adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Iyun 2020 13:28
30427
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: KORONAVİRUS O QƏDƏR DƏ QORXULU DEYİL, AMMA...

Artıq martayının əvvəllərindən ölkəmizdə dünyada tüğyan eləyən COVİD-19 virusuna qarşıçox ciddi tədbirlər görülüb. Bu məqsədlə məmləkətimizdə ən müasir tibbiavadanlıqlar və xəstəxanalar hazır vəziyyətə gətirilib. Hətta ölkəmizə xaricdən200-ə qədər süni tənəffüs aparatının da gətirilməsi təmin edilib. Üstəlik, ölkəprezidenti cənab İlham Əliyev koronavirusun qarşısının alınması üçün çox ciddiaddımlar atıb. Belə ki, respublikamızda neçə-neçə modul tipli xəstəxanalartikilib və bu virusa yoluxmuş xəstələr həmin yerlərdə müalicə edilir. Bununlayanaşı, ixtisaslaşmış bir çox xəstəxanalar da məhz bu istiqamətdə yönəldilib vəhəmin müalicə ocaqları bayaq dediyimiz kimi, ən müasir texniki avadanlıqlarla,dava-dərmanla və tibbi personalla təmin olunub.

Xəstəliyin ənçox Bakı şəhərində aşkar olunması bu narahatlığı daha da artırıb. ÇünkiCOVİD-19-a insanların sıx olduğu yerlərdə daha tez yoluxmaq mümkündür. Bakı iləyanaşı, Gəncə, Sumqayıt, Lənkəran, Cəlilabad, İsmayıllı, Masallı və Abşeronrayonlarında da bu xəstəliyə yoluxma halları çoxalıb. Təbii ki, sərt karantinrejiminin tətbiq olunması, sanitar və gigiyenik qaydalara riayət edilməsi,maskalardan maksimum dərəcədə yararlanmaq bu virusa yoluxmanı minimuma endirəbilər.

Respublikamızın əksərrayonlarında koronavirusa yoluxma halları mövcuddur və bu da günbəgün azalmaq əvəzinəbir qədər də çoxalır. Təbii ki, gözə görünməyən və rəngi bilinməyən bu virusaqarşı mübarizə ən yüksək səviyyədə təşkil edilməlidir. Nazirlər Kabinetiyanında Operativ Qərargahın tövsiyyə və tapşırıqları adiyyəti qurumlar tərəfindənyetərincə icra edilsə də, əhali bu məsələdə çox laqeydlik göstərir, sanitar vəgigiyenik qaydalara əməl etmir, üstəlik də kütləvi yerlərə gedəndə maskataxmırlar. Elə bunun nəticəsi idi ki,iyunun 23-ə olan məlumata görə, respublikamızda koronavirusa yoluxanların sayıgün ərzində 500-ü ötüb. Bax, bu artıq SOS siqnalı deməkdir və bu artıqpandemiyanın ölkəmizi cənginə almasına bir işarədir. Yəni koronavirusa qarşıdövlət səviyyəsində bütün tədbirlər gerçəkləşdirilib. Sadəcə olaraq, bu prosesdəəhali tövsiyələrə əməl etməli, izolyasiya qaydalarını yerinə yetirməli və kütləviyerlərdə hamılıqla maskadan istifadə olunmalıdır.

Koronavirusaqarşı mübarizədə ən böyük yük həkimlərin, polislərin və təmizlik işçilərininçiyninə düşüb. Və birmənalı olaraq deyə bilərik ki, bu üç qurumun hər bir əməkdaşıCOVİD-19-a qarşı mücadilədə öndə gedir. Və hər üç qurumdam indiyə kimi onlarla əməkdaşxidməti vəzifəsini yerinə yetirərkən bu virusa yoluxub. Allah onları qorusun!

Füzuli rayonu dacəbhə bölgəsi olduğu üçün ora axın daha çoxdur. Bu axının olması istər-istəməzvirusa yoluxma halları üçün münbit şərait yaradır. Amma gəlin onunla razılaşaqki, hər hansı rayonda öncədən qabaqlayıcı tədbirlər, maarifləndirici işlər və dezinfeksiya aparılırsa, istər-istəməzvirusun yayılma halları azalır.

