adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Fevral 2018 13:29
13380
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: QAPININ AĞZI

Bilmirəm, siz fikirvermisiniz, yoxsa yox, avtobusa, metro qatarına minəndə əksər sərnişinlər sürücününyanında – yəni qapının ağzında dayanır. Kimə də deyirsən ki, bir az kənara çəkil,düşək, o dəqiqə həmin adam əsəbləşir və dişinin dibindən çıxanı sənin üstünə tökürvə sən də qalırsan canınla əlləşə-əlləşə.

Bilmirsən həmin adamıyerində otuzdurasan, ya da onunla söz güləşdirəsən. Çünki ona baş qoşsan, gərəkonda əməlli-başlı əsəbləşəsən. Belə də olanda insan bir neçə gün özünə gələ bilmir,ürəyi ağrıyır və elədiyi mübahisəyə görə də peşmançılıq hissi yaşayır.

Hər yerdə olduğukimi, biz avtobusda və metroda da sərnişin mədəniyyətsizliyi ilə üzləşirik. Yaşlıvə xəstə adamları başa düşmək olur. Amma onu başa düşmək olmur ki, gənc və ortayaşlı insanlar da ictimai nəqliyyata minən kimi lazımi etik qaydalara əməl etmir,düz gəlib durur sürücü tərəfdə qapının ağzında. Biri deyir iki dayanacaqdan sonradüşəcəm, biri deyir bir azdan avtobus saxlayanda lazımi yerə çatacam, bir də deyirki, elə mən vərdiş eləmişəm qapının ağzında durmağa. Hətta avtobus sürücüləri dəqapının ağzında tıxac yaradan sərnişinlərə dəfələrlə müraciət edirlər. Bildirirlərki, xahiş edirik bir az ortaya çəkilin! Qapının ağzına az yığılın ki, avtobusdandüşən insanlar bir-birlərinin ayağını tapdalamasın. Və bəzən də belə basabasda birdə görürsən ki, hansısa cibgir sui-istifadə edərək başı qarışan sərnişinin cibinəgirdi və orda nə varsa götürüb apardı…

Bax belə «xəstəlik»əksər sərnişinlərin əsas mərəzidir. Dəfələrlə sürücülər onlara müraciət edir, xahişeləyir, hətta loru dildə demiş olsaq, yalvarır, bəzi sərnişinlər isə onları birqulağından alıb, o biri qulağından verirlər. Yəni onların heç dünya vecinə deyilki, qapının ağzında durarkən düşmək istəyən sərnişin hansı çətinliklə üzləşir.

Bu sətirlərin müəllifidə gün ərzində avtobusdan və metrodan istifadə eləyir. Elə gün olmaz ki, qapı ağzındaduran sərnişinlərin və sürücünün mübahisəsini, dava-dalaşını eşitməyək. Hətta budava-dalaş bəzən o qədər uzun çəkir ki, sürücü əsəbləşir və maşını idarə etməkdənimtina eləyir. Görünür, hələ də biz ictimainəqliyyatdan necə istifadə etməyin yollarını tam öyrənməmişik.

Düzdür, yüksək mədəniyyətlisərnişinlər də var. Və onlar bir qayda olaraq əyləşərkən yaşlı, xəstə və hamiləqadınlara yer verirlər, üstəlik də ayaqüstə dayanarkən sakit bir yerə çəkilirlər.Yəni o sakit yerdə duran sərnişin heç bir halda digər sərnişin üçün çətinlik vəproblem yaratmır.

Son vaxtlar Bakışəhərinə gətirilmiş «Bakbus» avtobuslarında bu sahədə müəyyən irəliləyişlər hissolunur. Çünki bu avtobuslara sərnişinlər qabaq tərəfdən minib orta və arxa tərəfdəndüşürlər. Bəzən bu avtobuslara minərkən sərnişinlər mövcud qaydalara əməl etməkistəmirlər. Yəni onlar bir çox halda qabaq tərəfdən deyil, orta yerdən avtobusunsalonuna daxil olurlar. Bu zaman isə sükan arxasında olan sürücünün etirazı eşidilir.

Həmin etiraza təbiiki, sərnişin əməl edir, yerə düşərək qabaq tərəfdən təkrarən avtobusa minir. Əgərsərnişin «Bakbus» avtobusuna orta qapıdan daxil olarsa, istər-istəməz kamera bunuçəkin və bu qanun pozuntusuna görə isə sürücü inzibati məsuliyyətə cəlb edilir.Məhz yüksək nizam-intizama görə də «Bakbus» avtobuslarına bir qayda olaraq sərnişinlərqabaq qapıdan minirlər. Artıq böyük sərnişin kütləsi bu qayda-qanuna alışıb və lazımitələbləri mütəmadi olaraq yerinə yetirirlər.

Təəssüf ki, biz bufikirləri heç də şəhərimizdə sərnişin daşıyan digər əksər marşrutlara şamil edəbilmərik. Bəli, onların da arasında kart sisteminə keçən marşrutlar var və burdada müəyyən qayda-qanun bərpa olunur. Ammaən narahatedici fakt ondan ibarətdir ki, kart sistemi ilə işləməyən marşrutlardagöstərilmiş neqativ hallar bu gün də davam etməkdədir.

Qardaş, sürücü nəqədər qışqırıb deyəcək ki, ay sərnişinlər, ortaya çəkilin, qapının ağzında durmayın!Heç olmasa, bu sürücüləri də başa düşmək, anlamaq lazımdır. Ən azından ona görəki, onlar sutkanın 16-17 saatını istirahətetmədən sükan arxasında əyləşirlər. Hətta nahar və axşam yeməklərini də əksəriyyətielə sükan arxasında yeyir. Qışın soyuğunda isə onların vəziyyəti bir qədər də çətinləşir.Çünki bir çox avtobusların istilik sistemiyoxdur, yaxud da işləmir.

Təbii ki, bu cürgərgin anlar yaşayan sürücülər üstəlik də qapının ağzında duran sərnişinlər tərəfindənəsəbləşdiriləndə onların nələr çəkdiyini özlərindən başqa heç kəs bilmir. Belə əsəbilikşəraitində sükan arxasında əyləşmiş sürücü hər an qəza şəraiti yaradır, özünün vəsərnişinlərin həyatını təhlükə qarşısında qoyur. Sadəcə olaraq, hər bir sərnişinavtobusa minərkən müəyyən normalara əməl etsə, mədəni davransa, bu cür hallar datez-tez yaranmaz, sürücülərlə sərnişinlər arasında dava-dalaş, mübahisə baş verməz.