adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
02 Oktyabr 2018 15:10
5331
GÜNDƏM

Fazil Məmmədov istefa verdi

Sabiq vergilər naziri Fazil MəmmədovAzərbaycan Güləş Federasiyasının (AGF) prezidenti vəzifəsindən rəsmən ayrılıb.

Adalet.az-ın "Report"a istinadən məlumatına görə, bir müddət əvvəlF.Məmmədov istefa ərizəsi yazıb.

Artıq onun adıAGF-nin rəsmi saytından da çıxarılıb. Qurumda prezident əvəzi kimi əvvəllər I vitse-prezident vəzifəsində çalışmış Namiq Əliyev göstərilib. N.Əliyev bu gün güləşçilərlə federasiya rəhbəri kimi görüşərək, onlara Yeniyetmələrin III Yay Olimpiya Oyunları vədünya çempionatında uğurlar arzulayıb.

Qeyd edək ki, Fazil Məmmədov 2007-ci ildən Azərbaycan Güləş Federasiyasının prezidenti idi. O həm də Azərbaycan Otüstü Hokkey və Azərbaycan Velosiped İdmanı federasiyalarına rəhbərlik edir.