adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Aprel 2019 13:21
8306
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: UN KİSƏSİNDƏ HEYVAN SÜMÜYÜ

Deyirlərki, qulaq gündə bir söz eşitməsə kar olar. Bizimsə qulağımıza gündə bir yox ey,3-4 xoruz səsi eşitməmiş sözlər dəyir. Və bu sözlər də istər-istəməz adamıyerindən oynadır. Düşünürsən ki, ey dadi-bidad gör nə günə qalmışıq ki, biz nəyesək, nə içsək onun içərisindən nəsə bir şey-zad çıxmalıdır. Və bu şey də, zadda çıxanda ovqatımız tərx olur.

İndiqalmışıq fikirləşə-fikirləşə. Gərək hər hansı şeyi dükan-bazardan alıb gətirəndəonun içərisinə yaxşı-yaxşı baxaq. Yoxsa onun içindəki o zadlar bizim axırımızaçıxar. Çox şey görmüşük. Görmüşük ki, çörəyin içindən mismar çıxır, şüşə çıxır,uşaq yeməyinin içərisində qum, torpaq olur. Şirniyyat məhsullarının üstündəsiçan-siçovul gəzir. Və hətta kolbasanı, sosiskanı yeyəndə qorxa-qorxa qalırıq.Çünki bir ara da dedilər ki, Allah evini yıxmışlar bəzi kolbasaya, sosiskayaadam əti də qatırlar. Tay bilmirik bu bizim məmləkətdə olub, yoxsa Rusiyada.Lap Rusiyada olsun ey, ordan o qədər ölkəmizə kolbasa, sosiska gətirilir ki. İndigəl bundan baş çıxar görüm, necə baş çıxarırsan. Bilmirsən bu kolbasa-sosiska sağlam mal ətindənhazırlanıb, yoxsa mənşəyi bilinməyən heyvan ətindən. Hələ biz onu demirik ki,ora ölmüş adam əti də qatıla bilər.

Bizim məmləkətdənə desən baş verə bilər. Bayaq dedik axı, elə bir qida məhsulu yoxdur ki, onunnəsə qəmbər-qulusu çıxmasın. İstər kolbasa-sosiska olsun, istər un məmulatlarıolsun, istərsə də şirniyyat məhsulları, nəzarət edilmədiyi üçün adam onları mağazalardanalıb yeyəndə diksinir. Çünkü əksər məhsullar saxta yolla hazırlanır. Saxtayolla araq çəkilir, guya mineral sular istehsal edilir. Və bunlar da gəlibbizim bazar-dükanlarımıza çıxır.

Biz bubarədə dəfələrlə yazmışıq və yenə yazırıq. Yazırıq ki, Allah evinizi yıxsın, bumillətin həyatıyla bəsdir oynadınız! Bu millətin başında çox qoz sındırdınız! NəAllahdan qorxdunuz, nə də qanundan. Allahdan və qanundan qorxan istehsalçı,biznesmen heç vaxt bu qədər saxta məhsullar istehsal edə bilməz.

Bir qəribəəhvalat da bu yaxınlarda Cəlilabadda baş verib. Mağazadan 50 kiloqramlıq unalan alıcı ondan istifadə edərkən içərisindən heyvan sümüyü çıxıb. Özü də buheyvan sümüyü çox yekədir. Yəni bir-iki kiloqram ağırlığı var. Balam, bu boydaheyvan sümüyü un kisəsinin içərisinə hardan düşüb? Bu çöp deyil, milçək deyil,iri bir zaddır. Və iri bir zadı da bəlkədə çəkisi ağır gəlmək üçün un kisəsinin içərisinə atıblar. Hər halda, onuaydınlaşdırmaq adiyyəti qurumların işidir. Adiyyəti qurumsa Qida TəhlükəsizliyiAgentliyidir. Bu Agentlik xeyli vaxtdı yaradılsa da, onun işində xalqın xeyrinəbir dönüş hiss olunmur. Digər qurumlar kimi bu qurum da öz maraqlarını güdür.

Qəribədirki, un kisəsindən heyvan sümüyü çıxması heç onun istehsalçısını da narahatetmir. Onun istehsalçısı Siyəzən rayonundakı biznes şəbəkələrindən biridir.

Amma buməsələlərə ekspertlər birmənalı yanaşmırlar. Məsələn, Azad İstehsalçılarBirliyinin sədri Eyyub Hüseynov bildirir ki, sovet dövründə heyvanların sümükləriyığılar və un kombinatlarına göndərilərdi. Onu da üyüdüb una qatardılar. Bu gündə belə istehsalçılar var. Olmasa bu fakt üzə çıxmaz.

