adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
08 Yanvar 2018 13:05
12998
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: ÖLÜM SAÇAN ANLAR

Bizim taleyimiz bəzənbir tükdən asılı olur. Və o tük də bəzən qırılır, həyatımız alt-üst olur. Heç kimə o cür faciəli anları arzulamazdıq. Ancaq biz istəsəkdə, istəməsək də bəzən həyatın bu anlarıyla üzləşməli oluruq. Daha doğrusu, bizikimlərsə həmin uçuruma sürükləyir və biz də istər-istəməz o uçuruma düşərək həyatımızıtürk qardaşlarımız demiş, kaby edirik.

Bir neçə gün bundanəvvəl baş vermiş hadisəni yada salanda tüklərimiz biz-biz olur. Belə ki, metronun «28 May» stansiyasından Hövsan qəsəbəsinəhərəkət edən 175 nömrəli marşrutda olan avtobus sanki bir göz qırpımında qəzaylaüzləşir. Həmin anlarda sükan arxasında olan sürücü avtomobili hansı sürətlə idarəedirmiş, onu deyə bilmərik. Ancaq bir onu deyə bilərik ki, avtobus yüksək sürətləidarə olunurmuş. İçərisi sərnişinlə dolu olan avtobus Zığ qəsəbəsində idarəetmədənçıxır, yolun kənarındakı səddi dağıdaraq dərəyə yuvarlanır. Bax, bu anda, bu məqamdahəmin avtobusun salonunda olan sərnişinlərin nələr düşündüyünü onlardan savayı heçkəs hiss edə bilməzdi. Ən anzından ona görə ki, avtobusun salonunda olan sərnişinlərbu qəza məqamında ölümü gözləriylə görüblər.Avtobus dəfələrlə aşaraq, diyirlənərək, düz dərənin dibində dayanıb.

Bax, belə məqamlarda,belə anlarda sərnişinlər özləri də çıxılmaz bir vəziyyətə düşürlər. Qəza anı başverəndən son məqama qədər avtobusun içərisində olan sərnişilər yaşamaq və sağ qalmaqhaqqında fikirləşiblər. Təbii ki, heç bir qəza özbaşına baş verə bilməz. Yəni qəzanıtörədən şərait var və onun başvermə səbəbləri mövcuddur.

175 nömrəli avtobusaşarkən təcili tibbi yardım maşınları və polislər daha tez hadisə yerinə çatıblar. Avtobusun içərisindəolan yaralanmış sərnişinlər operativ surətdə ordan çıxarılaraq təcili tibbi yardımmaşınlarına yerləşdirilib. Həkim müayinəsindən sonra xəsarət almış 20-yə yaxın sərnişinklinik xəstəxanalara yerləşdirilib. Və aldığımız məlumatlara görə, artıq onların15-i tam sağalaraq evlərinə buraxılıb. Xəstəxanadakı 5 nəfərin həyatı üçün isə eləbir təhlükə yoxdur. Həkimlərin bildirdiyinə görə, onlar da uzaqbaşı bir həftəlikmüalicədən sonra evlərinə buraxılacaq.

Bəs necə olub ki,avtobus dərəyə yuvarlanıb?! Məsələnin eləqaranlıq tərəfi də bundan ibarətdir. Çünki avtobusu aşıran sürücü hadisə yerindən qaçıb vəpolisin axtarışından sonra o saxlanılıb. Məlum olub ki, sükan arxasında əyləşmişşəxs əvvəllər soyğunçuluq maddəsiylə məhkumedilib. Üstəlik də nəqliyyat vasitəsini idarə edərkən onun sürücülük vəsiqəsi olmayıb.Bax, bu cür hadisələr birinci dəfə deyil ki, baş verir. Bakı şəhərində belə qəzalar tez-tez yaranır və hadisəni törədənsürücülər də oradan qaçırlar.

Bu məqamlara birbalaca işıq salmaq istəyirik. Çünki qeyd etdiyimiz kimi, əvvəllər də bu cür «sürücülər»olub və onlar da aradan çıxıblar. Ümumiyyətlə, Bakı şəhərinin bir neçə marşrutunuistisna etməklə (kartla işləyən avtobuslarınəzərdə tuturuq) digərlərində demək olar ki, günorta və axşam saatlarında sürücüləristirahət edərkən avtobusu naşı adamlara verirlər. Və bu naşı adamlar da heç birsürücülük təcrübəsi və vəsiqəsi olmadan sükan arxasında əyləşirlər. Hələ biz onudemirik ki, bəzən bu təcrübəsiz «sürücülər» ya sərxoş olurlar, ya da narkotik maddəqəbul edirlər.

