adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
10 Aprel 2018 12:23
11144
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: AY ALLAH, ÖLDÜM…

Dayanacaqda durub gözləməkdən gözlərinin kökü saralmış sərnişinlər laphövsələdən çıxıblar. «Azərbaycan» nəşriyyatının qarşısındakı avtobus dayanacağında206 nömrəli marşrutu gözləyən beş-altı sərnişin var. Onlardan biri orta yaşlı qadındır.O, yenə həmin avtobusun gəldiyi istiqamətə baxır və ümidsiz halda dillənir:

- Belə də iş olar?! Başqa avtobuslar iki-üç dəqiqədən bir dayanacağa çatır,biz isə burda on beş dəqiqəyə yaxındır ki, 206 nömrəli avtobusu gözləyirik, hələdə gəlib çıxmaq bilmir ki, bilmir…

Qadının yanındakı sərnişin də bu sözləri eşidəndə hövsələdən çıxır:

- Vallah, bunların əlindən lap boğaza yığılmışıq. Hələ havalar isinib bir az gözləyə bilirik.Yanvar, fevral aylarında dayanacaqda soyuqdan birtəhər olduq. Nə yaxşı ki, bu qışelə də soyuq keçmədi. Yəni şaxta, qar olsaydı, gərək onda biz çoxdan soyuqdan xəstələnibyatağa düşəydik...

Birdən cavan biroğlan sevincək halda deyir:

- Odey, iki yüz altıgəlir!..

Avtobusun dayanacağayaxınlaşdığını görən sərnişinlər bu xəbərdən sevincəyə düşdülər. Ancaq avtobus dayanacağaçatanda gördülər ki, orda ayaq üstdə duran sərnişinlərin əlindən tərpənmək mümkündeyil. Yenə birtəhər dayanacaqdakılar özlərini avtobusun salonuna saldılar. Burdada çox çətinliklə ayaqüstə durmaq mümkün idi. Bir az kiməsə yaxınlaşırdın, o dəqiqədirsəyiylə itələyirdi ki, ayağımı əzdin,geri çəkil.

206 nömrəli avtobusmetronun «Elmlər Akademiyası» stansiyasından Sədərək Ticarət Mərkəzinə, ordan daLökbatana istiqamət götürür. Yırğalana-yarğalana dayanacağa gəlib çatmış bu avtobusunsürücüsü də elə sərnişinlərə deyirdi ki, bir az da mehribanlaşın. Bu sözdən birxanım sərnişin lap möhkəm əsəbləşdi və dedi ki, avtobus bezrazmer-zaddı ki, içigenişlənsin? İnsafın olsun, görürsən ki, ayaq üstə dura bilmirik. Hətta bəzisi birayağı üstə dayanıb. Sən bir ayağı üstə burdan Lökbatana gedib çıxa bilərsən? Taybu sözdən sonra sürücü sərnişinə bir şey demədi.

Ancaq bir azdan sonradedi ki, bircə məhkəmənin qabağında saxlayacağam. Düşənlər tez düşsün ki, yuxarıqalxanda maşın köhnə olduğu üçün onu saxlamaq mümkün olmur. Məhkəmənin də qarşısındaqapını bağlayanda düşmək istəyən bir qadının ayaqları qapının arasında qaldı. Vəhəmin qadın qışqırıb «Allah, öldüm» - deyərək qapını açmağı sürücüyə bildirdi. Buanı sərnişinlər də görüb hay-həşir saldı və yenidən sürücü qapını açdı. Ayaqlarıqapının arasında qalmış qadın axsaya-axsaya gəlib sürücüyə pulu verdi, amma bunagörə bir şey demədi. Çünki onsuz da bu cür çətin vəziyyətə həmin avtobusda gedənsərnişinlər çoxdan öyrəşiblər.

Avtobus məhkəməninqarşısında tərpəndi, üzü yuxarı hərəkət etməyə başladı. İşıqforu keçəndə yenidənsərnişinlərdən biri sürücüyə dedi, «saxladüşüm». Sürücü də bundan daha da əsəbləşdivə bildirdi ki, axı, mən sizə bayaq dedim ki, maşın köhnədi, yoxuşu qalxanda çoxçətinliklə sürət götürür, sonra saxlamaq mümkün olmur. Axır ki, sürücü avtobususaxladı və bu sərnişin də düşdü.

