adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 Fevral 2019 14:45
22068
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: SƏN DEMƏ, BANANIN DA GENİ DƏYİŞDİRİIİR

Bu güninsanlar sanki odla su arasında qalıb. Yəni onlar bazarlardan, marketlərdən,lap elə yaxınlıqdakı mağazalardan meyvə alarkən çıxılmaz vəziyyətə düşürlər.Bilmirlər ki, aldıqları meyvə təbiidir, yoxsa geni dəyişdirilib. Geni dəyişdirməkdə o deməkdir ki, meyvələrin tərkibinə heyvan qanı vurulur və bu da uzun müddəto meyvələri çürüməkdən saxlayır. Yəni baxırsan ki, həmin meyvələrin çox gözəl vəsəliqəli görünüşü var. Ancaq elə ki, həmin meyvədən bir dişlək götürürsən, hissedirsən ki, bizim meyvələrin tamını vermir.

Xaricdənölkəmizə gətirilən əksər meyvələrin və tərəvəz məhsullarının geni dəyişdirilib.Geni dəyişdirilən məhsul alma da ola bilər, armud da ola bilər, banan da olabilər, xiyar da ola bilər, pomidor da ola bilər. Dünyanın əksər ölkələrindəgeni dəyişdirilmiş məhsullarla təbii məhsullar bir-birindən asanlıqla seçilir.Çünki hər bir məhsulun üstündə onun kod nömrəsi olur. Və bu kod nömrəsinə dəbaxanda o dəqiqə alıcı bilir ki, bazarda, mağazada satılan məhsulun geni dəyişdirilib,yoxsa təbiidir.

Onu daqeyd edək ki, dünyanın əksər ölkələri artıq geni dəyişdirilmiş məhsullardanimtina edib. Daha doğrusu, bu məhsulların ölkəyə idxal olunması qadağan olunub.Amma buna baxmayaraq, yenə əksər ölkələrdə geni dəyişdirilmiş məhsullar satışaçıxarılır. Bax, burda bir atalar sözü yadımıza düşür: "Dəyirman bildiyini eləyər,çax-çax baş ağrıdar”.

Və buçax-çax elə bizim də başımıza deyəsən bəla olub. Əgər belə olmasaydı,bazar-dükanlarımız geni dəyişdirilmiş məhsullarla ağzına qədər dolu olmazdı.Özü də bəzi marketlər geni dəyişdirilmiş mer-meyvələri elə bəh-bəhlə satırlarki, sanki həmin meyvələri yeyəndən sonra Azərbaycan nağıllarında olduğu kimi,qoca adamlar dönüb cavanlaşacaq.

Hətta satışaçıxarılan bir çox məhsulların üzərində genin dəyişdirilməsi ilə bağlı heç bir məlumatolmur. Bir var məhsulun üzərində yazılsın ki, onun geni dəyişdirilib, biri dəvar heç bir məlumat qeyd edilməyə. Bax, onda alıcılar qalır çıxılmaz vəziyyətdə.Bilmirlər ki, üzərində heç bir məlumat olmayan xaricdən gətirilmiş məhsulungeni dəyişdirilib, yoxsa yox.

Sən demə,ölkəmizə Amerikadan və Afrikadan gətirilən əksər banan məhsullarının geni dəyişdirilir.Bu barədə Azad İstehlakçılar Birliyi də əhaliyə xəbərdarlıq edib. Axı bu necə olur ki, xaricdən ölkəmizə geni dəyişdirilmişbanan gətirilir və bundan da əlaqədar qurumların xəbəri olmur. Hər bir məhsulöncə sərhəddən keçirilib gətirilərkən gömrük baxışına təqdim olunur. Üstəlik dəgömrük postlarında müxtəlif qurumların nümayəndələri və mütəxəssisləri fəaliyyətgöstərir. Yəni hər hansı məhsulun tərkibi barədə həmin mütəxəssislər kifayət qədərməlumatlı olurlar. Onların rəyindən və fikirlərindən sonra digər qurumlar bu məhsullarınölkəyə buraxılmasına razılıq verir.

