adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
10 Iyun 2019 13:25
8796
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: DEYİRLƏR Kİ, UCUZLUQ OLACAQ...

Hər il yaz, yay, payız mövsümü gələndəmer-meyvənin və tərəvəz məhsullarının bolluğu hiss olunur. Maşallah, bizim ölkəmizdədə nə desən yetişir. Çünki alimlərin dediyinə görə, 12 iqlimdən 9-u Azərbaycandavar. Hətta bu yaxınlarda rayonlardan birində banan da yetişdiriblər. Əgər bir məmləkətdə,özü də balaca bir ölkədə banan yetişirsə, deməli, o yerin altı da, üstü dəqızıldır. Altı və üstü qızıl olan məmləkətimizdə isə kasıb-kusublar üçün hələ dəbahalıqdır. Və bu bahalıq uzun müddətdir davam eləyir.

Şükürlərolsun ki, indi ölkəmizin hər yerində mer-meyvə, bostan-tərəvəz məhsullarıyetişir. Xüsusən də pomidor, xiyar, badımcan, gilas, gilanar, alça, ərik... yetərincədir.Hətta bölgələrdə bu məhsulların qiyməti ucuzlaşıb. Deyilənlərə görə, rayonlardabadımcanın, lobyanın kiloqramı 20-30 qəpikdir. Xiyarın qiyməti 7 qəpik,pomidorun 1 kiloqramı isə 10 qəpikdir. Eləcə də göy-göyərti çox ucuzdur. Bu xəbərieşidən çoxları təəcüblənir və hətta gözləri kəlləsinə çıxır. Və bəziləri dəinanmırlar ki, bu deyilənlər həqiqətdir. Çünki deyilənlər nağıla da bənzəyir.Amma heç də bu nağıl deyil.

Rayonlarayolu düşən hər adam bu qiymətlərin şahidi ola bilər. Sadəcə olaraq, rayona getməkvə bunları görmək, o məhsulları alıb gətirmək lazımdır. Axı hər adamın daimkanı yoxdur ki, durub rayona getsin və həmin məhsulları alsın.

Bakıdaisə adını çəkdiyimiz kəndə təsərrüfatı məhsullarının qiyməti kəllə-çarxa çıxıb.Məsələn, Bakının ən ucuz bazarı sayılan 8-ci Kilometr bazarında kənddən gətirilənxiyarın bir kiloqramı 50 qəpikdən aşağı düşmür. Pomidorun, badımcanın, lobyanın1 kiloqramının qiyməti 1 manatdan yuxarıdır. Gilas və gilanar isə 2-3 manatasatılır. Əcəba, bəs bu qədər qiymət fərqihardan yaranır? Bax, belə yerdə deyiblər: "Kim qazana, kim yeyə”. İlboyu əziyyətçəkib məhsul yetişdirən adam qəpik-quruş qazanır, ortada gəzib, qıraqda fırlanan alverçilər isəqaz vurub qazan doldururlar.

Müşahidələrimizidəqiqləşdirmək üçün 8-ci Kilometr bazarına baş çəkdik. Qiymətlərin niyə beləbaha olduğunu pomidor, xiyar satan satıcılardan soruşduq. Rəyini öyrəndiyimizona qədər satıcı bildirdi ki, qiymətlər ona görə bahadır ki, filan qədər yol xərciveririk, filan qədər yer haqqı ödəyirik, filan qədər də müxtəlif dövlətqurumlarına "şirinlik” veririk. Bunlarıonun üstünə gələndə elə qiymətlər bu vəziyyətə çatır.

Onlaraxatırlatdıq ki, bəs rayonda pomidorun kiloqramı 10-15 qəpik arasındadır. Siz isə1 manatdan aşağı pomidor satmırsınız. Bəs buna nə sözünüz? Yenə satıcılar dilləndilərki, elə gözünüz bizi görüb? Gedin Təzə bazara, Nəsimi bazarına, Keşlə bazarınabaxın görün qiymətlər orda necədir? Biz burda 1 manata satdığımız pomidoru həminbazarlarda 2-3 manata satırlar.

Həqiqətəndə Bakının digər bazarlarında 8-ciKilometr bazarları ilə müqayisədə çox bahalıqdı. Hər şeyin qiymətini deyibalıcıların qanını qaraltmaq istəmirik. Ancaq gəlin onunla razılaşaq ki, bütünbazarlarda eyni vəziyyət hökm sürür: yəni orda alver eləyən adamlar kənddən gələnlərdeyil, bazarlarda lövbər salan satıcılardır!

