adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
08 Avqust 2019 14:29
23109
DÜNYA

FETÖ QIRĞIZISTANDA QAN ELƏYİR

Türk dövlətləriFETÖ ilə mübarizəyə başladı, FETÖ-çuları hakimiyyətdən uzaqlaşdırdı (başda Azərbaycan olmaqla), məktəblərini bağladı. AmmaQırğızıstan bu addımı atmadı.

Və FETÖ Qırğızıstandakı dayaqlarını itirmədi. Bu gün Qırğızıstan yenə qarışıb, bir inqilab dalğasındadı.Sabiq prezident Atambayevi həbs etməküçün xüsusi təyinatlılar evinə hücum edib, bir ölü, əlli yaralı. Atambayevində, ən uzağı Azərbaycandakı hansısa kolxozsədrinin evinə oxşayan, evi yandırılıb. Atambayev də götürülərək harasa aparılıb.Qarşıdurma davam edir.

O vaxt Qazaxıstanın prezidentiNazarbayev Atambayevə demişdi ki, ağlın olsun, hakimiyyəti vermə, o da cavabındabildirmişdi ki, biz demokratik ölkəyik, xalq kimi istəyərseçər. Öz əli ilə hakimiyyəti indikiprezidentə vermişdi və öpüşüb ayrılmışdılar.

Atambayev Türkiyəni eşitməmişdi və yuxarıda qeyd etdiyim kimi, FETÖ-nun dayaqlarınavə məktəblərinə toxunmamışdı.

Di get.

Görən, Şərq ölkələrində nə vaxt hakimiyyətə gələnl prezident hakimiyyətdən gedən prezidenti və onun adamlarını minməyəcək?!