adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
15 May 2019 13:06
117781
AVTOMABİL

Faiq QİSMƏTOĞLU: İSTİ HAVALAR SÜRÜCÜLƏRİ SINAĞA ÇƏKİR

Artıqmayın 14-dən respublika ərazisində havanın temperaturu müsbət 30 dərəcədən yüksəkolub. Bu isə o deməkdir ki, bu cür isti hava şəraitində sükan arxasında əyləşmişhər bir sürücü daha diqqətli olmalı və nəqliyyat vasitəsini idarə edərkən bucür isti şəraiti nəzə almalıdır. Ən azından ona görə ki, belə isti havalarda bəzisürücülər istirahət etmədən avtomobilləri idarə edir, sərnişin daşıyır və yenidəntəkrarən uzaq məsafələri qət etmək istəyirlər.

Təbiiki, sürücü də istirahət etmədən, məsələn, Bakıdan Qazaxa qədər sükan arxasında əyləşir,sərnişin aparır və düşünmür ki, bir an sükan arxasında mürgüləyə, yuxulaya bilər.Heç kimə sirr deyil ki, bu cür hallar respublikanın avtomobil yollarındatez-tez baş verir. Xüsusən də iyun, iyul vəavqust aylarında bəzi sürücülərin səhlənkarlığı nəticəsində ağır qəzalarbaş verir. Yəni kondisionersiz avtomobillərdə 40-45 dərəcə temperaturda uzaq məsafəyəistirahət etmədən getmək başqa sözlə demiş olsaq, ölümə uzanan yol deməkdir.


Baş DövlətYol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı hər yaz və yay mövsümü bu məsələlərixüsusi diqqətdə saxlayır, sükan arxasında yuxulayan sürücülərin təhlükəsizliyinitəmin etmək üçün ciddi addımlar atır. Belə ki, Yol Patrul Xidməti Alayınınbütün tağımlarının stasionar postlarındabulaqlar və soyuq su təşkil olunub. Üstəlik də sürücülərin həminstasionar postlarda müəyyən müddət dayanıb istirahət etməsi üçün əlverişli şəraitvar.

Belətağımlardan biri də Bakı-Şamaxı-Yevlax avtomobil yolunda xidmət aparan 3-cütağımın əməkdaşlarıdır. Tağımın stasionar postunda havaların istiləşməsi ilə əlaqədarolaraq bütün qabaqlayıcı tədbirlər görülüb. Belə ki, posta mütəmadi olaraq sərinsu gətirilir və sürücülərin, sərnişinlərin istifadəsinə verilir. Stasionarpostda avtomobili saxlayan hər bir sürücü bu əlverişli şəraitdən bəhrələnə bilər.


Üstəlikdə tağım əməkdaşları mənzil başına gedən sürücüələri saxlayır və onları maarifləndirir.Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13,5-cu kilometrindən 146-cı kilometrinə qədər3-cü tağımın əməkdaşları xidmət aparırlar. Bu yaxınlarda həmin avtomobilyolundan 50 yol nişanı oğurlanıb. Həmin nişanları oğurlayan şəxslər də polis əməkdaşlarıtərəfindən saxlanılıb. Yol nişanının olmaması təbii ki, sürücülərin hərəkətiüçün çətinlik törədir. Bir qayda olaraq hərəkətin təhlükəli yerlərində 107-108-ci kilometrlərdəyol polisi əməkdaşları fasiləsiz olaraq xidmət aparır, mövcud təhlükəni aradanqaldırmağa çalışırlar.

Keçirilənreyddə polis baş serjantı Azər Rzayev xarici markalı avtomobili saxlatdırır.Sürücüyə bildirir ki, şənbə günü olduğundan yollarda avtomobillərin sıxlığıçoxdur. Ona görə də sürücü sürət həddinə əməl etsə, daha məqsədəuyğundur. Onuntövsiyyələrini sürücü Nazim Əhmədov normal qəbul edir və bildirir ki, yollarayaxşı bələddir və həmişə də sürət həddinə əməledir.


Polisbaş serjantı Ramin İbrahimov da digər birsürücünü saxlatdırır. Sürücü Həşim Əliyev yol polisindən onusaxlamağının səbəbini soruşur və deyir ki, mən heç bir qayda pozuntusuna yolverməmişəm. Nə üçün məni saxlayırsiniz? Ramin İbrahimov ona izah edir ki,düzdür, siz yol hərəkəti qaydasını pozmamısınız, biz sadəcə sizə xəbərdarlıq edərəkdeyirik ki, hava istidi, yollarda bir az diqqətli olun! Yol polisinin səmimisöhbətindən sürücü razı qalır.

