adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Fevral 2018 13:26
10489
GÜNDƏM

Faiq QİSMƏTOĞLU: «TALEYİMDƏN VƏ ÜRƏYİMDƏN KEÇƏNLƏR»

Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlıylauzun illərdi dostluq eləyirik. Yəni bu dostluq tələbəlik illərindən başlayır. Tez-tezgörüşməsək də, amma tez-tez telefon əlaqəsi yaradırıq. Və imkan olanda da əyləşibbir stəkan çay içir, dərdləşirik. Bugünlər ona yenidən zəng elədim. Dedi ki, beşdəqiqəyə Milli Elmlər Akademiyasına çatıram. Orda gözlə gəlirəm. Heç beş dəqiqəkeçmədi, gəlib çıxdı. Mehribanlıqla görüşdük və bir-birimizdən hal-əhval tutduq.Sonra da Məhərrəm müəllim dedi ki, gəl, gedək Akademiyanın çayxanasında bir çayiçək…

İki qardaş stol arxasındaəyləşdik və çay içməyə başladıq. Sonra Məhərrəmmüəllim çantasından yeni çapdan çıxmış kitabı çıxardı. Və dedi ki, təzə kitabımısənə verməmişəm. Kitabı açdı və bir aftoqraf da yazdı: «Gənclik illərimin unudulmazdostu, söz-sənət sərrafı əziz qardaşım Faiq Qismətoğluna ehtiramla». Kitaba imzaataraq mənə uzadıb dedi ki, vaxtın olsa oxuyarsan. Mən də metroyla evə gedirdim. Metronun «Elmlər Akademiyası»ndan «Xalqlar dostluğu»stansiyasına qədər «Taleyimdən və ürəyimdən keçənlər» kitabının əlli səhifəsinioxudum. Kitab məni o qədər özünə çəkdi ki, həmin axşam 135 səhifəlik kitabı oxuyubbaşa çatdırdım. Sanki bu kitabı oxuyandan sonra nurlu və işıqlı aləmə düşdüm vəuzun müddət bu işığın içində ağ yolla addımladım…

Kitab var ki, qalındır,amma içində oxumağa bir sətir, bir kəlmə tapmırsan. Burda böyük və ölməz şairimizZəlimxan Yaqubun bu sözləri yadıma düşür: «Çalışma ki, kitabın qalın olsun, çalışki, kitabın qalan olsun».

Məhərrəm Qasımlının«Orxan Paşa» imzasıyla dərc edilmiş bu kitab«Elm və Təhsil» nəşriyyatı tərəfindən çap edilib. Kitabın redaktoru Yeganə Məmmədovadı.Və kitab 135 səhifədən ibarətdi. Müəllif «Bir neçə söz» sərlövhəli ön məqaləsində yazır: «…Burada həyati müşahidələrdəngələn xəlqi ümumiləşdirmələr, fərdi poetik duyğular, ədəbi- estetik dəyərləndirmələr,sətiraltı eyhamlar və daha nələr, nələr… yer alır. Açığı, qələmə aldığım mətnlərinjanr səciyyəsini müəyyənləşdirməkdə, hansı janrın əlamətlərini daşıdığını söyləməkdəçətinlik çəkirəm. Dünya ədəbiyyatında çeşidli örnəkləri ola biləcək bu yazı manerasınınən çox bəyəndiyim təqdimatını Jül Renarın məşhur gündəliyində görmüşəm. Bu yerdəonu da rəhmətlə anıram…»

Dövlət mükafatı laureatı,Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı«Orxan Paşa» imzasıyla yazdığı bədii-publisistik əsərlər içərisində onunuzun illərdən bəri qələmə aldığı fəlsəfi-estetik düşüncələri və gündəlik qeydlərioxucular tərəfindən maraqla qarşılanıb. Belə ki, istedadlı qələm sahibi və görkəmlifolklorşünasın təqdim olunan bu kitabı onun oxucularla yeddinci görüşüdür.

Kitabı vərəqlədikcəbir-birindən gözəl və bir-birindən yaddaqalan və orijinal deyimlər oxucuları özünəçəkir. Və bu deyimlər hardasa fəlsəfi məna daşıyır, dərin qatlara gedib çıxır. Maraqlıyazıların birində oxuyuruq: «… Aylar sonra iş elə gətirdi ki, kəndin o başındakı yoncalıqda hörüklənmiş Göy atı gördüm. Yaxınlaşdım,üstümə atılıb üz-gözümü qoxuladı, elə bildi onu aparmağa gəlmişəm. Qaşqasından öpübüzümü alnına qoyanda hər şeyi anladı. Bu dəfə yaşarmış gözlərini aşağı dikib küskünbir susqunluq içərisinə girdi. Bir daha o tərəfə getmədi…»

Beləcə, kitabı vərəqlədikcəbir-birindən maraqlı və orijinal deyimlərlə üzləşirik. O deyimlərdən birinə diqqətyetirək: «Ağaclar bahardan aldıqları ilhamın çılğın sevgisiylə çiçəkləyirlər. Qarşıdangələn yayın bürkülü istisindən, payızın xəzan pərişanlığından elə xəbərsiz idilərki… Lap nə vaxtsa ömrün bitib tükənəcəyinə inanmayan uşaqlar kimi...» Yaxud başqabir misal: «İstedadsız adamlar istedadsız çızmaqaraçıların yazdıqları qalın-qalınkağız yığını haqqında elə ilhamla danışırlar ki, matım-qutum quruyur».

Dedik axı, kitabdakıhər bir maraqlı deyimdən bir ətir, bir çiçək, bir rəng duyulur. İnanmırsınız, birdaha bu deyimə fikir verin: «Yovşan ətri… Min illərdi damarımızda daşıdığımız bitib-tükənməyən,ucsuz-bucaqsız çöl qoxusu. Hansı ətrin belə dilisov qoxusuyla at belində şığıyıbgetmək, yaxın, uzaq doğmaların nisgilini ovutmaq olar?!». Daha bir misal: «Sənisevdiyimi küləyə söylədim – neçə günlərdi külək yoxa çıxıb. Gözləyirəm yaz gəlsin,tumurcuqlayan ağaclara söyləyin».

Əlbəttə, indiki kitabbolluğunda oxucuya yeni söz demək, nəsə müsbət bir enerji ötürmək elə də asan deyil.Çünki indiki oxucunun əlinin altında həm müasir texnologiya var, həm də çoxlu saydakitablar. Ona görə də Orxan Paşa bunların hamısını yüz ölçüb bir biçir, hər sözü,hər cümləsiylə oxucunun iç dünyasına yol tapır. Bu deyimə də bir az diqqət yetirsək,onda görərik ki, Orxan Paşa insanları necə gözəl tanıyır: «Hər yerin adamı o yerindaşına, torpağına, ağacına, suyuna oxşayır».

Bu fikrə heç kiminsözü ola bilməz. Mən də dəfələrlə çox dostlarımla görüşəndə görmüşəm ki, onlar oocağın, o yurdun, o torpağın nəyinəsə bənzəyirlər. Bəzisi dağa bənzəyir, bəzisiqayaya, bəzisi sevdiyimiz və son mənzilimiz olan torpağa.

Düşünürük ki, bukitabı hansı oxucu əlinə götürüb oxusa, heç vaxt vaxt itikisinə təəssüflənməyəcək.Əksinə, sevinəcək ki, nə yaxşı Orxan Paşanın qələmə aldığı «Taleyimdən və ürəyimdənkeçənlər» kitabının işığına bələnib.