adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
04 Fevral 2019 13:07
20714
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: YOL POLİSİ AVTOMOBİLDƏ 16 KİLOQRAMDAN ÇOX MARİXUANA VƏ 420 QRAM HEROİN AŞKARLADI

Bu il qış aylarında havaların mülayim keçməsi respublikanın avtomobilyollarında bir o qədər də təhlükə yaratmayıb. Ancaq bu o demək deyil ki, yollardabütün təhlükə aradan qaldırılıb. Sirr deyil ki, yanvarın axırlarında ölkə ərazisininbir çox yerlərinə möhkəm qar yağdı. Bax onda Bakı-Şamaxı, Bakı-Qəbələ və Bakı-İsmayıllıavtomobil yolunda yollar buz bağladı və nəqliyyat vasitələrinin hərəkəti çətinləşdi.Amma mövcud problem Yol Patrul Xidməti Alayının əməkdaşları və Yol İstismar İdarələritərəfindən vaxtında aradan qaldırıldı. Belə ki, qarlı yollar texnika ilə təmizləndivə buz bağlamış yerlərə duz qarışıq qum səpildi. Bu addımlardan sonra adlarlnl qeydetdiyimiz rayonlara gedən yolda avtomobillərin təhlükəsiz hərəkəti təmin edildi.

Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları da qış mövsümünəçox ciddi hazırlaşıblar. Öncədən onu qeyd edək ki, tağımın stasionar postunda soyuq,yağışlı, yağmurlu havada avtomobillər saxlanılır, sürücülərə yol polisi əməkdaşlarıehtiyatlı olmağı tövsiyyə edir. Təbii ki, bu cür maarifləndirici tədbirlərin həyatakeçirilməsi baş verə biləcək qəzaların qarşısınınalınmasında önəmli əhəmiyyət kəsb edir.


Hamı yaxşı bilir ki, bir çox qəzalar sürücülərin sürət həddinə əməl etməməsi, sükan arxasında sərxoş vəziyyətdə əyləşməsivə yuxulaması nəticəsində baş verir. Tağım komandiri, polis mayoru Vüqar Əsgərovəməkdaşlara tapşırıq verib ki, sərxoş sürücülərə qarşı daha ciddi mübarizə aparılsınvə onlara heç bir güzəşt edilməsin. Bu tapşırıqlardan sonra keçirilən reydlər zamanıneçə-neçə sərxoş sürücü aşkarlanaraq məsuliyyətə cəlb edilib.

Eyni zamanda, yükdaşıma qaydalarının pozulmasına qarşı da mübarizə genişvüsət alıb. Bir çox sürücülər qum, çınqıl apararkən yükün üzərinə örtük bağlamırlar.Örtüksüz yük maşınlarından isə yollara qum, çınqıl səpilir, nəticədə yollar çirklənirvə digər avtomobillər üçün təhlükə yaranır. Son vaxtlar bu cür qayda pozuntusunagörə, bir neçə yük maşınının sürücüsünə inzibati protokol tərtib edilib. Bu cürtədbirlərdən sonra yük maşınlarının əksəriyyətiapardıqları tikinti materiallarınınüstünü örtüklə bağlayırlar.


Tağımın əməkdaşları Bakı-Qazax yolunun Ələtə qədər olan təhlükəli yerlərindəxidməti gücləndirirlər. Məsələn, bu yolun 57-ci kilometrində əvvəllər yerüstü piyadazolağı yox idi. Hərəkət iştirakçıları isə məscidə ibadətə gedəndə və qayıdanda təhlükəlianlar yaşayırdılar. İndi həmin yerdə piyadalar üçün zolaqlar çəkilir və insanlarda təhlükəsiz həmin yerdən gedib-gələ bilirlər. Eyni zamanda, Bakı-Qazax yolunun25-ci, 37-ci, 44-cü, 48-ci, 57-ci və 68-ci kilometrlərində təhlükəli anlar mövcudolur. Bu təhlükəli anları aradan qaldırmaqüçün günün müəyyən saatlarında həmin yerlərə naryadlar göndərilir və yol polisiəməkdaşları qabaqlayıcı tədbirlər nəticəsində mövcud təhlükəni aradan qaldırırlar.

Keçirilən reydlər zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, ötməəməliyyatını pozan, avtomobilin konstruksiyasında dəyişiklik edən və eyni zamandanormadan artıq sərnişin daşıyan sürücülər barəsində elektron protokol tərtib edilib.Bu cür qayda pozuntularına yol verən heç bir sürücü məsuliyyətdən kənarda qalmayıblar.