Əlbəttə,hətta yol hərəkəti qaydasını pozan sürücüylə nəzakətlə danışanda bu ona ləzzəteləyir. Axı bizim sürücülər bəzi hallarda kobudluqla da üzləşir. Gəlin onunlarazılaşaq ki, bu gün Baş Dövlət Yol Polisi İdarəsinin avtomobil yollarında xidmətaparan əksər işçiləri çox mədəni və səviyyəli əməkdaşlardılar.

Piyadalarlabağlı bu tağımda da çox böyük işlərgörülüb. Müşfiq qəsəbəsində və eləcə də Pirəkəşkül yaşayış sahəsindən yolun keçənhissəsində yerüstü keçidlər istifadəyə verilib. Çox təəssüf ki, bundan əksərpiyadalar istifadə etmir, hərəkətin sürətli olduğu yerlərdən keçməklə həyatlarını təhlükəqarşısına qoyurlar. Bu cür piyadalarla yol polisi əməkdaşları maarifləndiricisöhbətlər aparır, onlara yerüstü keçidlərdən istifadə etməyi tövsiyə edir.


YolPatrul Xidməti Alayının 3-cü tağımının komandiri, polis mayoru Mərdan Mehdiyevxidmət apardıqları avtomobil yolunda həyata keçirdikləri təhlükəsizlik tədbirləriilə bağlı bildirdi ki, baş verə biləcək qəzaların qarşısının alınması üçünsutkanın 24 saatını əməkdaşlarımız öz vəzifə borclarını məsuliyyətlə yerinəyetirirlər. İlk növbədə ona çalışırıq ki, ağır qəzalar baş verməsin. Xidmətapardığımız avtomobil yolunda sərt döngələr də təhlükəli yerlər mövcuddur. Sərtdöngələrdə yol nişanları quraşdırılıb. Sürücü də o yol nişanlarına hər an diqqətyetirməlidir. Qəzaların baş vermək ehtimalı olan yerlərə isə hər gün naryadlargöndəririk. Təbii ki, bu qabaqlayıcı tədbirlər nəticəsində biz mövcud təhlükəniaradan qaldırırıq. Havaların get-gedə istiləşməsi sürücülərdən daha böyük məsuliyyəttələb edir. Bəzi avtobus və mikroavtobus sürücüləri istirahət etmədən 16-18saat sərnişin daşıyırlar. Bax, bu məsələləri diqqət mərkəzində saxlayır vəproblemləri əməkdaşlarımız o sürücülərin nəzərinə çatdırır.

Sonvaxtlar tağım əməkdaşları həyata keçirdikləri tədbilər nəticəsində neçə-neçəsürücü məsuliyyətə cəlb olunub. Məsələn, ötmə qaydasını pozan 57, sərnişindaşımayariayət etməyən 29, yükdaşıma qaydasını pozan 24, polisə tabe olmayan 14 vəsürücülük hüququ olmadan avtomobili idarə edən 10 sürücü barəsində inzibatiprotokol tərtib edilib.

Keçirilənreydlərdə polis baş leytenantları Abdulla Zeynalov, Yaşar Qasımov, polis başserjantları Azər Rzayev, Ramin İbrahimov ayrı-ayrı sürücüləri saxlayaraqmaarifləndirir, yollarda daha diqqətli olmalarını tövsiyə edirdilər. Bu isə odeməkdir ki, 3-cü tağımın əməkdaşları mövcud təhlükəni aradan qaldırmaq üçünmütəmadi olaraq qabaqlayıcı tədbirlər həyata keçirir.

Reyddə iştirak edirdilər: Mərdan MEHDİYEV- Yol Patrul Xidməti Alayının3-cü tağımının komandiri, polis mayoru; Vüqar ƏLƏKBƏROV – 3-cü tağımın baş inspektoru,polis leytenantı; Abdulla ZEYNALOV – 3-cü tağımın inspektoru, polis baş leytenantı;Ramin İBRAHİMOV -3-cü tağımın inspektoru, polis baş serjantı; Faiq QİSMƏTOĞLU –«Ədalət»in əməkdaşı