adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 Iyun 2019 16:07
14582
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: SUSUNDAN QURUYAN AĞACLAR

Deyirlərki, ağaclar, yaşıllıq təbiətin "ağ ciyəridir”. Bu fikrə kimin şübhəsi varsa,münasibət bildirə bilər. Amma hamıya gün kimi aydındır ki, ağaclar, yaşıllıqolmasa, yaxud az olsa, onda insanları hansı əziyyət gözləyir onu başa düşməkbir o qədər də çətin deyil. Çünki yaşıllıq olmayan yerdə, yaxud az olan məkandahava təmiz olmur, oksigen qıtlığı yaranır və ən nəhayət, insanlar çox çətinanlar yaşayırlar.

Bizim məmləkətimizdədə bəziləri ağaclara və yaşıllığa qənim kəsilsə də onu qoruyan, əkən və becərəninsanlar da az deyil. Hər il ölkəmizdə yüz minlərlə ağac və bəzək kolları əkilir.Və bu əkilmiş yaşıllıqlara qulluq da göstərilir. Hətta elə rayon tanıyıram ki,yüksək təpəlikdə 5-6 il bundan əvvəl möhtəşəm bir park salıblar, həmin parkdada çoxlu sayda şam ağacları, küknar əkiblər. Qoy həmin ünvanın adını konkretdeyək. Bu "Bayraq meydanı” Füzuli rayonunun Horadiz şəhərində salınıb. Həminyerdə 30 mindən çox ağac əkilib və həmin ağaclar da demyə torpaq olduğuna görə,damcı üsulu ilə böyüdülür.

Üstəlikdə isti yay günlərində bu yaşıllıqlara və ağaclara şlanqla da su verilir. Biz dəfələrləbunun şahidi olmuşuq. Həmin "Bayraq meydanı” ilə yanaşı, Füzulinin girəcəyindəndüz Horadiz şəhərinə qədər avtomobil yolunun sol və sağ hissəsində çinarağacları əkilib. Eyni zamanda bütün kəndlərə gedən yolların kənarında çinarağaclar xeyli vaxtdır ki, boy verir. Onlar da vaxtlı-vaxtında becərilir,sulanır.

Sözümüzüncanı odur ki, Bakı şəhərində də müxtəlif rayonlarda çoxlu sayda ağaclar əkilib.Bəzi ağaclara yaxşı xidmət edildiyindən onlar isti yay günlərində inkişafınıdayandırmır, daha da qollu-budaqlı olur. Amma elə yerlər də var ki, o yerlərdə əkilmişağaclara adamın ürəyi ağrıyır. Yəqin siz də Bakıda belə mənzərələrin az şahidiolmamısınız.

Yeni əkilmişağaclar isti yay günlərindəvaxtlı-vaxtında suvarılmır vəbuna görə də bu ağaclar günün altında yanaraq susundan quruyurlar. İnkişafetmiş və qollu-budaqlı ağaclar ancaq Allahın ümidinə qalıb. Yağış yağsa su içirlər,yağış yağmasa o ağacların budaqları, yarpaqları istiyə tab gətirməyib quruyur.

Təbiiki, hər yaşayış sahəsində kifayət qədər küknar, şam ağacları var. Və çox vaxtda insanlar isti yay günlərində bu ağacların altında kölgələnirlər. Ağaclarınkölgəsi altına sığınan adamın birinin ağlına gəlmir ki, bu ağac da canlıdır.İsti yay günlərində "dodağı susundan "cadar-cadar olur. Ancaq bir adam həminağaca bir vedrə su vermək istəmir.

Təbiətinişi belədir ki, iyun, iyul, avqust aylarında hava nə qədər isti olsa, çox nadirhalda Bakıya yağış yağır və bu ağaclar da günün istiliyinə dözməyərək quruyur.Mən belə bir fikir səsləndirmək istəyirəm: hər adam kölgələndiyi ağaca gündəbir vedrə su versə, heç Bakıda bu ağaclar da susundan quruyub yanmazlar.Deyirik bəlkə bundan sonra hərəkətə gələk, susundan yanan ağaclara su verək.Biz bununla həm yanan ağacları qorumuş olarıq, həm də təbiətin "ağ ciyər”iniartırarıq.

Nə etməkolar ki, biz ümumxalq malına, mülkünəbir o qədər də sevgiylə yanaşmağı bacarmırıq. Özümüzün həyət-bacamızdaağacları, gülləri, çiçəkləri hər gün suvarmağı unutmuruq. Ancaq evimizdən 10metr uzaqda yerləşən ağaca isə qətiyyən su vermirik. Bax, bu bizim ən zəif, ənpis cəhətlərimizdi.

Biz təbiətisevə bilmirik. Yəni hamımız yaşıllıqları, ağacları qorumağı bacarmırıq. Ancaqbacaranlar da var. Məsələn, Yeni Günəşlidəki avtobus dayanacağında taksi fəaliyyətiilə məşğul olan Qarabağ müharibəsi veteranı Şakir adlı orta yaşlı bir adam birneçə il bundan qabaq iki çinar ağacı, iki də söyüd ağacı əkib. İndi maşallah, həminağaclar böyüyüb dayanacaqda maşın gözləyən adamlar gəlib onun kölgəsindədayanırlar. Şakir isə əkdiyi ağaclara öz övladı kimi baxır. Hər gün evdən su gətiribhəmin ağaclara verir.

Yaxınlıqda"moyka” olsa da, onun müdiri icazə vermir ki, ordan su götürsün. O da çıxışyolunu evdən su gətirməkdə görür. Şakir bəy bununla da kifayətlənməyib. Divarınqırağındakı torpaq sahəsinə bəzək gülləri və çiçəklər əkib. Bir qədər də irəligedərək bir neçə il bundan əvvəl ora ting də basdırıb. İndi o üzüm tingi çoxluyarpaq gətirib. O gün görürəm ki, bir adam üzümün yarpaqlarını yığaraq səliqəilə vedrəyə qoyur. Deyir ki, aparıb bu yarpaqları satacam. Əziyyət çəkən bunueləmir, amma yoldan keçən ona qazanc mənbəyi kimi baxır.

Biz istəsəkbax, bu Şakir kişi kimi susundan yanan ağaclara da su verə bilərik. Ancaq istəsək.Çox təəssüf ki, əksəriyyətimiz nə buna təşəbbüs göstərir, nə də bunu istəyir.Ona görə də kölgəsinə sığındığımız əksər ağaclar isti yay günlərinin havasınadözməyərək quruyurlar. Deyirik bəlkə bu ağacları qurumağa qoymayaq?! Əlbəttə,ellikcə bu addımı atsaq, susundan yanan ağacları Bakı şəhərində xilas eləyə bilərik.