Unistehsalı ilə məşğul olan MMC-lərdən birinin mütəxəssisi də deyir ki, bu cürheyvan sümüklərini köhnə avadanlıqlarla üyütmək olardı. Amma müasir avadanlıqlarlaonu üyütmək mümkün deyil. Və bir də hər bir istehsalçı çalışır ki, onun məhsulukeyfiyyətli olsun. Hər hansı alıcı ununiçərisindən bir şey çıxdığını görəndə ikinci dəfə onu almayacaq. Ona görə dəistehsalat sahələrində bu gün əsl rəqabət var. Və düşünürəm ki, məsuliyyətliistehsalçı heç vaxt heyvan sümüyünü üyüdüb una qatmaz. Çünki bunun axırıyoxdur.

Unun içərisindənbiz çox şey çıxdığını görmüşük: şüşə qırıntısı, kəndir, siçan quyruğu və digər yad cismlər. Elə çox vaxt da əhaliunun və çörəyin içərisindən yad cisimlər çıxanda onu sosial şəbəkədə yayır vəbu yad cisimi adiyyəti quruma təhvil verirlər. Adiyyəti qurumsa araşdırmaaparmalı, tədbir görməlidir. Amma görürlərmi?! Bax, bu sualın cavabını biz yox,adiyyəti qurumlar verməlidir.

Biz çoxçörək istehsalçıları istehsal prosesində qanuna zidd hərəkət edirlər. Xüsusən dəqara çörək bişirənlər onu qara undan deyil, adi undan bişirib tərkibinə müxtəlifqaraldıcı boyalar vururlar. Bu günlərdətanınmış jurnalist Səbuhi Məmmədli mağazadan aldığı qara çörəyin kif bağlamasıilə bağlı görüntüləri sosial şəbəkədə yayıb və televiziya kanallarından birinəgöndərib. O bildirib ki, şəkər xəstəsiyəm, qara çörəkdən istifadə edirəm.Aldığım qara çörək isə bax, belə çıxıb. Bir çox istehsalçılar mağazadan zavodaqayıdan köhnə çörəkləri yeni çörəklərə qatıb emal edir, ya da onu üstündəistehsal tarixini dəyişib yeniləşdirirlər. Dəfələrlə Sumqayıt çörək zavodu istehsalı olan "Çovdar”çörəyini alarkən biz belə faktların şahidi olmuşuq. Satıcı qıza iradımızı bildirmişik,o da bizim fikrimizi istehsalçı müəssisənin mağazaya çörək gətirən nümayəndəsinəçatdırıb. Bu müəssisə də bəzi hallarda istehsal etdiyi köhnə çörəklərintarixini dəyişir.

Adiyyətiqurumlar əhaliyə məsləhət bilir ki, qida məhsulları alarkən onun keyfiyyətinə,buraxılış tarixinə diqqət yetirsin. Bu yazıq camaat hansı qida məhsuluna fikirversin? Bizdə əksər qidalar keyfiyyətsizdir və onun necə hazırlanması üsullarıda bəlli deyil. Bilmirsən bunu istehsal müəssisəsində emal ediblər, yoxsa ev şəraitindəsaxta yolla hazırlanıb.

Əgər qida məhsullarına alıcılar nəzarət edəcəkdisə,bəs onda bu qədər adiyyəti qurumlar kimə və nəyə lazımdır? Hər bir nəzarətediciorqanda nə qədər insan işləyir və onlar dövlətdən hər ay məvacib alırlar. Xüsusəndə Qida Təhlükəsizliyi Agentliyi bu missiyanı yerinə yetirməlidir. Bütün ölkələrdənməmləkətə daxil olan qida və yeyinti məhsulları sərhəd keçid məntəqələrindəyoxlanılır, laboratoriya müayinəsindən keçirilir, mütəxəssislərin müsbət rəyindənsonra həmin əraziyə buraxılır. Təbii ki, bizdə də belədir. Amma bizdə nədənsəadiyyəti qurumlar bu nöqsanları görmür, əhaliyə xaricdən keyfiyyətsiz məhsullargətirirlər. Eyni zamanda öz məmləkətimizdə istehsal olunan bir çox məhsullarında içərisindən belə-belə zadlar – heyvan sümüyü, şüşə qırıntısı, məftil, kəndirvə siçan quyruğu çıxır. Hər halda, bu xalqın, bu millətin ölkəyə keyfiyyətsiz məhsulgətirilməsində heç bir günahı yoxdur. Bütün məsuliyyət adiyyəti qurumların üzərinədüşür, onlarsa bu işi yetərincə görə bilmirlər. Görəsən, nə vaxta qədər?