Qəzaya uğramış avtobusundispeçer bildirir ki, səhər saatlarında avtobusu sürücülük vəsiqəsi olan və bütüntələblərə cavab verən sürücüyə etibar eləmişik. Amma həmin sürücü sonradan avtobusutanışına etibar edib və tanışı da onu belə bir çıxılmaz vəziyyətdə qoyub. Təbiiki, bu cür arqumentlər heç də hadisəni törətmişvə ordan qaçmış «sürücünü» sığortalaya bilməz. Baş vermiş hadisə üçün daşıyıcı şirkətin rəhbərindən tutmuş dispeçerinə və sürücüsünə qədərhamısı cinayət məsuliyyətinə cəlb edilməlidir. Hər hansı bəhanəylə kimlərinsə sudanquru çıxmağına şərait yaratmaq elə özü cinayətə qol qoymaq deməkdir.

Ümumiyyətlə, Bakıdabir çox daşıyıcı şirkətlər öz üzərinə düşənmissiyanı yerinə yetirə bilmirlər. Onlar işə qəbul etdikləri sürücülərlə əmək müqaviləsibağlamır, lazımi qaydalara əməl etmir, istismar müddəti başa çatmış avtobuslarıxəttə buraxır, onların texniki nasazlığını vaxtlı-vaxtında yoxlamır, sükan arxasındaəyləşmiş sürücülərin sağlamlığı ilə maraqlanmır. Üstəlik də hər bir avtobus səhərsaatlarında xəttə çıxmamışdan yuyulmalı, dizenfeksiya olunmalı və sanitar qaydalaraəməl edilməlidir. Çox təəssüf ki, bu sözləri biz 175 nömrəli marşrut barəsində deyəbilmərik. Çünki bu avtobusda mövcud nöqsanlar o qədərdi ki, onu saymaqla bitirməkolmur.

Bakı Nəqliyyat Agentliyivə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bu cür daşıyıcı şirkətlərdə mövcud olan nöqsanlara göz yumurlar.Hansı ki, həmin avtobusun sürücüləri yol hərəkəti qaydasını və texniki tələblərielə bu iki adiyyəti qurumun gözü qarşısında tez-tez pozur. Bəli, həmin qurumlardeyə bilər ki, biz reydlər və yoxlamalar keçiririk, nöqsanlara yol verən daşıyıcı şirkətləri məsuliyyətə cəlb edirik. Həqiqətəndə belə tədbirlər olur. Bunu heç kəs inkar edə bilməz. Təəssüf ki, bu tədbirlərkampaniya xarakteri daşıyır və kütləvi surətdə həyata keçirilmir. Başqa sözlə demişolsaq, yoxlamalar və reyd zamanı bir-iki sürücü cəzalandırılır və bununla da həminqurumlar öz işlərini bitmiş hesab edirlər. Hansı ki, bu gün Bakıda elə marşrutlarvar ki, heç bir texniki şərtlərə cavab vermir və həmin marşrutların fəaliyəti qanunladayandırılmalıdır. Amma bura Azərbaycandır. Hər marşrutun sahibinin arxasında birimkanlı adam durub və o imkanlı adama görə də çoxları mövcud nöqsanlara göz yumur.Nəticədə isə bu göz yummağa görə, baş verən avtobus qəzaları zamanı neçə-neçə insandünyasını dəyişir və nə qədər də adam ya əlil olur, ya da ağır xəsarət alır.

Sözümüzün canı ondanibarətdir ki, marşrut avtobuslarına qarşı həm Bakı Şəhər Nəqliyyat Agentliyi, həmdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi mübarizəni daha da gücləndirməlidir. Vəbu mübarizə zamanı qanunu pozan, mövcud qaydalara əməl etməyən daşıyıcı şirkətlərcəzalandırılmalı və lazım gələrsə o marşrutlar ləğv edilərək daha nümunəvi xidmətgöstərən daşıyıcı şirkətlərə verilməlidir. Yoxsa əks təqdirdə, avtobuslarla bağlıqəzalar bundan sonra da baş verəcək, çoxlu sayda insanlar bu qəzalar zamanı dünyasınıdəyişəcəklər.