Təəssüfki, bizdə asanlıqla nəinki geni dəyişdirilmiş bananlar, hətta digər növ meyvələrölkə bazarına daxil olur. Geni dəyişdirilmiş məhsulların əhali tərəfindənalınıb istifadə edilməsi isə müxtəlif təhlükəli xəstəliklərin, o cümlədən xərçənginyayılmasına münbit şərait yaradır. Qida Təhlükəsizliyi Agentliyindən bildirilirki, geni dəyişdirilmiş və dəyişdirilməmişbananları müəyyənləşdirmək o qədər də çətin deyildi. Sadəcə olaraq, həmin məhsullarınüzərində kodlar var. O kodlar göstərir ki, hansı banan təbiidir, hansı bananıngeni dəyişdirilib. İndi yazıq alıcı necə aydınlaşdırsın ki, bu kod hansına məxsusdur;geni dəyişdirilən, yosxa geni dəyişdirilməyən!

Bəs ondaölkəmizdə xaricdən gətirilmiş məhsulların keyfiyyətinə zəmanət verən qurumlaranə ehtiyac var? Əgər bu qurumlar öz üzərlərinə düşən missiyanı yerinə getirəbilmirlərsə, insanların həyatı üçün təhlükə törədən və xaricdən gətirilən genidəyişdirilmiş məhsullara göz yumurlarsa, buna nə ad vermək olar? Sadəcə olaraq,buna belə bir formul vermək olar: laqeydlik, məsuliyyətsizlik və şəxsi marağı hərşeydən üstün tutmaq!

Biz birşeyi başa düşmürük və başa düşməməyimizidə sizə çatdırmaq istəyirik. Məgər bizim dədə-babalarımız banan yeyiblər? 30-40il bundan əvvəl ölkəmizə banan gətirilirdi və xoruz yox idi səhər açılmirdi?Bizim mayamız da, qanımız da, həyatımız da yerli məhsullar əsasında formalaşıb.Yəni dədə-babadan biz öz bal kimi şirin mer-meyvələrimizlə dolanmışıq. Azərbaycanınçürük alması, armudu, narı, pomidoru, xiyarı min dəfə xaricdən gətirilən və par-par parıldayan o geni dəyişdirilmiş məhullardandadlıdır.

Deyirikki, almanın filan yeri qurdludur, armudun filan yeri çürükdür. Qurd o meyvəyəyaxın durur ki, onun işərisində kimyəvi maddə yoxdur. Geni dəyişdirilmiş meyvələrində hamısı kimyəvi maddələrlə yetişdirilir və bir də hər meyvənin öz mövsümüvar. Yəni müəyyən mövsümdə ürəyin alma, armud istəyir. Yayda qarpız-yemiş yeməyiarzulayırsan, payızda nar, xurma, feyxua, naringi qəlbindən keçir. Qışınortasında adamın başını kəssən də nə qarpızyemək istəyər, nə də alça arzulayar. Ancaq bunu xəstə, sulu adamlarxoşlayırlar.

Gəlin, tələsməyək!Ən azından ona görə ki, hər bir meyvəni öz mövsümündə yeyəndə daha dadlı olur.Ona görə də nə xaricdən gətirilən geni dəyişdirilmiş meyvələrə meyl eləyək, nədə mağazalarda bu gün kiloqramı 100 manata satılan alçaya maraq göstərək. Bizimöz meyvələrimizin dadını dünyanın heç bir ölkəsində hiss etmək mümkün deyil.

QardaşTürkiyədə də, gözəl Təbrizdə də meyvə yemişəm. Vallah, onların heç birisi Bəhmənlininalmasının, armudunun, xurmasının, qarpızının, yemişinin dadını verməyib. Onagörə də dəridən-qabıqdan çıxıb bir ətək pul xərcləyərək xarici meyvələri almağaqətiyyən tələsməyin və bu heç verdiyiniz pula da dəyməz!..