adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Sentyabr 2016 14:07
11082
İDMAN

FATEH TERİMİN MİLLİDƏN QOVDUĞU ARDA TURAN QAN ELƏYİR

İmperatorluğunuçoxdan itirmiş Fateh Terimin hikkələri qardaş ölkənin futboluna zərbələr vurmaqdadı. Son hikkələrininbiri də Avropanın bir nömrəli klubu olan «Barselona»nın oyunçusu Arda Turanı millitakımdan qovmasıdı.

Elə bil ArdaTuran da Fateh Terimin acığına durub. Mövsümünyeni başlamasına baxmayaraq, həm İspaniya çempionatında, həm də Avropa ÇempionlarLiqasının oyunlarında beş top vurub (həttaMessi və Neymardan çox), bir neçə də məhsuldar ötürmə verib. Özü də çıxdığıoyunlarda da ya 45, ya da 30 dəqiqə meydanda olur.