adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 May 2019 11:28
12984
SİYASƏT

Fazil Musatafa: “Hər halda xoşa gələn qərar deyil”

TürkiyəMərkəziSeçki Komissiyasımartın31-də İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərinnəticələrinin ləğvi barədə qərar qəbul edib.Qurumun mayın 6-da keçirilənfövqəladəiclasındahakim Ədalət və İnkişaf Partiyasının etirazı qəbuledilib.İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə təkrarseçkiləriyunun23-də keçiriləcək.

Milli Məclisindeputatı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupununüzvü Fazil Mustafa bu haqda fikirlərini Adalet.az-la bölüşüb: "Bu arzuolunanhal deyil. Yəni kimin qalib gəlməsi məsələsindən daha çox Türkiyənin seçki atmosferindənçıxması vacibdir. Biz qardaş ölkə kimi bunu təmənna edirik. Təbii ki, buTürkiyənin daxili qərarıdır seçki komissiyası qərar verib və bizim də buna rəybildirməyiniz doğru deyil. Amma bütövlükdə Türkiyənin iqtisadi problemləriniçözməsi üçün seçki prosesindən adlayıb daha konkret idarəetmə modelinitəkmilləşdirməsi və yaxud da davam etməsi vacibdir. Çünki Türkiyənin yeksəlişi,güclənməsi bizim üçün də vacibdir. Hər halda xoşa gələn qərar deyil. Məncə buməsələdə təbii ki, müəyyən hüquqi və digərmülahizələr araşdırılıb və belə qərar verilib. Amma seçki prosesi yekunlaşsaydıTürkiyənin özünün də başı açılardı və ətrafındakı problemlərə daha çox diqqətyetirərdi. Bu bizim üçün də vacibdir. Çünki Azərbaycanın da bir çox problemlərivar və burda da ən çox dəstəyimiz Türkiyədir. Türkiyəınin başı qarışıq olanda,seçkilərə aludə olanda bizim üçün elə bu təhlükə mənasına gəlir. Ümid edək kitürk milləti bu problemləri tezliklə çözər və gərginlik ortadan qalxar”.