Füzuli rayonu MərkəziXəstəxanası Publik Hüquqi Şəxsin direktoru Natiq Şükürov bizim "koronaviruslarayonda mübarizə necə təşkil edilib?” sualımıza ətraflı cavab verərək bildirdiki, ilk gündən Füzuli səhiyyəsi bu xəstəliyin qarşısının alınması üçün mücadiləyəqalxıb, bütün zəruri və vacib problemlərin hamısını vaxtında yerinə yetirib. Yənirayonda ilk növbədə Horadiz şəhəri də daxil olmaqla bütün yaşayış məntəqələri,yollar, parklar, xiyabanlar, sosial obyektlər, xəstəxanalar davamlı olaraqdezinfeksiya edilib. Horadiz şəhərində və kəndlərdə fəaliyyət göstərən xəstəxanalar,tibb məntəqələri fəaliyyətlərini əhalinin sağlamlığına və onların maarifləndirməsinəyönəldib. Mən tam məsuliyyətlə deyə bilərəmki, virusun alovlanmasının qarşısının alınmasında Füzuli səhiyyəsinin hərbir həkiminin xidməti var.

Onu da qeyd edəkki, direktor Natiq Şükürov çox savadlı və təcrübəli bir mütəxəssisdir, uzun illərdirsəhiyyə sistemində çalışır. Bununla yanaşı, Natiq Şükürov ölkə prezidenti cənabİlham Əliyevin sərəncamı ilə səhiyyə sahəsindəsəmərəli xidmətlərinə görə "Tərəqqi” medalı ilə təltif edilib.

Bizimlə telefonsöhbətində Natiq həkim bildirdi ki, bu günə qədər Füzulidə 47 nəfər bu virusayoluxub. Onun 41 nəfəri İmişlidə və digər yerlərdə müalicə olunaraq sağalıb vəvəziyyətləri normaldır. 6 nəfər isə bu gün müalicə olunur. Onların vəziyyətistabildir. Demək olar ki, rayonda koronavirusla bağlı bir ölüm hadisəsi başverməyib.

Bununla yanaşı,digər rayonlarla müqayisədə virusa yoluxma halları aşağı səviyyədədir. Məsələn,qonşu rayonlarda 70 nəfər koronavirus xəstəsi varsa, burda rəqəm yuxarıda göstərdiyimizkimidir. Demək olar ki, rayonda epidemioloji vəziyyətə tam nəzarət edilir. Hərhansı insanda koronavirusun əlamətləri varsa, ondan yaxmalar götürülür, İmişliXüsusi Təhlükəli İnfeksiyaya qarşı Mübarizə İdarəsinin laboratoriyasında 6saatdan 24 saat müddətində analizlərin nəticəsi barəsində həmin xəstəyə məlumatverilir. Üstəlik də bu müayinlərin hamısı dövlət hesabına pulsuz həyatakeçirilir. Bu cür xəstəliklər ən çox insanların kütləvi toplaşdıqları yerlərdə,yas mərasimlərində və edləcə də restoranlarda və yeməkxanalarda baş qaldırabilir.

Təbii ki,Füzulidə digər rayonlara nisbətən 6 ildən çoxdur ki, yas mərasimləri sadələşdirilib.Yəni əvvəllər olduğu kimi, yas mərasimlərində ehsan, yemək verilmir. Bu da istər-istəməzinsanların yas yerlərində daha çox bir yerə toplaşmasının qarşısını alır. 5-10nəfər, lap 30-40 nəfər ara məsafəsi saxlamaqla yas məclislərində iştirak edir,çox oturmur və bir-birləri ilə ünsiyyət yaratmırlar. Bütün bunlar əhaliarasında Füzuli səhiyyə işçiləri tərəfindən davamlı olaraq insanların diqqətinəçatdırılır.

Natiq Şükürovbir fikri də xüsusilə vurğuladı ki, elə insanlar var bu xəstəliyə inanmır və bəziləridə onun stresindən qorxur, həyəcan keçirir, psixoz vəziyyətə düşür. Bax, bizimhəkimlər əhali arasında maarifləndirmə işləri aparmaqla inanmayanlarıinandırır, psixoloji durumu mürəkkəb olanları isə o fobiyadan, qorxu hissindənxilas edirlər. Elə də insan var ki, evdə xəstəsi olur, bunu gizlədir. Bax,sonradan onun vəziyyəti ağırlaşır, çətin durumda biz onu xəstəxanaya aparmalıoluruq. İctimaiyyət bu məsələdə daha aktiv olmalı, xəstəliyin ilk sindiromları– öskürək, yüksək temperatur, nəfəs darlığı hiss edən kimi Təcili Tibbi yardımxidmətinə zəng etməli, əməkdaşlarımız gəlib onları müayinə etmək üçün xəstəxanayaaparmalıdır. Bu xəstəlik bir o qədər də qorxulu deyil. Sadəcə olaraq, insanlarözlərini qorusalar, sanitar-gigiyenik qaydalara əməl etsələr, yoluxma hallarıminimuma enər və bəlkə də olmaz. Hər hansı xəstəliyi saymazsan, laqeydyanaşarsan, o sənin axırına çıxar. Necə ki, şəkər xəstəliyini, təyziq xəstəliyini,ürək-damar xəstəliyini hansısa pasiyent saymır və sonra da bu xəstəliyinqurbanı olur.

