Fəxrəddin Altun: Azərbaycanla birgə mexanizmimiz dezinformasiyaya qarşı gücümüzü birləşdirəcək
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "Azərbaycan ilə Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında anlaşma memorandumunun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər" mövzusunda Bakıda keçirilən dəyirmi masa iştirakçılarına məktub ünvanlayıb.
Adalet.az xəbər verir ki, onun məktubunu Türkiyənin Azərbaycandakı Səfirliyinin media müşaviri Cihangir Alptekin İşbilir səsləndirib.
Məktubda 2020-ci ilin 10 dekabrında “Türkiyə ilə Azərbaycan arasında Media sahəsində Strateji Əməkdaşlıq haqqında Anlaşma Memorandumu” xatırladılaraq bunun kommunikasiya və media sahəsində iki ölkə arasında hərtərəfli yol xəritəsi olduğu diqqətə çatdırılıb:
"Geridə qalan müddət ərzində biz həm Türk Dövlətləri Təşkilatı, həm İslam Əməkdaşlıq Təşkilatı, həm də ikitərəfli əlaqələr çərçivəsində dəfələrlə görüşlər keçirmiş, əməkdaşlığımızı daha da gücləndirmək üçün səylərimizi birləşdirmişik".
F.Altun 2021-ci ildə Birgə Media Platformasının ilk iclasında “İctimai diplomatiya”, “Beynəlxalq media”, “Strateji kommunikasiya”, “Təhsil”, “Qanunvericilik və tənzimləmə”, “Rəqəmsallaşma və beynəlxalqləşmə” komitələrinin yaradılmasına diqqət çəkib.
"Bu mənada, institusionallaşmış birgə ictimai diplomatiya mexanizmimiz işimizin keyfiyyətini artıracaq, xüsusilə dezinformasiyaya qarşı mübarizədə gücümüzü birləşdirəcək. Bu kontekstdə dünya ictimaiyyətinin düzgün məlumatlandırılması böyük əhəmiyyət kəsb edir", - o vurğulayıb.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri yekun olaraq bildirib ki, 2025-ci il martın 4-də Bakıda “Daha ədalətli dünya mümkündür” adlı panel və dəyirmi masa toplantısı da keçiriləcək:
"Birgə media platformamızın 2024-cü il üçün fəaliyyətinin qiymətləndiriləcəyi və gələcək proqnozların müzakirə olunacağı bu toplantının faydalı olacağına ümid edirəm".
Digər Xəbərlər
13 Yanvar 2026 19:06
İlham Əliyev Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlini qoyub - FOTOLAR
13 Yanvar 2026 18:37
"Deyirdim ki, bir gün mənim əlim o kişiyə çatacaq" - Dövlət başçısı ilə səmimi söhbət
13 Yanvar 2026 18:29
"Oğlum məni Sizə əmanət edib" - Şəhid anası ilə Prezidentin dialoqu
13 Yanvar 2026 17:45
Müdafiə Nazirliyinin sabiq idarə rəisinin cəzası azaldılıb
13 Yanvar 2026 17:14
Dövlət xidmətinə rəis müavini təyin edildi
13 Yanvar 2026 16:49
Bakı-Sumqayıt ekspres marşrutlarında qiymət artırılır - BU TARİXDƏN
13 Yanvar 2026 16:44
Prezident “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış oldu - FOTOLAR + YENİLƏNİB
13 Yanvar 2026 16:28


Bakı -°C

