adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 May 2019 13:07
24517
GÜNDƏM

Faiq QİSMƏTOĞLU: HARDAN BAŞLANIR VƏTƏN?!

Yəqin busuala birmənalı cavab vermək o qədər də asan deyil. Vətənin hardan başlanmasınıvə harda qurtarmasını onun hər bir vətəndaşı, hər bir sakini, hər bir insanıbilməlidir. Biri deyir vətən sərhəddən başlanır, biri deyir vətən evimizdənbaşlanır, biri də deyir ki, vətən öz kəndindənbaşlanır.

Təbiiki, hərənin vətənə öz yanaşma tərzi var.Ancaq mənim fikrimcə, vətən bağçadan və məktəbdən başlanır. Çünki bağçada və məktəbdəhər bir şagirdə, hər bir uşağa vətənpərvərliktərbiyəsi, vətəni sevmək məhəbbəti aşılanır.

Füzulirayonunda da zamanından və məkanından asılı olmayaraq, vətən məhfumu həmişə önəçəkilib. Məktəblərdə bu sevgi, bu məhəbbət şagirdlərə hərtərəfli öyrədilir.Rayonun nümunəvi təhsil ocaqlarından sayılan Horadiz şəhər Mahir Səfərov adına 1nömrəli tam orta məktəbində də şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə edilməsidaim diqqət mərkəzində saxlanılır. Belə ki, 2018-2019-cu dərs ilində tam orta məktəbinfəaliyyəti qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə, ilk növbədə ümumtəsilsahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə AzərbaycanRespublikası Təhsil nazirinin 14 avqust 2018-ci il tarixli əmrinin icrasına yönəldilib.Birmənalı olaraq, təhsilin keyfiyyətinin yüksəldilməsi və müasirtexnolıogiyaların məktəbə gətirilməsi xüsusi diqqətdə saxlanılır. Kollektivdəyüksək nizam-intizam, işə yaradıcı münasibətvə eyni zamanda təhsildə müasir metodlarının tətbiqinə böyük önəmverilir. "Açıq dərs”lərin keçirilməsinə, müəllimlərin öz təcrübələriniartırmasına, bununla yanaşı, hər bir şagirdlə fərdi yanaşma tərzinə üstünlükverilməsi bir anda yaddan çıxmayıb.

Əlbəttə,bu gün şagirdlərin elmə, biliyə marağı bütün pedoqoji kollektivləri dərindəndüşündürür. Bununla yanaşı, hər bir şagirdin vətənpərvərlik ruhunda yetişdirilməsivə tərbiyə edilməsi xüsusi önəm kəsb edir. Birmənalı olaraq demək olar ki, 1nömrəli tam orta məktəbdə bu problemlər öz müsbət həllini tapıb. Məhz bunun nəticəsidirki, rayonun 11 şagirdi fənn olimpiadasında iştirak etmək hüququ əldə edib. Ötənil məktəbi bitirən 18 məzundan 11-i aliməktəbə qəbul olub. O məzunlardan biri 600-dən çox, 3-ü isə 500-dən artıq baltoplayıb.

Birqayda olaraq təhsil müəssisəsində "Uşaq hüquqları aylığı”, "Uşaq nağıllarındahüquqlar” mövzusunda müsabiqələr keçirilib. Məktəbin V və XI sinif şagirdlərinin iştirakı ilə "Mənimhüquqlarım” mövzusunda keçirilən tədbirböyük maraqla qarşılanıb. Eyni zamanda, Horadiz şəhər Qəhrəmanlar ParkındaIX-XI sinif şagirdlərinə "Mərdlik dərsi”keçirilib. Bütün bunlar onu deməyə əsas verir ki, məktəblilərimiz vətənpərvərlikvə qəhrəmanlıq ruhunda yetişdirilirlər.

Bu gün 1nömrəli tam orta məktəbdə 412 şagird təhsil alır. Onların təlim-tərbiyəsilə 35müəllim məşğul olur. Birmənalı olaraq məktəbdə yaranmış mənəvi-psixoloji mühitçox sağlamdır. Yəni istər müəllimlərin, istərsə də şagirdlərin hüquq və vəzifələriməktəb direktoru, təcrübəli pedaqoq və "Əməkdar müəllim” Hafiz Tahirov tərəfindənyüksək səviyyədə qorunur. Məktəb-valideyn-şagird münasibətləri müasir tələblərsəviyyəsində icra edilir. Başqa sözlə demiş olsaq, məktəblə valideynlərarasında sıx səmimi münasibətləryaranıb.