Səhərsaat 4-5 arasında rayondan kənd adamları meyvə, tərəvəz məhsulları gətirir.Bax, həmin adamlara heç bazara girməyəimkan vermirlər. Alverçilər ley kimi onların üstünü kəsdirir, su qiymətinəmeyvə-tərəvəzi alıb onu beş-altı qat baha qiymətə satırlar. Bazarları başadüşürük. Onlar öz "qanunları” ilə işləyirlər. Əvvəllər də belə olub, bu gün dəbelədir, sabah da belə olacaq.

Bəs ondahəftənin şənbə-bazar günləri Bakının neçə-neçə rayonunda fəaliyyət göstərənyarmarkalara nə ad vermək olar? Həmin yarmarkalar ucuzluq yaradılması üçün ölkəprezidentinin tapşırığı ilə yaradılıb. Kənd Təsərrüfatı Nazirliyi və yerli icraorqanları rayonlarda məhsul yetişdirib yarmarkaya gətirən adamalara şəraityaratmalıdır. Amma burda da vəziyyət heç də bazarlardan yaxşı deyil. Məsələn,8-ci Kilometr bazarı yarmarkalardan daha ucuzdur və şənbə-bazar günləriyarmarkalarda alış-veriş işləri ilə məşğul olan adamların əksəriyyəti alverçiləridir.Onların əlində hətta daşdan keçən sənədlər də var. Bir adam ilboyu yarmarkada ətsatır, meyvə-tərəvəz məhsulu ilə məşğul olur, bir sözlə, nə desən bazaraçıxarır. Bəs həmin adam nə vaxt torpağı əkir,becərir və məhsulu toplayır? Bax, bu suala Kənd Təsərrüfatı Nazirliyi iləyarmarkanı birgə təşkil edən yerli icra orqanları cavab versinlər. Kəndlinin məhsulutarlada çürüyüb məhv olur, su qiymətinə olan bu məhsulu Bakıya gətirmək müşkülişə çevrilir.

ƏgərBakı bazarlarında və yarmarkalarda dövlət qurumu ucuzluq yaratmaq istəyirsə,sovet dönəmində olduğu kimi, kooperativ-ticarət birliyi yaradılmalı, həminkooperativlər rayonlara getməli, elə yerindəcə kəndlinin istehsal etdiyimer-meyvəni və tərəvəz məhsullarını almalıdır. Bax, bu addımı atmaqla Bakıbazarlarında ucuzluq yaratmaq olar.

Ovaxtlar kooperativlərin köməyi ilə Bakıda mövsüm vaxtı pomidorun, xiyarınkiloqramı 10-15 qəpikdən artıq olmurdu. Bu təşəbbüslər Kənd TəsərrüfatıNazirliyi tərəfindən yuxarı qurumlar qarşısında qaldırılmalı və məsələ də həllinitapmalıdır. Çox təəssüf ki, kənd təsərrüfatı naziri İnam Kərimov müəyyənyeniliyə imza atsa da, amma bu sahədə müsbət addım ata bilməyib. kənd təsərrüfatınaziri bu yaxınlarda bildirmişdi ki, taxıl biçini zamanı heç bir rayondakombayn çatışmazlığı olmayacaq. Ancaq bu gün bunun əksini görürük. Məsələn, Biləsuvarrayonundan bir çox fermer kombayn deyib lalıyır. Onlar bildirirlər ki, taxılbiçininin vaxtı geçikir. Qısa müddətdə kombayn verilməsə, sahələrdə yetişəntaxılın böyük hissəsi məhv olacaq. Hələ biz qorxuruq ki, leysan yağsın, doludüşsün. Bu olsa evimiz yıxıldı.

Göründüyükimi, dövlət qurumları özləri də ucuzluq yaradılmasında bir o qədər maraqlıdeyillər. Çünki onların altıda alımı yoxdur, beşdə də verimi. Amma bu yazıqcamaat ucuzluqdan faydalanmaq istəyir. Əgər pomidorun, xiyarın, lobyanını,badımcanın, mer-meyvənin qiyməti ucuzdursa, niyə şəhərli beş-altı qat baha qiymətəbu çətin zəmanədə məhsul almalıdır? Qoy bu barədə adiyyəti qurumlar düşünsünlər.