Çox qəribə idi ki,avtobusun bəzən arxa qapısı ya özbaşına açılır, ya da özbaşına bağlanırdı. Həttabu cür təhlükəli vəziyyətə görə, sərnişinlər sürücüyə dəfələrlə öz iradlarını bildirdilər. Sürücü də dedi ki,mən neynim ey, köhnə maşındı, burasını düzəldirsən orası xarab olur, orasını düzəldirsənburası xarab olur…

Həqiqətən də 206nömrəli marşrutda xəttə buraxılan ortatutumlu avtobusların əksəriyyəti texniki cəhətdənçox yararsız vəziyyətdədir. Soyuq günlərdə həmin avtobuslarda istilik sistemi dəişləmir. Üstəlik də yay vaxtı soyuducu sistemi olmadığına görə, sürücülər avtobusuqapısı açıq idarə edirlər. Heç bilmək olmur ki, bu avtobusları sürücülər gecə hardasaxlayırlar. Hansı ki, mövcud qanunla hər bir avtobus xidmət başa çatandan sonraqaraja aparılmalı, gecə saatlarında həmin maşınlarda texniki qüsurlar aradan qaldırılmalı,yuyulmalı, dezinfeksiya edilməlidir. Çünki səhər saatlarında avtobuslar xəttə sazvəziyyətdə buraxılmalıdır.

Çox təəssüf ki, busözləri 206 nömrəli marşrut barəsində demək mümkün deyildir. Ən azından ona görəki, bu murşrutlarda həmişə bir səliqə-səhmansızlıq və antisanitariya hökm sürür.Bununla yanaşı, deyilənlərə görə, işə götürülmüş sürücülərlə əmək müqaviləsi bağlanmır.Bununla yanaşı, onlar səhər saatlarında növbəni qəbul edərkən həkim müayinəsindənkeçirilmir. Bir sözlə, 206 nömrəli avtobuslarda qanunlara hörmətlə yanaşılmır.

Onu da qeyd edəkki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər bir kəs əhaliyə nümunəvi xidmət göstərməyəborcludur. Ancaq belə köhnə avtobuslarla və texniki cəhətdən nasaz nəqliyyat vasitələriləsərnişinlərə hansı yüksək xidmət göstərilə bilər? Üstəlik də həmin marşruta nəzarətdə yetərincə deyil. Bu avtobuslar hər gün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yanından keçib gedir. Görəsən, heçbir dəfə yol polisi bu marşrutla bağlı reyd keçiribmi? Çünki bu reyd keçirilsə,o qədər nöqsanlar üzə çıxar ki, onu saymaqla qurtarmaq mümkün deyildi.

Bir faktı da qeydedək ki, son vaxtlar Bakı Nəqliyyat Agentliyinin səlahiyyətləri ölkə prezidentininsərəncamıyla daha da artırılıb. Bu mənada bu cür marşurutlarda baş verən özbaşınalıqlarınqarşısının alınmasında adını çəkdiyimiz qurum öz sözünü deməyi bacarmalıdır. Əgərhər hansı sahibkar əhaliyə yaxşı xidmət edə bilmirsə və avtobuslar da müasir tələblərəcavab vermirsə, onda həmin marşrutu daha yüksək xidmət göstərə bilən sahibkara alıbvermək lazımdır.

206 nömrəli marşrutdakısayı-hesabı bilinməyən nöqsanlar da onu deməyə əsas verir ki, bu marşurutda ya tezlikləhəmin sahibkar tərəfindən yeni avtobuslar xəttə buraxılmalıdır, ya da bunu bacarmırsa,onda zəhmət çəkib geri durmalı və həmin marşurut ondan alınıb digər işgüzar sahibkarahəvalə edilməlidir.

Hər halda, son sözBakı Nəqliyyat Agentliyinindir. Bizimki nöqsanları göstərməkdir, məlum qurumlarisə o nöqsanları aradan qaldırmağa səy etməlidir.