Fermerlərə verilən kreditlərin faizlərini dövlət ödəyə bilər
"Aqrar sahə dünyanın ən riskli sahəsidir. Bu sahə dünyada kredit təşkilatları tərəfindən cəlbedici sahə hesab edilmir, eynilə bizim ölkəmizdə də vəziyyət belədir".
Adalet.az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib.
Onun sözlərinə görə, son 10 ildə banklar kənd təsərrüfatı sektorunun kreditləşməsini 5 dəfə, Sahibkarlığa Kömək Milli Fondu isə 18,1 dəfə Buna baxmayaraq, naziri müavini bildirib ki, bu vəsait yetərli deyil.
"Dövlət xətti ilə aqrar sektora ciddi maliyyə dəstəyi verir. Xarici investorlar isə aqrar sahəmizə elə də ciddi münasibət göstərmirlər. Bu, təkcə aqrar sahənin riskli olması ilə bağlı deyil, eyni zamanda burada ayrı-ayrı kredit alətlərinin, mexanizmlərinin tətbiqinin məhdudluğu ilə bağlıdır. Çünki aqrar sahədə daşınar əmlakların girov kimi qəbul edilməsi, hazır məhsulların girov kimi qəbul edilməsi, beynəlxalq təcrübədə öz əksini tapan və sınanmış alətlər hələlik ölkəmizdə tətbiq edilmir. Ümid edirik ki, bununla bağlı bizim təkliflərimiz nəzərə alınacaq və fermerlərin maliyyə resurslarına çıxış imkanları artırılacaq. Biz beynəlxalq təcrübədə özünü doğrultmuş bir neçə variantı təklif etmişik. Bu, yalnız hazır məhsulların girov kimi qəbul edilməsi ilə bağlı deyil, eyni zamanda götürülmüş kreditlərin faiz dərəcələrinin dövlət vəsaiti hesabına ödənilməsi kimi bir neçə müxtəlif alətlərin tətbiqini nəzərdə tutur", - deyə S. Talıbov vurğulayıb.
Digər Xəbərlər
29 Aprel 2024 10:53
"Bu, satınalmalarla bağlı yeni qaydaların tətbiqilə bağlıdır" - Deputat
29 Aprel 2024 10:24Bu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək - VİDEO
29 Aprel 2024 09:52Bu günə olan valyuta məzənnələri
28 Aprel 2024 13:12Mikayıl Cabbarov şirkət prezidenti ilə birgə fəaliyyət imkanlarını müzakirə etdi
26 Aprel 2024 15:51