adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 Mart 2018 13:49
80820
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: YAĞIŞDAN SONRAKI GÖBƏLƏK

Yağış yağır… günçıxır… yenə yağış yağır… yenə gün çıxır… Və yağış yağıb gün çıxanda yerdən göbələklərdə boylanmağa başlayır. Göbələklərlə yanaşı, digər gözəl güllər, çiçəklər, otlarda torpaqdan zaman-zaman dirçəlir. Və dirçələn bu gözəlliklərin hər birinin öz yeri,öz məkanı var…

Həmişə yaz və payızağzı yağış yağanda bir çoxları daha çox sevinirlər. Çünki bu yağan yağış göbələyə,dombalana bir can verir. Və torpağı yarıb çıxmaq istəyən göbələyə, dombalana yenihəyat gətirir. Biz insanlar da həm göbələyi, həm də dombalanı çox xoşlayırıq. Xüsusəndə həmin məhsulların qovurmasının dadından doymaq olmur…

Bəzən tamahımız özbaşımızda çatlayır. Tanımadığımız, bilmədiyimiz yerdən göbələk alırıq. Sonra onubişirib yeyirik və düşürük öldüm-öldümə. Düzdür, hələ dombalandan zəhərlənib ölüb-eləyən yoxdur. Ancaqgöbələyə gələndə isə bunu yeyəndə çoxları istər-istəməz narahat anlar yaşayırlar.Lakin tanıdığın göbələyi yesən onun qətiyyən qorxusu yoxdur.

Əlbəttə, təbii yollayetişən göbələyin dadını heç vaxt süni vasitələrlə hazırlanan göbələk verə bilməz.Çünki torpaqda bitən, mayasını torpaqdan alan, yağışdan qidalanan göbələyin dadındandoymaq olmur. Və belə göbələyi də tanımaq, aydınlaşdırmaq o qədər də asan deyildi.Ən azından buna görə az-çox göbələkdən başın çıxmalıdı…

Elə ki yağışlar yağır,elə ki hər tərəf yaşıllığa bürünür, bax onda göbələyin mövsümü gəlir. Mütəxəssislərdeyirlər ki, yeməli göbələyin də bir neçə növü var. Amma bəzən o yeməli göbələyinarasına bir zəhərli göbələk düşür. Və o biri göbələkləri də bişirəndə bir zəhərligöbələk hər şeyin altını üstünə çevirir. Yəni zəhərli göbələkdən biri bir vedrəgöbələyin içərisində olsa, onu bişirəndə vay onu yeyənin halına! Yəni bu zəhərligöbələk mütləq fəsad yaradacaq və nəticədə onu yeyənlər zəhərlənəcəklər.

Göbələyi ən çox payızvə yaz mövsümündə Hacıqabul rayonunun ərazisindənkeçən Bakı-Qazax avtomobil yolunun kənarında satırlar. Müxtəlif qablara doldurulmuşvə satışa çıxarılmış bu göbələklər istər-istəməz yoldan keçən çox insanın diqqətinicəlb eləyir. Xüsusən də göbələk həvəskarları maşını saxlayır, satılan göbələklərdənbir neçə qab alırlar.

Satıcılar da and-amanedir ki, vallah, mənim satdığım göbələyin hamısı təbiidir və onun arasında bir dənəolsun zəhərli göbələk yoxdur. Bəlkə də o satıcıların dediyi sözdə böyük həqiqətvar. Ancaq bəzən görürsən ki, bu göbələklərin də içərisində qaralmış və eləcə dəzəhərli göbələklər olur. Bax, bu çox təhlükəlidir.

Ekspetrlərdən biribildirir ki, ümumiyyətlə, adamlar göbələk alırsa çox diqqətli olmalıdılar. Həttazəhərsiz göbələklər müəyyən zaman kəsiyindənsonra qaralmağa başlayır və istər-istəməz köhnəlir. Bu göbələkləri də bişirib yeyərkənbir çox halda zəhərlənmə halları qaçılmaz olur. Ona görə də çalışıb hər yerdən göbələkalınmamalıdır. Ən azından ona görə ki, bu göbələklərin köhnəsi də ola bilər. Deməli,bütün hallarda göbələk alarkən insanlar yaxşı-yaxşı düşünməli və bundan sonra alış-verişetməlidilər.

Göbələkdən zəhərlənməkisə çox ağır nəticələr verir. Məsələn, Bakı şəhəri Klinik Xəstəxanasının toksokologiyaşöbəsindən bildirilir ki, hər il göbələk mövsümündə neçə-neçə insan bu məhsuldanzəhərlənir. Hətta elə olub ki, zəhərlənmiş insanın həyatını xilas etmək mümkün olmayıb.Düzdür, bəzən xəstə vaxtında bizə çatdırılandavə onun bədənində zəhərlənmə geniş yayılmayanda bu cür fəsadların qarşısını almaqmümkündür. Təəssüf ki, zəhərlənmələr güclü olanda və buna məruz qalmış insan xəstəxanayagec müraciət edəndə həmin durumdan onu xilas etmək çox çətin olur. Ona görə də insanlargöbələk mövsümündə çox diqqətli olmalıdılar.

Göründüyü kimi, göbələkləbağlı həm ekspertlər, həm də həkimlər həyəcan təbili səsləndirirlər. Yəni onlarınfikirləri bir daha onu deməyə əsas verir ki, təbii göbələkdən zəhərlənmə ehtimalıçox yüksəkdir. Buna görə də əhali maariflənməli və göbələk alarkən çox diqqətliolmalıdır. Bəzən insan tamahına hakim kəsiləbilmir, tanımadığı yerdən və adamdan təbii göbələk alır, sonra da onu yeyərkən yuxarıdasadaladığımız xoşagəlməz hallarla üzləşir.

Əgər biz tamahımızınəsiri olmasaq, bu cür hallarla qarşılaşmaz və zəhərlənib xəstəxanaya düşmərik. Ancaqsüni göbələkdən zəhərlənmələr o qədər də çox olmur. Bir sözlə, belə qənaətə gəlməkolur ki, göbələk nə qədər dadlı və ləzzətli olsa da, onun təhlükəsi və qorxusu bundanqat-qat çoxdur.