adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
03 Dekabr 2018 12:46
72346
MÜSAHİBƏ

Faiq QİSMƏTOĞLU: HƏRƏKƏT İŞTİRAKÇILARI ÖZLƏRİNİ ÖLÜMÜN İÇİNƏ ATIRLARSA...

Suallarımızı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsininbölmə rəisi, polis polkovniki Vaqif Əsədov cavablandırır

- Cənab polkovnik, son günlər ölkəmizdə vəBakı şəhərində hava şəraiti mürəkkəbləşib, güclü yağışlar yağır. Metereoloji şəraitincətinliyi qəza vəziyyətnin yaranmasına bizcə daha əlverişli mühit yaradır...

- Əlbəttə, yağışların kəskin yağdığı günlərdəBakı şəhərində nəqliyyat vasitələrinin hərəkəti çətinləşir. Çox təəssüf ki, bəzisürücülər belə hava şəraitini nəzərə almır, avtomobili sürətlə idarə edir, araməsafəsi saxlamır, nəticədə qəzalar qaçılmaz olur.

- Görürsünüz, bu cür havada diqqətsizlik nəinkisürücü, digər hərəkət iştirakçıları üçündə təhlükə yaradır...

- Bax, ona görə də Bakıda hərəkətin yüksək sürətliolduğu yerlərdə, məsələn hava limanına gedən prospektdə yağışlı hava ilə əlaqədarolaraq sürət həddi saatda 20 kilometr aşağı endirilib. Bu sürət həddinə də hərbir sürücü əməl etməlidir ki, digərləri üçün təhlükə yaratmasın.

- Bir jurnalist olaraq biz həmişə Bakı Şəhər DövlətYol Polisi İdarəsi əməkdaşlarının mürəkkəbvə yağışlı havada gərgin işlədyinigörmüşük. Adam çöldə bir dəqiqə soyuğun altında qarda, yağışda dura bilməyəndə,yol polisləri saatlarla belə havada hərəkətin təhlükəsizliyini tənzimləyirlər.Bu çətin deyilmi?

- Belə baxanda hər bir peşənin öz çətinliklərivar. Heç bir iş asanlıqla həll olunmur. Bizim əməkdaşlar da hər cür mürəkkəbhava şəraitinə uyğunlaşıblar. İstər qar, şaxta olsun, istərsə də müsbət 42 dərəcəistilik olsun. Fərqi yoxdur, hər iki şəraitdə əməkdaşlarımız öz vəzifəborclarını yerinə yetirməlidilər. Çox sağ olun ki, yol polisinin soyuq vəyağışlı havada işini görürsünüz, onun əməyinə, zəhmətinə belə dəyər verirsiniz.Təəssüf ki, bəzi KİV-lər polisin belə gərgin işini diqqət mərkəzinə çəkmir, əksinə, bulanıq suda balıq axtarırlar.

- Su dediniz, yadımıza yağışlı havadamaşınların dövlət nömrə nişanlarının çirklənməsi düşdü. Bir çox sürücüləryağışlı havadan sonra da dövlət nömrə nişanlarını təmizləmir, çirkli vəziyyətdəsaxlayırlar. Bu isə, hər hansı avtomobil sürücüsünün bir qəza törədəndə, yaxudda piyadanı vurub hadisə yerindən qaçarkən nömrələrin görsənməməsinə səbəbolur.

- Hər bir sürücü zəhmət çəkib dövlət nömrə nişanınıtəmiz saxlamalıdır. Onlar təmiz saxlamayanda, hadisəni törətmiş sürücü kamera tərəfindəndə nömrə çirkli olduğu üçün lazımi səviyyədə görüntülər qeydə alınmır. Bu cürhalların olması yol hərəkəti qaydasının pozulması deməkdi. İnzibati Xətalar Məcəlləsininmüvafiq maddəsi ilə nömrələri çirkli saxlayan sürücülər 40 manat məbləğində cəriməolunurlar. Hər halda, cərimə olunmamışdan öncə, sürücülər bu barədə düşünsələrdaha yaxşıdır.

- Eşitmişik ki, bu yaxınlarda şagirdlərin və yeniyetmələrinmaariflənməsi məqsədilə Bakının bir neçə məktəbində və uşaq bağçasındaolmusunuz. Bu cür görüşlərin müsbət nəticəsi varmı?

- Niyə yoxdur, var! Özü də lap yüksək səviyyədə.Bizim uşaqlar və yeniyetmələr yol hərəkəti qaydalarını bağçadan və məktəbdənöyrənməlidir. Biz də bu məqsədlə tez-tez həmin təhsil ocaqlarında oluruq.Onlarla çox sadə və səmimi söhbətlər aparır, yolu keçərkən diqqətli olmalarınıtövsiyyə edirik. Üstəlik də uşaqlara yolhərəkəti qaydaları ilə bağlı yeni kitablar və albomlar veririk. Düşünürəm ki,bu cür addımların atılması həmin uşaqları gələcəkdə yol hərəkəti qaydalarına əməletməkdə önəmli əhəmiyyət kəsb edir.

