adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 Iyun 2018 13:43
13171
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: ÜRƏYİM PARA-PARA OLDU

Torpağatoxum səpməyin, onu suvarmağın, becərməyin necə əziyyətli bir iş olmağını o torpağatoxum səpən, o torpaqda məhsul becərən adamlar qədər heç kəs duya bilməz. Çünkio adamlar alın təriylə torpağı suvarmaqla yanaşı, həm də hər dəqiqələrini, saatlarını,günlərini və aylarını o torpağa xərcləyirlər. O torpaq isə alın təri tökən, əziyyətçəkən insanları çox vaxt sevindirir.

Ancaqbu sevincin qarşısını bir çox halda təbiifəlakətlər və bir də daş ürəkli vəzifə sahibləri ala bilərlər. İndi bir-iki faktsadalayacam, siz də fikir verərsiniz, görün düz deyirəm, yoxsa düz demirəm?! Vəheç kəs öz ayranına turş deməz. Ki bu ayranı turş eləyən, bu ayranı ayranlıqdançıxaran qüvvələr var.

Hələon gün bundan əvvəl qeyd eləmişdik ki, rayonlarda taxıl yetişib, onu biçməyə kombaynlarçatışmır. Və hələ on gün bundan əvvəl yazmışdıq ki, imkansız, zəif fermerləri çoxçətin günlər və anlar gözləyir. Çünki onların alın təriylə yetişdirdikləri arpa,taxıl sahələrdə qalıb, texnika sarıdan çatışmazlıqlar var. Və onlar da rayonlardayerli aqrolizinq rəhbərlərinə müraciət edirlər, o rəhbərlər də bildirirlər ki, biraz da gözləyin, sizə növbə çatacaq. Onlarnövbə gözləməkdə olsun, təbiət də öz işində. Hava necə bir neçə günün içində çöndüsə,leysan yağışlar və sel ara vermədi. Onsuz da imkansız fermerlərdən biri televiziyaçıxışında demişdi ki, gözümüz keçən ildən bərk qorxub. Çünki keçən il möhkəm leysanyağış yağdı, məhsulumuzun əksəriyyəti puç olub getdi. Allah bu ildən saxlasın.

Heç deyəsən Allahda bu kasıbların duasını eşitmir. Çünki eşitsəydi, bir neçə gündə yenidən leysanyağışlar yağmazdı, taxıl sahələri pis günə düşməzdi. Yağan yağışlar Tovuz rayonununfermerlərinə də böyük ziyan vurub. Xüsusən də bu ziyanı iki-üç hektar taxıl sahəsiolan sahibkarlar görüblər. O gün televiziya kanallarının birində bir süjetə baxdımvə baxandan sonra ürəyim para-para oldu.Həmin süjetdə göstərilirdi ki, Tovuz rayonunun sahibkarlarından biri leysan yağışdançox böyük ziyan görüb. Belə ki, onun televiziya kanalında çıxışı zamanı bir dahabəlli oldu: iki hektar taxıl sahəsi leysan yağışın nətcəsində tamamilə sıradan çıxıbvə məhv olub. Televiziyada həmin adamın çöhrəsinə baxanda nə qədər əzab-əziyyətyaşadığını və sıxıntılar içində olduğunu hiss etmək üçün bir o qədər də baş sındırmaqlazım deyil. Bu adam deyirdi ki, ailəmin və özümün gözümüzü dikdiyimiz iki hektartaxıl sahəsi bir göz qırpımında yağışın qurbanıoldu. Hansı ki, biz Tovuz rayon Aqrolizinqinə dəfələrlə yalvarıb-yaxarmışdıq ki,kombayn göndərsinlər, taxılımız biçilsin. Onlar da günü-günə satdılar, kombaynlarıimkanlı vəzifə sahiblərinin taxıl sahələrinəgöndərdilər, biz də qaldıq çıxılmaz vəziyyətdə. O imkanlı adamların yüz hektarlataxılı var. Amma mənim kimi əlləşib-vuruşan adamların cəmi-cümlətanı iki-üç hektartaxıl sahəsi var idi. Gözümüzü ona dikmişdik,taxıl da belə əldən çıxdı. Belə çıxır ki, indi biz ilboyu sıxıntı içində yaşayacağıqvə ümidlərimiz də puç olacaq.

Çox qəribədir ki,Kənd Təsərrüfatı Nazirliyi və eləcə də onun yerlərdəki qurumları imkansız sahibkarlarahələ ki, elə bir köməklik göstərə bilmirlər. Çünki o imkansız sahibkarlar ötən ilhansı çətinlikləri yaşamışdılarsa, bu il də taxıl biçimi zamanı həmin sıxıntılarınyenidən içinə düşüblər. Və bu sıxıntılarıniçindən onları çıxaran tapılmır ki, tapılmır.

Milyonlarla vəsaitxərclənib, xarici ölkələrdən dünya standartlarına cavab verən maşın, texnika vəkombaynlar alınıb. Təəssüf ki, bu texnika da bu gün yetərincə deyil. Bir çox işbazlar həmin texnikaların bəziləriniistismar müddəti başa çatdığına görə, «siliblər». Və sonra da götürüb şəxsi mallarıkimi istifadə eləyirlər. Bax, bu məsələlər yeni təyin olunmuş kənd təsərrüfat nazirinindiqqətindən yayınmamalıdır. Üstəlik də əgər maşın və kombayn çatışmırsa, onda yenikombaynlar alınmalıdır. Amma od qiymətinə yox, bazar qiymətinə. Çünki əvvəllər ölkəyəgətirilmiş kombaynlar ucuz qiymətə alınıb baha qiymətə sənədləşdirilib. İndi bundangəl baş aç görüm necə açırsan.

Həmişə taxıl biçinizamanı kombayn çatışmazlığı yaşanır və fermerlərin hektarlarla taxıl sahələri vaxtındabiçilmədiyi üçün təbii hadisələr zamanı onun çox hissəsi məhv olur. Taxıl da stratejisahə sayılır. Yəni bir ölkənin, bir millətin həmişə taxıl ehtiyatı çox olmalıdır.Özü də müharibə edən dövlətin. Bu mənada gələcəkdə yeni kombaynların alınması ilə bağlı ciddi addımlaratılmalıdır.

Düzdür, indi də kifayətqədər kombaynlar var. Ancaq o kombaynlar öncə vəzifəli şəxslərin taxıl sahələrinibiçirlər. O sahəni biçib qurtarandan sonra növbə xırda sahibkarlara çatsa, o dabiçilir. Çatmasa isə bax, beləcə leysan yağışlar nəticəsində tovuzlu fermerlər kimiçoxlarının əkdiyi və becərdiyi taxıl sahələri məhv olur. Deməli, yeni kombaynlarınalınması və ölkəyə gətirilməsi kənd təsərrüfatının inkişafına, o cümlədən taxılçılığıntərəqqisinə kömək etmiş olur. Ki bu yazıq-yuzuq xırda sahibkarlara da növbə çatar,onlar da taxıl sahələrini biçər, ailələrini, balalarını sevindirərlər.