bağlı məsələdir. L.Yunus uzunillərdən bəri həm Ermənistanın xüsusi xidmət orqanları tərəfindən, həm dəişğalçı ölkənin erməni lobbisi tərəfindən müxtəlif qrantlar hesabınamaliyyələşdirilir. Bu insan Azərbaycanın dövlət maraqlarını satmaqla, ölkəxalqına xəyanət etməklə öz biznesini qurmada davam edir. Birmənalı olaraq həmininsan bütün dünyada və Azərbaycanda işğalçı Ermənistanın mövqeyini müdafiəedir. Çox təəssüf ki, o, bunu riyakarcasına demokratiya, insan haqları adıaltında pərdələməyə çalışır. "Kəkliyin başı kolda amma bütün bədənininhissələri göründüyü kimi”,  Leyla Yunusun da başı ermənilərin əlində ammabütün bədəni, vücudu, düşüncəsi ölkəmizə xəyanət etməkdir. Təbii ki, bu danövbəti addımlardan biridir. Əgər Rauf Mirqədirov Ermənistanla "Xalqdiplomatiyası” adı altında müəyyən əlaqələrə girirsə və bununla bağlı onlarlabu və ya digər şəkildə danışıqlar aparırsa və ölkəmizin milli maraqlarınıErmənistana satırsa bu vətənətə xəyanətdir. Düşünürəm ki, Leyla Yunus barəsindədə hüquq-mühafizə orqanları ölçü götürməli və o, Azərbaycan vətəndaşlığındançıxarılmalıdır”.