Kollektivdəöz ixtisasını gözəl bilən, təcrübəli, bilikli, savadlı pedaqoqlar var. LaləHacıyeva, Samir Əliyev, Lamiyə Gözəlova, Zülfiyyə İsmayılova məhz belə sevilənmüəllimlərdəndilər. Lalə Hacıyeva 1 nömrəli tam orta məktəbdə direktorun təlim-tərbiyə işləri üzrə müavini vəzifəsində çalışır. O,uzun illərdir bu vəzifəni şərəflə, məsuliyyətlə yerinə yetirir. Keçirilən kütləvitədbirlərin təşkilatçısı və icraçısıdır. O qədər səmimi, o qədər gözəlziyalıdır ki, məktəbdə çalışan müəllimlər onu öz doğması kimi tanıyır. Dərdini-sərinionunla bölüşür və Lalə xanımdan məsləhətalırlar. Təbii ki, bu cür pedaqoqlar tək müəllimlər tərəfindən deyil, həm dəşagirdlər və onların valideynləri tərəfindən sevilirlər.

Məktəbdə"kiçik akademiya” fəzliyyət göstərir. Və bu "kiçik akademiya” da şagirdlərin vətənpərvərlikruhunda tərbiyə edilməsinə hesablanıb. Bu günlərdə həmin "kiçik akademiya”nınmöhtəşəm bir tədbiri olub. Tədbirdə rayon Təhsil Şöbəsinin məsul şəxsləri vədigər nümayəndələr iştirak edib. Giriş sözü iləməktəbin direktoru Hafiz Tahirov çıxış edib. Sonra isə məruzələr səslənib."Füzuli-vətənim mənim” mövzusunda IX sinif Nərmin Sadiqli, elmi rəhbəri HafizTahirov, "Füzuli rayonunun tarixi abidələri” məruzəçi VIII sinif şagirdi Murad İbrahimoğlu,elmi rəhbər İbrahim İsmayılov, "Şeyx İbrahim türbəsi”, məruzəçi Ləman Yaqubova,elmi rəhbər Ceyhunə Səfərəliyeva, "Füzuli rayonunun faunası” məruzəçi IX sinifşagirdi Nərmin İsmayılova, elmi rəhbər İlahə Cəlilzadə, "Füzuli rayonununflorası” məruzəçi IX sinif şagirdi Kəmalə Bayramlı, elmi rəhbər Rüxsarə Mirhəşimova,"Rayonumuzun faydalı qazıntıları” məruzəçi IX sinif şagirdi Zəhra Mirzəyeva,elmi rəhbər Samir Əliyev, "Aparın məni dağlara” (Əşrəf Veysəllininyaradıcılığında vətən mövzusu), məruzəçi VII sinif şagirdi Jalə Abdulla, elmi rəhbərGülnarə Hüseynova, Sabir Arazlı Özgünün "Bir ömrün kədərini yaşayan gözləri” məruzəçiVIII sinif şagirdi Elnur Vəlizadə, elmi rəhbər Aysel Zeynalova, "Vətəninlayiqli vətəndaşı” (Vaqif Bəhmənlinin yaradıcılığına bir baxış), məruzəçi VIIsinif şagirdi Orxan Nizamlı, elmi rəhbər Dürdanə Babayeva, "Mahmud Qacar –torpağa bağlı şairdir”, məruzəçi IX sinif şagirdi Fizzə Abdullayeva, elmi rəhbərPüstə Əsədova.

Vətənibax belə gənclərimizə sevdirmək lazımdır. Yəni vətən hər bir insan üçün özelindən, öz obasından, öz kəndindən və öz cığırından başlayır. Öz elini, özobasını, öz cığırını tanımayan gənc heç vaxt vətəninin aranını, dağını, qədimabidəsini, bir sözlə, keçmişini və bu gününü tanıya bilməz. Bu mənada Füzulirayonundakı Horadiz şəhər Mahir Səfərov adına 1 nömrəli tam orta məktəbinpedoqoji kollektivinin atdığı addımlar çox uğurludur. Bu addımların gələcəkdədaha möhkəm olmasını arzulayırıq.