- Vaqif müəllim, amma nə olsun, yenə görürsənki, piyadaların vurulması halları baş verməkdədi. Adicə bir fakt deyək: ölümhadisələri ilə bağlı qəzaların yarısı elə piyadaların payına düşür.

- Siz bizim yaralı yerimizə toxunursunuz. Həqiqətəndə şəhərimizdə piyadavurma halları çoxdur. Bir Allah şahiddir ki, yol polisipiyadaların təhlükəsizliyi ilə əlaqədar olaraq hər gün reydlər keçirir, tədbirlərtəşkil edir. Sizin özünüz də keçirdiyimiz reydlərdə iştirak etmisiniz. Metronun20 Yanvar stansiyası yaxınlığında keçirilən reydlərdə nə az, nə çox bir reyddə60-dan çox piyada barəsində protokol tərtib edilib. Ümumiyyətlə, son vaxtlaryol hərəkəti qaydalarını pozan on minlərlə piyada cərimə edilib.

- Düzdür, bu tədbirlər və cərimələr olur.Ancaq əksər piyadalar yerüstü və yüraltı keçid ola-ola avtomobillərin intensivhərəkət etdiyi küçədən keçirlər. Bu isə piyadanın özünü ölümün içinə atması deməkdir...

- Biz hər bir piyadanın yanında bir yol polisqoya bilmərik. Buna nə gücümüz çatır, nə də imkanımız. Ancaq biz əhalini maarifləndirəbilərik, reyd keçirərik, yaşlı və xəstə adamların çətinlik çəkdiyini görüb təyinolunmamış yerdə avtomobilləri saxlatdırıb onları təhlükəsiz yolun o biri hissəsinəkeçirə bilərik...

- Sirr deyil ki, xeyli vaxtdır "dayanma” və"durma” qaydalarının pozulmasına görə, səlahiyyətlər yol polisindən alınıb BakıNəqliyyat Agentliyinə verilib. Bu addımdan sonra Bakıda "dayanma” və "durma”qaydaları daha çox pozulmağa başlanılıb. Hətta elə küçə və prospektlər var ki,orda avtomobillər iki-üç cərgədə saxlanılaraq digər nəqliyyat vasitələri üçünproblem yaradır.

- Toxunduğunuz məsələ artıq yol polisinin səlahiyyətləridaxilində deyil. Yol polisinin hərəkəti tənzimləyən və qanunu icra edən yüzlərləəməkdaşı var. Bu qədər əməkdaşla biz həmin məsələlərin öhdəsindən çox çətinlikləgələ bilirdik. İndi 50-60 əməkdaşla BakıNəqliyyat Agentliyi çox çətin ki, bu məsələləri yoluna qoya bilsin. Elə günolurdu ki, bizim əməkdaşlar "dayanma” və "durma” qaydalarını pozmuş 650-700sürücü barəsində protokol tərtib edirdi.

- Biz "Ədalət” qəzeti olaraq bu yaxınlarda BinəTicarət Mərkəzinin qarşısındakı avtomobil yolu ilə bağlı təkliflə çıxışetmişdik. Belə ki, həmin yerdə piyadaların təhlükəsiz hərəkəti üçün yerüstüpiyada xətti yox idi. Bu da hər an piyadanın vurulması ilə nəticələnə bilərdi.İnsafı olanlar onlara yol verirdi, insafı olmayanlar isə piyadaların qabağındanşütüyüb keçirdi. "Ədalət”in çıxışından sonra ikinci dəfə həmin yerə baş çəkəndəyerüstü piyada zolağını görüb sevindik. Bax, indi görün ordan keçən piyadalar necəsevinirlər...

- "Ədalət” qəzeti bizim ən çox hörmət elədiyimizvə sevdiyimiz mətbuat orqanıdır. Biz nəinki "Ədalət”in, eləcə də digər KİV-lərintəkliflərinə və səmimi iradlarına hörmətlə yanaşırıq. Biz hər şeyə nəzarət edəbilmərik. Elə məsələlər var, mətbuatın və cəmiyyətin köməkliyi ilə həll olunur.Bu təkliflər sağlam və qərəzsiz olanda bizim işin xeyrinədi. Biz də çalışırıqki, göstərilən nöqsanları görək və aradan qaldıraq. Biz hər bir mətbuatı vəsaytı izləyirik. Sizin də qaldırdığınız problem diqqətdə olub və öz həllinitapıb. Bundan həm, yol polisi qazanıb, həm də hərəkət iştirakçıları. Ümumiyyətlə,mən düşünürəm ki, yol polisi ilə hərəkət iştirakçıları arasında nə qədərmünasibətlər sivil səviyyədə qurulsa, bir o qədər də hər iki tərəf rahat olar vərazı qalar.

Söhbətləşdi:Faiq QİSMƏTOĞLU