Tağım əməkdaşları həm də cinayətkarlığa qarşı fəal mübarizə aparırlar.Belə ki, yanvarın 15-də Qaradağ rayon Polis İdarəsindən Yol Patrul Xidməti Postunaməlumat daxil oldu ki, Ələtdən Bakı istiqamətində hərəkət edən "Mitsubişi L200” markalı 99 XZ 712 dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılmasında onlarakömək göstərilsin. Həmin gün saat 15:00-da tağım komandiri Vüqar Əsgərovun göstərişiilə posta yaxınlaşan avtomobil süni tıxac yaradılaraq saxlanıldı. Avtomobil saxlanılarkən sürücü və sərnişin özlərini şübhəli apardıqlarıüçün nəqliyyat vasitəsinə vizual qaydada baxış keçirilib. Qaradağ rayon Polis İdarəsiəməkdaşları ilə birlikdə avtomobilin salonunda idman çantasında 470 qram heroin və 16 kiloqram 250 qram marixuanaaşkar edilib. Avtomobilin sürücüsü Qaradağ rayon Qobustan qəsəbəsi, N.Niftiyev küçəsiev 17-də yaşayan 1957-ci il təvəllüdlü Tofiq Əli oğlu Kərimov və Bayıl qəsəbə sakini1955-ci il təvəllüdlü Andrey Qismət oğlu Fomenko saxlanılaraq Polis İdarəsinin əməkdaşlarınatəhvil verilib.

Şübhəli şəxslərin saxlanılmasında və müəyyənləşməsində tağımın əməkdaşlarındapolis leytenantı Rəşid Ağayev, polis baş serjantları Ramil Vəliyev, Elmir Məmmədov,Fuad Rzayev, Rəşid Həsənov, Firudin Mürsəlov xüsusilə fərqləniblər. Bəzən elə olurki, yol polisi ən ağır cinayətkarla üzləşir. Bax, onda onun köməyinə yüksək fizikihazırlığı, çevikliyi çatır. Bu mənada 6-cı tağımın əməkdaşları həm də dəfələrləbelə ağır cinayətkarları zərərsizləşdirməyi bacarıblar.

Altıncı tağımın naryad rəhbəri, polis kapitanı Namiq Əzizov bizimlə söhbətindəbildirdi ki, bəzi reydlərdə biz həm də cinayətkarlığa qarşı mübarizə də aparmalıoluruq. Dəfələrlə əməkdaşlarımız xüsusilə təhlükəli cinayətkarla üzləşib və yüksəkpeşəkarlıqla onları zərərsizləşdirib. Düzdür, bizim əsas vəzifəmiz yol hərəkətinintəhlükəsizliyini təmin etməkdir. Amma bir də görürsən ki, saxlanılan maşında əyləşənlərhansısa cinayəti törədib aradan çıxmaq istəyənlərdi. Bax, bu vaxt biz onları ramedirik.


Namiq Əzizov onu da qeyd etdi ki, fevral ayının 1-dən başlayaraq əməkdaşlarımızQaradağ rayonunun Sahil, Sanqaçal, Ələt, Qobustan qəsəbələrindəki məktəb və müəssisələrdəhərəkətin təhlükəsizliyi ilə bağlı söhbətlər aparmağa başlayıblar. Bu məktəblilərinvə hərəkət iştirakçılarının maarifləndirilməsinə yönəldilib. Tağımımızın əməkdaşlarındanpolis kapitanları Bakir Həsənov və Qalib Rzayev məktəblilərlə görüşlərdə iştirakeləyir, yol hərəkəti ilə bağlı onların suallarına cavablandırır və daha diqqətliolmalarını tövsiyyə edirlər. Təbii ki, hərəkət iştirakçıları yol hərəkəti qaydalarının,xüsusən də məktəblilər yaxşı bilsələr, mövcud təhlükədən qurtarmış olurlar. Sözünaçığı, bizdə əksər piyadalar yolu keçərkən səhlənkarlıq edir, hətta başını qaldırıbqarşıdan gələn nəqliyyat vasitəsinə belə baxmaq istəmirlər. Bu isə birmənalı olaraq piyadanın öz həyatı iləoynaması deməkdir. Bax, bu təhlükədən bütün piyadalar uzaq olmalı, yolu keçərkənehtiyatı əldən verməməlidir.

Reyddə iştirak edirdilər: Vüqar ƏSGƏROV – Yol Patrul Xidməti Alayının6-cı tağımının komandiri, polis mayoru; Namiq ƏZİZOV – 6-cı tağımın naryad rəhbəri,polis kapitanı: Elçin ORUCOV – 6-cı tağımınbaş inspektor, polis kaptanı; Qalib RZAYEV – 6-cı tağımın , baş inspektor, poliskapitanı; Elmir MƏMMƏDOV – 6-cı tağımın inspektoru,polis baş serjantı; Abbas ABDULLAYEV – 6-cı tağımın inspektoru, polis baş serjantı;Xəyyam MUSTAFAYEV – 6-cı tağımın inspektoru, baş serjantı; Faiq QİSMƏTOĞLU – «Ədalət»inəməkdaşı.