adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
05 Fevral 2019 12:04
17012
GÜNDƏM

Feysbuk dindir, Mark da bu dinin peyğəmbəri... - SORĞU

Bu gün feysbukun yarandığı gündür. Əsası 2004-cü ilinfevralın dördündə Mark Zukerberq və onun otaq yoldaşları Eduardo Saverin,Dastin Moskovits və Kris Hyuz tərəfindən qoyulmuş, dünyada ən böyük sosialşəbəkəsidir.

Adalet.az tanınmış şəxslərdən feysbukun onlarınhəyatdakı rolundan, nəyə görə istifadəçi olduqlarından münasibət öyrənib. Cavablarıtəqdim edirik.



Xalq artisti NurəddinMehdixanlı: "Yaşadığım mühiti, dünyanı tanımaqdan ötrü, ətrafımda,ölkəmdə, dünyada yaşayan ayrı-ayrı insanların həyata baxışını, fikrini, düşüncəsiniöyrənmək üçün feysbukda varam. İstifadə etməyi bacarsan faydası çoxdur, ammaistifadə etməyi bacarmayanda əksi olur. Feysbukda özünü göstərmək, rəftar,düşüncə hər bir insanın daxili aləmi, mədfəniyyətilə bağlıdır. Bəzən doğruolmayan informasiyanın, yalanın yayılması, yalanın həqiqət kimi təqdim olunmasıhalları zərərli tərəflərindəndir. Hər şeyin bir xəstəliyi olduğu kimi, fesbukunda aludəçisi, xəstəsi var. Ağıllı istifadə edəndə faydası çoxdur.”





Tanınmış publisit İradə Tuncay: "Bəzən elə xəbərlər, elə saytlar olur ki, onu feysbukvasitəsilə izləyirəm və diqqətimi çəkir. Yeni insanlarla tanış oluram. Realda bəlkədə bu qədər adamla tanış olmazsan. Ancaq feysbuk bir küçədir və küçənin bubaşından o başına gedəndə nə qədər adamla və fikirlə tanış olursan. Bəzən heyrətlənirsənki, mən bu adamla niyə indiyə qədər tanış olmamışam. Bu cür müsbət yanlarıçoxdur. Mənfi tərəfi odur ki, çox yükləyir adamı: dərdlə, qəmlə, problemlərlə...Bəzən olur, eşitmək istəmədiyin xəbər gözünə girir. Bunu görməyə məcburolursan. Feysbuk bu gün ən ciddi nəsnələrdən biridir. Bunun reallığı iləbarışmaq lazımdı. İndi dünya fesybukun üzərindədir.”




"525-ci qəzet”in baş redaktoru Rəşad Məcid: "Feysbukuhəm sevirəm, həm də nifrət edirəm. Feysbuk həm yaxşıdı, həm pis. Mark Zukerberqə həm hörmətim var, həm dəhirsliyəm ona. On ildir ki, feysbukdayam və ilk illərdə tez-tez deyirdim ki,feysbukun üstünlükləri çoxdur. Bunlardan birincisi, mənə lazım olanı kommunikasiya,sürətli əlaqə, istədiyini, istədiyin adamı, yazını tapmaq. Bu mənim üçün işprosesində çox vacib oldu. Bu mənada feysbuk dünyanı ovucumuza yerləşdirdi.İnsanları müşahidə etmək, öyrənmək baxımından da mənim üçün maraqlıdır. Son illərdədemək olar ki, hamını tanıyıb, itirmişəm. Mənfi cəhətləri odur ki, vaxtın necəöldüyünü, necə bəzən mənasız keçdiyini hiss etmirsən. Çoxlu tanımadığın, bəzəndüşüncəsiz insanların mənasız ittihamlarına rast gəlirsən. Bir də yeni sözçıxıb, müxtəlif trollar. Bu trollar tutaq ki, sistemli qurulmuş olsa da, bəzəndə təbii olur. Yəni küyə getmək, kütlə psixologiyası. Bir dəli quyuya bir daşatdı, 100 ağıllı yığışdı, çıxarda bilmədi məsəli kimi.



Tanınmış bəstəkar Rasim Müzəffərli: "İndiki nəsillərin əksəri üçün həyat - real və virtual həyatların vəhdətidir. Facebook mənim virtual həyatımın özüllərindən biridir. Mənim üçün çoxfunksiyalı virtual platformadır - buradan həm ünsiyyət vasitəsi kimi, həm günün nəbzini və ictimai rəyi duymaq üsulu kimi, gənclik illərimə, "Cəngi Birliyi"nə, OZAN qrupuna aid audiovizual materialların tapılması və toplanması, habelə paylaşılması, populyarlaşması üçün imkan kimi, həm elan, məlumat və münasibət lövhəsi kimi, həm arxiv kimi istifadə edirəm."






Teleaparıcı RahilSayadoğlu: "Feysbuk mənim həyatımda o qədər böyük rolamalikdir ki, onu qısa şəkildə ifadə etməyim mümkünsüzdür. Bura real həyatdandaha maraqlıdır. Məkan və zaman səddi olmadan bu qədər insanla bir damınaltında yaşayırıq. Qısa zaman ərzində səsini yüzlərlə, minlərlə adama çatdırabiləcəyin yeganə uğurlu platformadır. Real həyatda səndən asılı olmayan şeylərbaş verir. Amma virtual həyatda çox şey səndən asılıdır. Ana səhifəni elə tənzimləyirsənki, hər şey ürəyincə olur. Mənə görə feysbuk bir dindir, Zükerberq də bu dininpeyğəmbəri.”