adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
23 Aprel 2014 17:26
6942
MƏMLƏKƏT

Fərhad Vahabov: “Erməni diasporuna qarşı mübarizəni dayandırmaq olmaz”

"MilliTəhlükəsizlik Nazirliyi Azərbaycanda erməni saxtakarlığı ilə mübarizə sahəsindəMədəniyyət və Turizm Nazirliyi, Müəllif Hüquqları Agentliyi və digərtəşkilatlarla qarşılıqlı əlaqə formasında fəaliyyət göstərir. Bunu Milli Təhlükəsizlik Nazirliyinin Aparat rəhbəriFərhad Vahabov Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş"Mədəni irsin qorunması və erməni saxtakarlıqları" mövzusundakeçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, artıq erməni diasporu o qədərgüclüdür ki, 200 ildir təşkilatlanmış şəkildə dünyada mübarizə aparır:"Biz də bunu tədricən sındırmağa çalışırıq. Müəyyən nailiyyətlər də var.2005-ci ildə erməniçiliklə mübarizənin vəziyyətinə dair monitorinq aparılıb.2005-ci ildə erməniçiliklə mübarizə 5%-in 95%-ə nisbətində idisə, 2011-ci ildəbu rəqəm 35%-in 65%-ə nisbətində olub. Bu, böyük sıçrayış və qələbə idi. Bu,bizim Azərbaycan ictimaiyyətinin, hüquq-mühafizə orqanlarının əlaqədartəşkilatlarla birgə apardığı mübarizənin nəticəsidir. Minlərlə kitab çapolunub, disklər, filmlər hazırlanıb və hər yerdə mübarizə aparılır. Bu işlərdəHeydər Əliyev Fondu və digər nazirliklər çox önəmli rol oynayırlar. Əlbəttəbunu dayandırmaq olmaz və bundan sonra daha mütəşəkkil şəkildə, səfərbər olaraqmübarizəni genişləndirməliyik".