adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 Avqust 2016 13:41
10697
ƏDƏBİYYAT

Fazil İskəndərə heykəl qoyulacaq, adına küçə veriləcək

Suxumidətanınmış yazıçı Fazil İskəndərə heykəl qoyulacaq, həmçinin həmin küçə dəyazıçının adını daşıyacaq. Adalet.az Rusiya mətbuatına istinadən məlumat verir.

Qeydedək ki, Fazil İskəndər iyulun 31-də 88 yaşında Moskva ətrafındakı bağ evində dünyasınıdəyişib.

"Bundanbaşqa, Qudaut rayonunun Mqudzırxua kəndində Fazilin doğulduğu evdə yazıçının evmuzeyi yaradılacaq. Bura yazıçının bütün dünyadan olan oxucuları vaxtaşırı gələbiləcəklər”, – deyə Abxaziya prezidentinin mətbuat katibi Raul Hacımba bildirib. 

Xatırladaqki, anası abxaz, atası fars olan Fazil Əbdül oğlu İskəndər Suxumidə doğulub,onun atası SSRİ-dən 1939-cu ildə deportasiya edilib. Rus dilində təhsil almış İskəndər 1990-cıilə qədər doğma Abxaziyada yaşayıb, fəaliyyət göstərib. Sonra Moskvaya köçüb.Yazıçıya şöhrət gətirən ilk əsəri 1966-cı ildə dərc etdirdiyi "Kozlotur bürcü”povesti olub. Bundan başqa, doğma kəndindən bəhs etdiyi "Çeqemli Sandro” vəmüxtəlif şeirlər toplusu da yazıçını çoxsaylı oxucuya sevdirib.