adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
14 Mart 2018 12:02
14896
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: YOL POLİSİ PİYADALARA KÖMƏK ETDİ

Heç kimə sirr deyilki, bu gün respublikanın avtomobil yollarında piyadaların vurulması hallarına datəsadüf edilir. Aydındır ki, belə halların baş verməsində həm sürücülər, həm dəpiyadalar məsuliyyət daşıyırlar. Çox təəssüf ki, bir çox halda həm sürücü, həm də piyada bu məsuliyyəti unudur, yaddançıxarır.

Yəni nəqliyyat vasitələrinin yüksək sürətlə hərəkətetdiyi respublika əhəmiyyətli yollarda bəzipiyadalar avtomobillərin sürətlə gəlməsinə baxmayaraq, yolu keçməyə çalışırlar.Bir çoxu bu yolu qaça-qaça keçir, bəzisi də keçə bilməyəndə avtomobillər tərəfindənvurulur.

Bu cür hadisələrisə birmənalı olaraq faciələr yaradır. Başqa sözlə demiş olsaq, yolu keçə bilməyənpiyada vurulursa, bu göz yaşı, kədər və bir ailənin faciəsi deməkdir. Ehtiyatsızlıqdanvə diqqətsizlikdən yarımçıq qalan ömürlər isə həmişə onların doğmalarını, əzizləriniyandırır və qəlbində əbədi bir sağalamaz yara qoyur.


Bakı-Qazax yolununƏlətə qədər olan istiqamətində də Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşlarıpiyadaların yolu keçməsi üçün lazımi təhlükəsizlik tədbirlərini vaxtaşırı olaraqhəyata keçirir. Bu istiqamətdə Qaradağ rayonunun Sahil, Sanqaçal, Buta, Ələt qəsəbələrivar. Təbii ki, yolun müəyyən istiqamətlərində piyadaların keçməsi üçün zolaqlı ağxətlər də çəkilib. Bu ağ xətlər piyada keçidi kimi nəzərdə tutulub. Amma buna baxmayaraq,bir çox halda sürücülər bu yol nişanına əməl etmir və piyadaya yol vermək istəmir.Xüsusən də yağışlı və yağmurlu havalarda piyadaların həmin yerdən keçməsi daha təhlükəlidir.

6-cı tağımın xidmətapardığı Bakı-Qazax avtomobil yolunun 49-cu kilometrində bir neçə gün bundan əvvəlyağışlı, yağmurlu havada yol polisləri həmin yerdə xidməti daha da gücləndiriblər.Belə ki, avtobusdan düşən çoxlu sayda piyadahəmin yerdən keçərkən yol polisi digər nəqliyyat vasitələrini saxladaraq onlarıtəhlükəsiz yolun digər hissəsinə keçiriblər. Ümumiyyətlə, bu istiqamətdə mütəmadiolaraq 6-cı tağımın əməkdaşları fəaliyyət göstərir, mürəkkəb hava şəraitində piyadalarıntəhlükəsiz yolu keçməsi üçün əlverişli şərait yaradırlar.

Yol polisinin piyadalaragöstərdiyi qayğıdan və diqqətdən razı qalan qəsəbə sakini Nərgiz Məmmədova bildirirki, bu cür çətin vəziyyətdə yol polisləri bizim yanımızda olur və yolu keçməyimizəköməklik göstərir. Nə yaxşı ki, bu yağışlı havada onlar bu xidməti bizə göstərdilər.Yoxsa sürücülərin ümidinə qalsaydıq, heç kəs bizə yol verməyəcəkdi, yağışın altındaqalacaqdıq. Bir daha biz yol polisinə öz təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.


Digər bir piyadaçıƏhməd Məmmədov isə dedi ki, düzdür, yol polisi bizə həmişə yolu keçməkdə köməklikgöstərir. Elə bir vaxt olmur ki, onlar bizi görüb ayaq saxlamasınlar və kömək göstərməsinlər.Ancaq yaxşı olardı ki, bu qəsəbədə bir neçə yerdə digər ünvanlarda olduğu kimi,yerüstü keçidlər tikiləydi. Yerüstü keçidin olması bütün hallarda bizim təhlükəsizliyimizitəmin edər və hər bir çətin vəziyyətdən qurtarar. Əgər yerüstü keçid olsa, uşaqlarımızıda o yerdən rahat buraxa bilərik. Yəni əlimizürəyimizin üstündə olmaz ki, yolu keçən uşağı maşın vuracaq, yoxsa yox?!

Altıncı tağımın naryadrəhbəri, polis kapitanı Namiq Əzizov piyadaların təhlükəsizliyi ilə bağlı görülmüştədbirlərdən danışarkən qeyd etdi ki, xidmət apardığımız Bakı-Qazax yolunun Ələtəqədər olan istiqamətində piyadaların bir çox yerdə təhlükəsizliyini təmin etməküçün qabaqlayıcı tədbirlər görürük. İlk növbədə əməkdaşlarımız məktəblərdə və müəssisələrdəsöhbətlər aparır, piyadaları maarifləndirirlər. Bununla yanaşı, yolun hansı yerindəzolaqlı piyada keçidi varsa, piyadalardan ordan keçməyi tövsiyə edirik. Xüsusi naryadımızı piyadaların ən çox istifadə etdiyiyerlərə göndəririk. Həmin yerlərdə əməkdaşlarımız xidmət apararkən yolu keçmək istəyənpiyadalara yaxından köməklik göstərir. Artıq biz bu cür təhlükəli yerlərin hamısınıxüsusi nəzarətdə saxlamışıq. Və həmin yerlərə də günün müəyyən saatlarında əməkdaşlarımızıgöndəririk. Əməkdaşlarımız isə öz xidməti vəzifələrini hava şəraitinin mürəkkəbolub-olmamasından asılı olmayaraq məsuliyyətlə yerinə yetirirlər. Elə məhz bunagörə də həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində xidmət apardığımız Bakı-Qazaxyolunun Ələtə qədər olan istiqamətində piyadavurma halları minimum həddə çatıb.



Göründüyü kimi, YolPatrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları Bakı-Qazax yolunda piyadalarıntəhlükəsizliyinin təmin edilməsi üçün davamlı olaraq qabaqlayıcı tədbirlər gerçəkləşdirirlər.Bu tədbirlərin gerçəkləşməsi isə onu deməyə əsas verir ki, piyadalar bu yolu keçərkənyol polisi tərəfindən yüksək səviyyədə təhlükəsizliklərintəmin edildiklərini görürlər və yol polisinin fəaliyyətindən razı qalırlar. Əlbəttə,hava şəraitindən asılı olmayaraq, yol polisi həmişə həm sürücüləri, həm də piyadalarıyol hərəkəti qaydalarına əməl etməyi tövsiyə edir. Qaydalara əməl etmək isə hərhansı sürücünün və piyadanın mənzilbaşına sağ-salamat çatmasına əlverişli şəraityaradır.