adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
02 Sentyabr 2019 16:06
17532
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: SÜRÜCÜLƏRLƏ MƏDƏNİ DAVRANDIQDA...

Bu gün respublikamızda nəqliyyat vasitələrinin sayı 10-15 il bundan əvvəlkivaxtlara nisbətən qat-qat artıb. Təbii ki, avtomobillərin sayının çox olmasıyollarda intensivliyi artırır. Başqa sözlə demiş olsaq, hərəkət axınının sıxolduğu məqamlarda avtomobilləri idarə edən sürücülərdən daha yüksək məsuliyyəttələb olunur. Belə ki, onlar sürət həddinəəməl etməli, ara məsafəsi saxlamalı, manevr qaydalarına diqqət yetirməli, qəzaşəraitlərini nəzərə almalıdırlar.

Çox təəssüf ki, bir çox sürücülər göstərdiyimiz bu məqamları diqqətdəsaxlamır və nəticədə ağır qəzalar qaçılmaz olur. Ona görə də toxunduğumuzproblemləri həll etmək üçün Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul XidmətiAlayı respublikanın avtomobil yollarında yol hərəkəti qaydalarına və qanunlara əməledilməsini diqqət mərkəzində saxlayır. İlk növbədə yol polisi əməkdaşlarısutkanın 24 saatı ərzində hərəktin təhlükəsizliyini təmin edir və sürücülərinmaarifləndirilməsi ön plana çəkilir.


Yol Patrul Xidməti Alayının 3-cü tağımının əməkdaşları da Bakı-Şamaxı-Yevlaxavtomobil yolunda təhlükəsizliyin təmin edilməsi üçün mütəmadi olaraqqabaqlayıcı tədbirlər həyata keçirir. Təbii ki, bu tədbirlər həm inzibatiyolla, həm də izahat, təbliğat və maarifləndirmə işləri ilə gerçəkləşdirilir.Çünki bu gün Azərbaycan yol polisi dünyanın çox qabaqcıl təcrübələrindən,metodlarından və texnologiyalarından istifadə edir. Baş verə biləcək qəzalarıminimum səviyyəyə endirmək üçün tağımın əməkdaşları bütün mütərəqqi metodlardanyararlanırlar.

Öncə onlar sutkanın 24 saatını məsuliyyətlə işləyirlər. Xidmətiavtomobillərdə davamlı olaraq gecə və gündüz saatlarında avtomobil yolunun qəzalaraşərait yarada biləcək yerlərində naryadlar təşkil olunur, yol polisləri həminyerlərdə daha məsuliyyətlə öz vəzifələrinə yanaşırlar. Bəzən elə olur ki, gecəsaatlarında yollar yaxşı işıqlandırılmadığına görə, müəyyən problemlər yaşanır.Bax, həmin anlarda 3-cü tağımın əməkdaşları sürücülərin köməyinə çatır, onlaraöz köməkliklərini göstərir, tövsiylərini verirlər.


Əvvəllər yolun Müşfiq və Perekeşgül qəsəbəsindən keçən hissəsində vəBakıya yaxın Xırdalan istiqamətində piyadavurma halları var idi. Son vaxtlar AzərbaycanAvtomobil Yolları Dövlət Agentliyi tərəfindən bu istiqamətlərdə 4 yolüstü keçidtikilərək istismara verilib. Tağımın əməkdaşları da bu istiqamətdə xidmətapararkən piyadalara tövsiyə edir ki, yolun hərəkət hissəsindən yox, yolüstüpiyada keçidindən istifadə etsinlər. Məhz bu maarifləndirmə işlərinin nəticəsidirki, son vaxtlar bu istiqamətlərdə piyadavurma halları minimuma endirilib.