Rayonda xəstəliyəqarşı mübarizədə Təcili Tibbi Yardım şöbəsi, laboratoriya şöbəsi, Horadiz şəhərxəstəxanasının laboratoriyası daha aktiv mübarizə aparır. Bununla yanaşı, sahətibb məntəqələri, xəstəxanalar bu işdə əhaliyə yardımçı olur. Təcili tibbiyardımın həkimlərindən Arzu Şəfiyeva, Ələsgər həkim, Yunis Ağayev sözün həqiqimənasında həyatlarını təhlükə qarşısında qoyaraq xəstələri ölümün pəncəsindənxilas edirlər.

Füzuli rayonundaicra hakimiyyəti də, hüquq-mühafizə orqanları da, səhiyyə də demək olar ki,koronavirusla mücadilədə öndə gedir. İlk növbədə onların hər birinin əməkdaşı əhaliarasında maariflənmə işləri aparmaqla izolyasiya qaydalarına əməl edir,sanitar-gigiyenik normalara əməl olunur və maskalardan istifadə edilir. Elənümunə kimi birinci həkimlər, polislər, icra hakimiyyətinin əməkdaşları maskataxaraq öz vəzifələrini icra edirlər. Bu da o deməkdir ki, digər şəxslər də sərtkarantin rejiminə əməl etməlidirlər.

Bir faktı daqeyd edək ki, neçə illərdi rayonda Müalicə Dioqnostika mərkəzi fəaliyyət göstərir.Amma bir müdət köhnə rəhbərliyin yarıtmaz fəaliyyəti nəticəsində burda sağlammühit olmayıb. Düzdür, iş rejimi həmin mərkəzdə saat 3-ə qədər davam edib.Ancaq əvəllər saat 3-dən sonra hər hansı avtoqəza zamanı ağır xəstə mərkəzə gətiriləndəorda heç kəsi tapmaq mümkün deyildi. Sonradan rəhbərlik dəyişildi. Şaiq Şükürov Füzuli Müalicə Diaqnostika Mərkəzinindirektoru təyin edildi. Ceyran Qəhrəmanova isə dioqnostika mərkəzinin direktormüavini, baş həkim təyin olundu. Bu təyinatdan sonra demək olar ki, ordakımühit tamamilə dəyişib, sağlam bir atmosfer yaranıb. Bu yaxınlarda ağıravtomobil qəzası baş verərkən 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətilə mərkəzəçatdırılıb, Onların 6-nın həyatını xilas etmək mümkün olub, 1-i isə  hadisə yerində dünyasını dəyişib. Diaqnostika Mərkəzində iki nəfər koma vəziyyətindən çıxardılaraq Bakışəhərindəki Klinik Mərkəzə göndərilib. İndi Müalicə Diaqnostik Mərkəz Füzuli MərkəziXəstəxanası ilə birlikdə çətin vəziyyətdə olan xəstələrin xilas edilməsindəlazım gələndə 24 saat faziləsiz xidmət göstərir.

Bayaq qeyd etdikki, koronavirus bəşəriyyət üçün çox böyük bəladır. Əgər biz bunu saymasaq vəözümzü qorumasaq, yaxın gələcəkdə xəstəxanada müalicə olunmaq üçün nə yertapılacaq, nə də həkim. Bunu həm şəhərdəkilər, həm də rayondakılar yaxşıanlamalı və qəbul etməlidir. Nə yaxşı ki, Natiq həkimin dediyi kimi, Füzulidəbu məsələlər hamı tərəfindən anlaşılır, gigiyenik və sanitar qaydalara lazımiqaydada əməl edilir, ara məsafəsi saxlanılır və bu bəladan qurtarmaq üçün hərbir insan özünü qoruyur.

Deməli, həkimlərlə,polislərlə bərabər, hər bir vətəndaş da aktiv mövqe tutmalı, tövsiyələri yerinəyetirməli, özünü və ailəsini qorumalıdır. Və bu, bir borcdu! Bu borcu hərbirimiz bir dəqiqə də olsun yaddan çıxarmamalıyıq. Yaddan çıxarsaq, deməli,bizim hər birimiz bu böyük təhlükənin bir addımlığındayıq.