adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Fevral 2018 14:42
30352
ƏDƏBİYYAT

Fərqanə Yusifqızı: Səndən uzaqlarda


















Səndən uzaqlarda keçmirbu həyat

Ürək həsrət‚sevgi həsrət‚mənhəsrət.

Səndən uzaqlarda qəlbimquraqlıq

Bulud həsrət‚yağış həsrət‚çənhəsrət.


Səndən uzaqlarda hərmövsüm qışdı

Sənsizlık hər gecə mənləboğuşdu.

Ruhum torpaq üstəqanadsız quşdu

Hava həsrət‚yuva həsrət‚dənhəsrət.


Səndən uzaqlarda yoxduxətirlər

Qələmin ucuna gəlmir sətirlər

Mən vüsal yazıram qəm gətirirlər

Şeir həsrət‚misra həsrət‚bəndhəsrət.


Yağmur var buralarda


Yəqin eşitmisən xəbərlərdən

bir az yağmur varburalarda.

bir az buludlar mənəyağdı,

bir az da mən buludlara.

Sonra...

mahnımız səsləndi,

mindiyim taksininradiosunda.

Bir az qulağımyoldaşlıq etdi mahnıya,

bir az da gözlərim...

Söyləmək istəmirəm, amma

mən səni çox özlədim...


Məktub


Məndən nigaran qalma,

Hər şey qaydasındadı

Yuxum qaçıb sadəcə

Heç bilmirəm hardadı.

Evin divarlarından

yuxusuzluq tökülür,

bayırda dan yeri də

sən olmadan sökülür.

Yuxu cəhənnəmə e,

Dörd tərəfim işgəncə,

Yenə iştahım qaçıb,

Yaşayıram beləcə.

Hara baxsan dərmandı

yenə xəstə olmuşam.

sevginə bürünürdüm

üstüaçıq qalmışam.

Quruyub dodaqlarım,

indi uçuq-uçuqdu.

Sulugözlü olmuşam,

Ehh, biabırçılıqdı...

Bunlar dərdin yarısı,

havalar da pis keçir.

günlər bozarıb yaman

bir birindən seçilmir.

Adını unutmağa

bəhanələr tükənib

dünyanın şor suları

kipriyimə yüklənib.

Hə,bayaq nə deyirdim?

heç vecinə də alma.

hər şey qaydasındadı,

məndən nigaran qalma


VƏTƏN


Hamı and içər adına,

Adın mənim andım,Vətən.

Səndən əzəl,səndən əvzəl,

Nə vardısa dandım,Vətən.


Vətəndə qəriblik çətin,

Necə olum axı mətin?!

Yüz milyonluq bir millətin

Həsrətini andım,Vətən.


Kim əl üzər gözəl gündən,

Qopur əldən yüz əl gündə.

Mən ki,sənəəzəl gündən

Həm ruh,həm də candım,Vətən.


İlham verdin hərsözümə,

Nur kimi doldun gözümə.

Təkcə,təkcə mən özümə

Səni həmdəm sandım,Vətən.


HƏLƏ YOL ÜSTƏYƏM...


Hələ yol üstəyəm səfərimuzaq,

Məni öz yolumdansaxlamaq olmaz.

Çölümdə atəş var,içimdəsazaq,

Məni bu səfərdəhaqlamaq olmaz.


Yoluma qayalar,daşlardüzülər,

Qəddimi əymədən keçibgedərəm.

Qoymaram kimsənin qəlbiüzülə,

Bütün pislikləri biçibgedərəm.


Əkərəm dünyaya yaxşılıqdəni

Zalımın zülmünə sədd olarşerim.

Qovaram qəlblərdəndumani,çəni,

Sevən könüllərə bəndolar şerim.


Beləcə dünyaya nur çiləyərəm

Zülmət ürəklərdən başalıb qaçar.

Baxıb insanlara əl eyləyərəm,

Çöhrələr ətrafa təbəssümsaçar…


…Hələ yol üstəyəm,səfərimuzaq,

Məni öz yolumdan saxlamaqolmaz.

Çölümdə atəş var,içimdəsazaq,

Məni bu səfərdəhaqlamaq olmaz.