adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Yanvar 2020 13:15
15854
SİYASƏT

Faiq QİSMƏTOĞLU: SEÇİCİLƏR HÜQUQLARINI BİLSƏLƏR

Bu gün insanlar20-30 il bundan əvvəlki vaxtla müqayisədə daha aktiv və daha fəaldır. Buaktivlik və fəallıq zaman-zaman həmprezident seçkilərində, həm Milli Məclis üzvlüyünə seçkilərdə, həm də bələdiyyəseçkilərində özünü göstərir. Ən azından ona görə ki, insanların hüquqi maarifləndirilməsivə dünyagörüşləri bayaq dediyimiz kimi, xeyli yüksəlib. Və hər bir seçici də istədiyi namizədə səs vermək üçün əvvəlcədənonunla maraqlanır və sonra da həmin seçici seçki məntəqəsinə gələrək öz namizədinəsəs verir.

Fevral ayının9-da Azərbaycan Respublikasının Milli Məclisinə üzvlüyə seçkilər keçiriləcək. Yənihər bir dairədən namizədliyi qeydə alınmış deputatlığa iddialı şəxsləri seçicilərözləri seçəcəklər. Başqa sözlə demiş olsaq, hər bir namizədin arxasında onunelektratı olmalıdır. Hansı namizəd ki, təbliğat kampaniyasında daha çox seçiciləriinandıracaqsa və onların inamını qazanacaqsa, elə həmin namizədlər də birmənalıolaraq seçicilərin səsini toplaya biləcəklər.

Yanvarın 17-dənMilli Məclis üzvlüyünə namizədlərin təbliğat kampaniyası başlayıb. Təbii ki, butəbliğat kampaniyasının sona çatma müddəti də bəllidir. Yəni fevralın 8-dəartıq namizədlərin təbliğat kampaniyası başa çatır. Bu isə o deməkdir ki, seçkigünü heç bir namizədin təbliğat kampaniyası aparmaq hüququ yoxdur. Aydındır ki,bu hüquq və vəzifələr öncədən Mərkəzi Seçki kampaniyası tərəfindən hər birnamizədin nəzərinə çatdırılır.

83 saylı Ağcabədi-FüzuliSeçki Dairəsinin 28 saylı seçki məntəqəsindədə seçikinin yüksək səviyyədə həyata keçirilməsi üçün çox böyük işlər görülüb.Burda seçicilərin hüquq və vəzifələri, onların üzərinə düşən missiyalar vəmaarifləndirmə məsələləri diqqət mərkəzində saxlanılıb. Başqa sözlə demişolsaq, 28 saylı Seçki Məntəqəsində bütün texniki problemlər və hazırlıq işləriöz həllini tapıb. Bu seçki məntəqəsində 1136 seçici səsvermə hüququna malikdir.Və seçki məntəqəsi də Rabitə Kollecinin 2 saylı yataqxanasının 4-cü mərtəbəsindəyerləşir.

Biz seçki məntəqəsinəbaş çəkərkən orada görülmüş hazırlıq işlərinin şahidi olduq. Bir daha yəqinetdik ki, seçki məntəqəsində seçicilərin gəlib səs verməsi üçün hər bir şəraityaradılıb. Məntəqənin sədri Sahimə Vəlişova bizi görülmüş işlərlə tanış etdi vəməntəqənin otağına birlikdə baş çəkdik. Həqiqətən də gördük ki, seçicilərinhamılıqla istədiyi namizədə gəlib səs verməsi üçün nə lazımsa, bütün işlər yetərincəicra edilib. Seçki məntəqəsinin 6 üzvü var və onlar da hamısı həmin günü işbaşındaydı.

Sahimə xanım Vəlişovabizimlə söhbətində bildirdi ki, seçicilərin maarifləndirilməsi daim diqqət mərkəzindədi.Kimsə gəlib seçicilərdən bizə müraciət edirsə, həmin problemi elə qısa zaman kəsiyindəhəll edirik. Məsələn, elə vaxr olur ki, bir seçici gəlib deyir ki, siyahıyabaxmışam mənim adım yoxdu. Biz yenidən həmin məsələləri dəqiq yoxlayır, görürükki, həqiqətən o seçici bizim məntəqənin əhatə etdiyi yerdə yaşayırsa, onu yenidənsiyahıya alırıq. Amma aparılmış bütün işlər belə problemlərin yaranmasına imkanvermir. Yəni öncədən seçicilərin adları, soyadları, atalarının adları dəqiqləşdirilmiş,yaşayış yerləri müəyyənləşdirilmiş və onlar hamısı vaxtında qeydiyyataalınmışdır. Buna da uyğun olaraq biz həmin seçicilərə öz ünvanlarında səs verməküçün bildirişləri göndərmişik. Və onu da qeyd edim ki, bizim 28 saylı seçki məntəqəsində1136 seçici səs verəcəkdir.

Bununla yanaşı,Sahimə Vəlişova bir fikri də xüsusilə vurğuladı ki, onun özü və məntəqənin üzvlərihər gün məntəqədə olur, ora müraciət edən seçicilərlə söhbətlər edir və onlarıdüzgün istiqamətləndirirlər. Müraciət edən seçicilərə bir daha seçki günününvaxtı nəzərlərinə çatdırılır, onların hüquq və vəzifələri xatırladılır. Məntəqəseçki komissiyasının üzvlərindən Elmira Alıyeva, Ramiq Mehdiyev və başqalarıbiz seçki məntəqəsində olanda iş başındaydılar. Onlar da bizimlə söhbət edərkənbir daha bildirdilər ki, hər gün məntəqədədilər və kimlərsə onlarla seçki iləbağlı müraciət etsə, kömək göstərməyə hazırdılar.

Əlbəttə, buseçki məntəqəsində hazırlıq işlərinin yetərincə olması onu deməyə əsas verirki, Milli Məclis üzvlüyünə namizədlərinfevralın 9-da keçiriləcək seçkisində məntəqə tam hazır vəziyyətdədir. Yəniseçicilər bu ünvana gəlib çox asanlıqla və rahat istədikləri namizədlərə səsverə biləcəklər. Bircə o qalır ki, seçki günü seçicilərin məntəqəyə gəlsin və səsverməsinə. Təbii ki, hər bir seçici də fəal olsa, səs versə, öz namizədiniMilli Məclisdə görə biləcək.