Keçirilən reyd və yoxlamalarda 3-cü tağımın əməkdaşları mütəmadiolaraq kobud qayda pozuntularını aşkar edib və bu qaydaları pozan sürücülər vəpiyadalar barəsində inzibati protokol tərtib edilib. Məsələn, son 3 ayda sərnişindaşımaqaydasını pozan 17, düzgün manever etməyən 106, ötmə əməliyyatına riayət etməyən63, yol polisinə tabe olmayan 7, əks istiqamətə hərəkət edən 21, telefonladanışan 100, təyin olunmamış yerdən keçən 19 piyada, təhlükəsizlik kəmərindənistifadə etməyən 156, havanı çirkləndirən 10 sürücü barəsində inzibati protokolyazılıb.


Biz reyddə olarkən polis baş serjantı Elnur Qurbanov 99 HR 946 nömrəlimaşının sürücüsünə "saxla!” işarəsi verdi. Avtomobilin sürücüsü nəqliyyat vasitəsiniyolun təhlükəsiz hissəsinə çəkib saxladı. Polis baş serjantı Elnur Qurbanovsürücüyə bildirdi ki, bu gün ”Təmiz hava” aylığının son günüdü, sizin idarəetdiyiniz avtomobili müayinədən keçirəcəyik. Sürücü onun dediyi ilə razılaşdı vəmaşın müayinədən keçirildi. Müayinə zamanı məlum oldu ki, bu avtomobildənatmosferə atılan dəm qazı normaya uyğundur. Qurğudakı göstəriciyə baxandansonra sürücü də sevindi və yol polisinə öz razılığını bildirdi. Dedi ki, bupostda çalışan əməkdaşların hamısı biz sürücülərlə mədəni rəftar edir, bizə çoxşeyi səmimi surətdə başa salırlar. Təbiiki, biz də bu sivil, mədəni münasibətləri görəndə yol polisinə hörmətimiz dahada artır.

Reyd zamanı 3-cü tağımın əməkdaşlarından polis baş serjantları ElnurQurbanov, Tural Əliyev, Rəşad Əsgərov, operator Musa Məmmədov tapşırılan işə məsuliyyətləyanaşdılar, qaydanı pozan sürücüləriaşkar etdilər, onlar barəsində inzibati protokol tərtib olundu.

Yol Patrul Xidməti Alayının 3-cü tağımının komandiri, polis mayoru MərdanMehdiyev bizimlə söhbətində bildirdi ki, xidmət apardıqları avtomobil yolundabütün təhlükəsizlik tədbirləri vaxtında həyata keçirilir. Xüsusən də payız vəqış mövsümündə xidmət apardığımız yolda yaranmış problemlər zamanında aradanqaldırılır. Həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində ağır qəzalarınqarşısı əvvləki vaxtlarla müqayisədə alınıb. Bu da öz müsbət nəticəsini verməkdədi.Belə ki, ölüm və xəsarətalma halları azalıb. Biz ancaq ona çalışırıq ki,sürücülər və hərəkət iştirakçıları arasında təbliğat, maarifləndirmə işlərinidaha da genişləndirək. Təbii ki, bu cür qabaqlayıcı tədbirlər hesabına biz başverə biləcək qəzaların qarşısını ala bilirik.


Artıq 3-cü tağımın əməkdaşları payız və qış mövsümünü daha təhlükəsizbaşa vurmaq üçün mütərəqqi metodlardan istifadə ediblər və istifadə edəcəklər.Ancaq gərək sürücülər və piyadalar da öz üzərinə düşən vəzifəni, missiyanı məsuliyyətləyerinə yetirsinlər. Bax, onda ağır qəzalar da tez-tez baş verməz.


Reyddə iştirak edirdilər: Mərdan MEHDİYEV- Yol Patrul XidmətiAlayının 3-cü tağımının komandiri, polis mayoru; Vüqar ƏLƏKBƏROV – 3-cü tağımınbaş inspektoru, polis leytenantı; Elnur QURBANOV– 3-cü tağımın inspektoru,polis baş serjantı; Tural ƏLİYEV-3-cü tağımın inspektoru, polis baş serjantı; RəşadƏSGƏROV – 3-cü tağımın inspektoru, polisbaş serjantı; Faiq QİSMƏTOĞLU – «Ədalət»in əməkdaşı